İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə24/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   127

XƏYAL BAZARININ RÖVNƏQİ


Deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, yüksək məqsəd və bu məqsədə doğru hərəkət yuxarıda qeyd olunan şərtlərə riayət olunduğu halda yaxşıdır. Bu şərtlərə əməl etmədən kiçicik bir arzu arxasınca da getmiş olsaq, Əmirəl-mö’minin Əlinin (ə) uzun-uzadı arzulardan çəkindirən buyuruğu bizə aid olacaq. Amma bir şəxsin böyük arzusu olsa, bu arzunun yolunu tanısa, düzgün dəyərləndirmə aparsa, Allah-təalaya təvəkkül etdikdən sonra öz təlaşı hesabına həmin arzunun arxasınca getsə, bu növ arzular heç vaxt məzəmmət olunmamışdır. Bu arzular insanı yaşadan arzulardır. Ümidsizlikdən əl çəkib, Allah-təalaya e’timaddan sonra əvvəlcə öz hədəfimizi, ağıllı, ölçü-biçim, dəyərli arzumuzu seçməli, sonra yetərli və mütənasib təlaşla onun həyata keçməsinə çalışmalıyıq. Çünki bu dünya bir səbəb, vasitədir. «İnsana yalnız öz əməli və zəhməti qalar».1 Əslində çox uca və həqiqətdən uzaq arzulu adamlar bu arzulara çatmaq üçün yetərincə çalışmayanlar, düzgün mə’lumatı olmayanlar və üstünlükləri gözləməyənlərdir. Belələri, şübhəsiz ki, xəyal alış-verişi ilə ticarətə qoşulanlar kimidirlər. Onlar düşüncə həvəngində xam xəyalları döyəcləyirlər ki, səmərə versin!

Olsun ki, Sə’dinin öz xəyalları ilə bazarda qızğın alver edən tacir haqqındakı hekayəsini eşitmisiniz. Bu tacir xəyalında alış-veriş edərək deyirdi: «Bu maldan filan qədər, o maldan filan qədər qazanc götürərəm, sonra bir neçə qul alaram. Onlardan biri yolunu azsa, bu çubuqla başına o qədər vuraram ki, səsi batar». Bu vaxt yağ kuzəsinin sınma səsini eşidib, anlayır ki, bütün alış-verişi xəyal olub. Yeganə həqiqət isə yağ kuzəsinin sınmasıdır. Qəlblərində böyük arzular bəsləyənlər, amma bu arzuların gerçəkləşmə yolunu bilməyənlər və ya lazımınca çalışmayanlar, düzgün proqramı olmayanlar xəyal sərmayəsi ilə ticarət edən tacirə bənzəyirlər.

Əmirəl-mö’minin Əli (ə) belə insanları necə də gözəl təsvir edir. Həzrət (ə) buyurur: «(Arzular) Həqiqətən, axmaqların sərmayəsidir». Belələri xəyal və arzu sərmayəsi ilə ticarət etmək istəyən axmaqlardır. Arzu və xəyal axmaqların sərmayəsi, alver malıdır. Həzrət Əlinin (ə) bu kəlamının ünvanı uzun-uzadı, ölçüsüz, ağılsız arzularına ümid edən şəxsdir. Burada söhbət bütün arzulardan getmir. Arzunu böyük təhlükə kimi tanıtdıran rəvayətdə uzun-uzadı, həqiqətdən uzaq dünyəvi arzular nəzərdə tutulur. Rəvayətin məqsədi budur ki, insan öz dünyası üçün həddən ziyadə həvəslərə yol verməməli, bütün gücünü bu həvəslərə sərf etməməlidir. Belə uzun-uzadı arzular axirətin unudulmasına səbəb olan təhlükələrdir. Yalnız dünyaya aid uzun-uzadı arzular mütləq şəkildə məzəmmət olunur. Əmirəl-mö’minin Əli (ə) belə arzuları ən böyük təhlükələrdən sayır.

Bu ilahi vəsiyyətdə Həzrət (ə) düzgün dəyərləndirmə, dəqiq proqram, yetərli çalışmalardan uzaq ağılsız arzuları nəzərdə tutur. Həzrət (ə) buyurur: «Arzulara ümid bağlamaqdan çəkin ki, həqiqətən, axmaqların sərmayəsidir». Yuxarıda zikr olunmuş şərtləri nəzər almayan arzulara ümid bağlayan kəs dünya və axirətdə geri qalar. Bu kəlam yaşayış qaydasıdır və faydası təkcə axirətə aid deyil. Ona görə də yalnız fərdi arzuları ilə yaşayıb, məqsədə çatmaq üçün yetərincə qüvvə sərf etməyən kəs öz dünyasını viran qoyur. Öz hədəfini düzgün dəyərləndirmədiyindən, yolu tanımadığından, həm də çalışmadığından məqsədinə çatmır. Dünyasına çatmırsa, təbii ki, axirətini də itirir. Əgər bu arzudan ötəri çalışıb ona çatsa, axirətini də tə’min edə bilər. Amma əgər çalışmayıb, yalnız arzularla yaşasa, həm dünyasını, həm də axirətini əldən verər. Axirət mə’lumatları və məqsədlərinə münasibətdə də belə bir hal mövcuddur. Axirət məqamına, övliya dərəcəsinə çatmaq istəyən kəs zəhmət çəkməyib, sırf «inşaəllah» deməklə istəyinə nail olmaq istəyirsə, boş xülyalara uymuşdur.

Qur’ani-kərim bu sayaq arzu və xəyalpərəstliyə bariz nümunə olaraq, kitab əhli adından nəql edir: «Cəhənnəm odu yalnız bir neçə gün bizi incidər».1 Allah-təala Bəni-İsrail qövmünə firavan ne’mət əta etdi və onlara xeyli lütf göstərdi. Qur’anda da bir neçə yerdə Allahın onlara verdiyi maddi və mə’nəvi ne’mətlər bəyan olunmuşdur. Allahın sonsuz ne’mət və lütfü səbəbindən onlar qürrələnmiş, güman etmişdilər ki, Allah yanında çox əzizdirlər. Onlar xüsusi qeyd edərdilər: «Biz Allahın övladları və dostlarıyıq».2 «Allah övladlarını və dostlarını cəhənnəmə aparmaz, Bəni-İsraildən kimsə böyük günaha yol versə də, bir neçə gün əzaba düçar edilə bilər və nəhayət qurtular»,-deyirdilər. Qur’an bu sözlərə münasibətdə buyurur: «Bu onların arzularıdır».3 Onlar bu sözləri hansı dəlilə əsasən dilə gətirir, əmin olurdular ki, həqiqətən də səadətə çatacaqlar, əzabdan qurtulacaqlar? Hansı əsasla danışır və belə bir əqidəni izhar edirdilər? «Dediklərinizə dəliliniz varsa, dəlilinizi gətirin».4 Bu iddialar bir arzudur. Özü də əsassız, özülsüz, bir arzu. Nə üçün ümid edirlər ki, hökmən cəhənnəmə yox, behiştə gedəcəklər? İnsan öz arzusunu tanımalı, bilməlidir ki, belə bir şey əldə etmək mümkündürmü? Arzunun gerçəkləşmə üsulu müəyyən olmalıdır. Behişitin mövcudluğu və müyəssərliyi düzgün və aşkardır. Amma hansı yolla ona çatmaq olar? Bəni-İsraildən olmaq kifayət edirmi? Behiştə qovuşmaq üçün şiə olmaq kifayətdirmi? Bəli, şəfaət həqiqətdir. Amma onun şərtləri var və bu şərtlər ödənməlidir. Allahın bir şəxslə dostluğu, qohumluğu yoxdur. Allaha itaət edən şəxs Onun dostu, günah edənlərsə Onun düşmənidir. İtaət əhli olan Allah dostları bə’zən büdrəyir, günaha batırlar. Amma xüsusi bir şəraitdə müxtəlif yollarla ilahi əzabdan qurtula bilərlər. Şəfaət budur ki, əvvəla, insan Allah-təalanın və Əhli-beytin (ə) dostu olsun. İkincisi, itaət-ibadət əhli olsun. Üçüncüsü, insan təsadüfən günaha batsın və əsas məqsədi ilahi hökmlərə itaət olsun. Amma Əhli-beytlə (ə) sırf dostluq iddiasına əsasən behiştə daxil olmaq olmaz. Bu yalnız xam xəyaldır. Hər halda, istər dünya, istər axirət işlərində əsassız arzulara ümid bağlamaq olmaz və bu münasibət ağıla müvafiq deyil. Əksinə, əsassız arzulara ümid axmaqlıqdır və bu ümid insanı dünya və axirət məqsədlərinə çatmağa qoymur.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin