İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə27/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   127

QƏLBİN QİDALANMA MƏNBƏSİ


Qur’an və rəvayət anlamında qəlb (ürək), adətən, sinənin sol hissəsində yerləşən orqan deyil. Qəlb dedikdə dərk edən qüvvə, hiss və meyllərin mərkəzi nəzərdə tutulur. Əgər qəlbin tə’yinatını Qur’ani-kərimdə araşdırsaq, onun ən azı iki xüsusiyyətini əldə edərik: birincisi, həqiqətləri dərk edir, nələrisə anlayır, görür; ikincisi, hissləri və meylləri vardır, mərhəmət, bərklik, mehribanlıq, qəzəb kimi hallar ona aid edilir.

«Qəlb» sözünü fars dilində «del» sözü ifadə edir. Bu kəlmə nəsrdə, nəzmdə geniş şəkildə işlədilmişdir. Məsələn, «qəlbini pakla», «qəlbin nurani olsun», «qəlb mə’rifət xəzinəsi, məhəbbət evidir» dedikdə sinədəki ürək orqanı yox, yuxarıda qeyd olunmuş xüsusiyyətlərə malik mərkəz başa düşülür.

Həzrətin (ə) uyğun kəlamına əsasən, qəlb insanın batinində şö’lələnməyə, işıqlanmaya, isinməyə, işıq saçmağa hazır olan bir qüvvədir. Amma bu fəaliyyətlər öz-özünə baş vermir. Enerji və qidalanma tələb olunur. Necə ki, insan orqanizmi, xüsusi ilə, uşaqlıq və gənclik dövründə inkişaf etmə qabiliyyətinə malik olsa da, öz-özünə inkişaf etmir, qidalanmaya ehtiyac duyur. Qəlb də, həqiqətləri dərk etmək, hissləri büruzə vermək hazırlığına malikdir, amma qidalandırılmalıdır, sağlam qida almalıdır. İnsan qəlbi işıq vermək üçün yanacağa ehtiyaclı çıraq kimidir. Elektrik lampasını işıqlandıran onun hansısa enerji mənbəyinə qoşulmasıdır. Həqiqətlərin dərkinə, hisslərin bəyanına hazırlığı olan insan qəlbi də yalnız sağlam qidalanma sayəsində fəallaşır. Qəlb zəruri enerji ilə tə’min olunmalıdır ki, öz iki əsas işini görə bilsin. Enerji mənbəyi olmazsa, qəlb lampa kimi sönəsidir.

Həzrət Əlinin (ə) bu nurani kəlamından faydalandığımız digər bir nöqtə budur ki, qəlb atəşimizi həmişə işıqlı, həqiqətlərin qəbuluna hazır görmək istəyiriksə, qəlbimizi enerji verəcək şeylərlə tə’min etməliyik. Su və kül alovu artıra bilmədiyi kimi, qəlb enerjisini də hər şey tə’min edə bilmir. Qəlbi onun odunu söndürən şeylərlə qidalandırıb, onun fəaliyyətinin artmasını gözləyə bilmərik. Qəlbə daxil olan hər şey, hər mə’lumat onun hisslərini gücləndirib, kamala çatdırmır. Nə çox zəhərli qidalar ki, qəlbdə fəsad və onun məhvinə səbəb olur, onun fəaliyyətini yavaşıdır. Demək, qəlb onun kamilliyi və ilahiliyinə uyğun qidalarla tə’min olunmalıdır. Bu qidalar onu inkişaf etdirməlidir. Buna görə də qəlb üçün enerjili qidaları yaxşı tanımalıyıq. Qəlbə daxil olmaqla onun tərəqqisinə səbəb olan qidalar seçilməlidir. Bu qida Həzrətin (ə) «ədəb» adlandırdığı həqiqətdir. Ədəb dedikdə insanın gözəl rəftarına, davranışına səbəb olan biliklər nəzərdə tutulur. İnsanın əldə etdiyi, qəlbində yer verdiyi biliklər onun gözəl rəftarına səbəb olmalı, yaxşı işlərin icrasında və pis işlərin tərkində ona kömək etməlidir. Əgər qəlb daim belə qidalarla tə’min olunsa, ümid etmək olar ki, günü-gündən daha artıq şö’lələnəcək və öz kamilliyinə daha da yaxınlaşacaq. Amma qəlbi başlı-başına buraxıb, hər nə ilə gəldi qidalandırsaq, hissləri hansı vasitə ilə oldu həyəcanlandırsaq, təkamül ümidi boş bir düşüncə olacaq, qəlbin süqut amilləri get-gedə artacaq. Demək, qəlbə ədəb tə’limində ehtiyatlı olmalı, ona düzgün, faydalı, ibrətamiz məsələləri təqdim etməliyik. Hiss və meyllərə münasibətdə də ilahiliyi nəzərdə saxlamalı, şeytani istəklərin baş qaldırmasına yol verməməliyik.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin