İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə30/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   127

ELM YOLUN ÇIRAĞIDIR


Bu nurani kəlamda ona görə odun və bu kimi məfhumlardan misal çəkildi ki, həmin dövrdə elektrik enerjisi, elektrik lampası olmamışdır. Fəsahət və bəlağət zəruri edir ki, danışılarkən xalqın daha çox tanış olduğu şeylər misal çəkilsin. Həmin dövrdə alov və odun daha çox tanındığından həmin şeylər misal göstərilir. Odun, çır-çırpı yığan insanlar bir-birlərindən fərqlənirlər. Bə’ziləri bu işi ustalıqla görür, günün işıqlı vaxtı daha yaxşı ağacları, çır-çırpıları toplayırlar. Ya da odunu anbarlardan alıb, istədikləri tonqalı qalayırlar. Bə’zi naşı adamlar isə gecənin qaranlığında odun ardınca gedirlər. Mə’lum məsələdir ki, qaranlıqda yaxşı şələ bağlamaq olmaz. Ona görə də ərəblərdə həmin bu şəxs haqqında məsəl mövcuddur: «Filankəs gecə odun yığmağa gedən şəxs kimidir». Gecənin qaranlığında odun yığan şəxs odun, ağac əvəzi elə şeylər yığa bilər ki, yandırmaq üçün yararsız olsun. Bə’zən isə iş bundan da pis nəticələnə bilər: Odun, çırpı üçün əlini yerə uzadan adamı ilan, əqrəb sanca bilər. Beləcə, nəinki odun əvəzində faydasız şeylər toplayar, hətta öz həyatını da əldən verər. Ərəblər «filankəs gecə odun yığmağa gedən şəxs kimidir» məsəlini əvvəlcədən düşünüb, tədbir tökmədən qazanc dalınca gedib, sərmayəsini əlindən verən şəxs haqqında işlədirlər.

Ağıllı və işbilən şəxs hər bir iş görməzdən qabaq öz hədəfini müəyyənləşdirir, sonra həmin məqsədə aparan yolu tə’yin edir. Yalnız bundan sonra işə başlayır. Başı qaldırmadan tanınmamış məqsədə doğru düşüncəsiz hərəkət etmək və ya tanınmış hədəfə yaxınlaşdırıb-uzaqlaşdırdığı mə’lum olmayan hərəkətlərə yol vermək olmaz. Şübhəsiz ki, necə gəldi və hərəkət edilməsi həmişə xeyirlə nəticələnir. Məqsədin əksi istiqamətində hərəkət etməkdənsə, bir yerdə sakit dayanmaq daha yaxşıdır. Yalnız məqsədə doğru istiamətlənmiş hərəkət faydalıdır. Demək, əvvəlcə məqsəd, sonra məqsədə aparan yol tanınmalı və yalnız bundan sonra hərəkət edilməlidir. Gözü bağlı halda bir işin ardınca gedib, onun faydalı və ya zərərli olmasına diqqət yetirməyən insan «gecə odunçusudur». İnsan gecə odun yığan şəxs kimi olmamalıdır. Çünki tanıyıb bilmədən əlinə gələni yığar və çox olsun ki, həlak olar. Qəlbini işıqlandırmaq istəyən şəxs bir şeyi tanıyaraq onun ardınca getməlidir ki, qəlbini canlandıra bilsin. Haqla batil ayırd edilməli, həqiqət öyrənilməli, batil kənara atılmalı və insan özünü pisliklərdən uzaqlaşdırmalıdır. Çalışmaq lazımdır ki, qəlb həqiqətlərlə tanış olub, ünsiyyət qursun və bu yolla qarşısına çıxan pisliklərin həqiqət olmadığını dərk etsin.

Deyilənlərdən aydın oldu ki, insan öz qəlbini işıqlandırmaq üçün onu düzgün qidalandırmalıdır. Amma elə sağlam qidalarla ki, düzgün düşüncə və maarifin zəmanəti olsun, e’tibarlı, ibrətamiz və tə’sirli bilinsin. Ələ keçəni mütaliə etmək, hər biliyə yiyələnmək, hər sözü dinləmək olmaz. Bilinməlidir ki, haqq haradadır, batil harada. Yanlış, qatqılı, batil, zərərli şeylərə vaxt sərf etmək nahaqdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin