İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə77/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   127

İTTİHAM MÖVQEYİNDƏN ÇƏKİNMƏK


İctimai həyatda mühüm məsələlərdən, ünsiyyət qaydalarından biri də ittihamçılıqdan çəkinməkdir. İnsan ictimai həyatda və başqaları ilə münasibətdə pis fikir doğura biləcək şəkildə rəftar etməməlidir. Ölçü-biçisiz hərəkətlər çox vaxt ətrafdakıların ittihamına səbəb olur. İnsan yalnız Allahın razılığını düşünməklə yanaşı, başqalarında şübhə yaradacaq hərəkətlərə də yol verməməlidir. Diqqətli olmalıyıq ki, «xalqın mühakiməsi» ilə «xalqın razılığı» məfhumları arasındakı fərqi görə bilək. Pis fikir, bədbinlik, sui-zənn xalqın mühakiməsi nümunələridir. İnsan başqalarının yersiz mühakimə yürütməsinə şərait yaratmamalıdır. Bununla yanaşı, başqalarının razılığı üçün çalışmamalıyıq. Yalnız Allahın razılığını qazanmaq istəyənlər düzgün yoldadırlar. Bə’zən insanların istəyi Allahın istəyindən fərqlənir. İnsanlar bə’zən yersiz mühakimələr yürüdür, nahaq tə’rif və nahaq ittihama cəhd edirlər. Demək, insan öz əməlləri ilə xalqın diqqətini cəlb etməyə çalışmamalı, eyni zamanda, ehtiyatlı olmalıdır ki, xalq ona münasibətdə bədbin olmasın. Yə’ni xalqın razılığı üçün çalışmamaq ayrı bir məsələdir, bədbinliyə şərait yaratmamaq isə başqa bir məsələ. Allahın razılığını qazanmaq bütün hallarda zəruridir. İnsan daim düşünməlidir ki, onun hərəkətləri Allahın razılığına uyğundur, yoxsa yox? Bu mövzunu açıqlayan rəvayətlər çoxdur və ilkin söhbətlərimizdə bu barədə danışmışdıq. Olsun ki, bu rəvayətlərin arasında diqqəti ən çox cəlb edən imam Baqirin (ə) Cabir ibn Yəzid Cö’fiyə buyuruğudur. Bu rəvayəti əvvəlki söhbətlərimizdə xatırlamışdıq. Əməl və rəftarlarımızı dəyərləndirmə ölçüsü xalqın münasibət yox, Allah-təalanın mühakiməsidir. Xalqın rə’yi dəyər ölçüsü olmamalıdır. İnsan öncə Allah-təalanın, sonra isə Peyğəmbər (s) və Əhli-beytin (ə) buyuruqlarını rəhbər tutmalı və bu göstərişlər əsasında öz əməllərini qiymətləndirməlidir.

Xalqın razılığı ardınca qaçmağa dəyməz. Əslində belə bir əməl bir növ şirkdir. Şirk Allaha şərik qoşulmasıdır. Bizə tapşırılan isə xalqın sözünü əsas götürmək yox, xalqın yersiz ittihamları üçün şərait yaratmamaqdır. İnsan öz həmnövlərinin tə’rif və təşəkkürünü qazanmaq fikrində olmamalıdır. Mö’min və müvəhhid şəxs hər zaman öz işlərində Allahın razılığı intizarında olmalıdır. Əgər bir şəxs Allahın razılığını qazana bilsə, insanların qəlbini ondan razı salmaq Allah üçün çətin deyil. Qur’ani-kərimdə oxuyuruq: «Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Allah-təala qəlblərdə bir sevgi yaradacaqdır».1 Mö’min insan öz işlərində xalqın razılığını gözləməməli, daim Allahın razılığı intizarında olmalıdır. Allah-təala qəlblərə hakimdir və lazım bildiyi vaxt bir bəndəsinin məhəbbətini başqalarının qəlbində yerləşdirir. Eləcə də, mö’min öz ölçü-biçisiz rəftarları ilə özünə qarşı bədbinlik yaratmamalıdır. İttihamlar, sui-zənnlər, bədbinliklər üçün şərait yaradılmaması xalqın razılığını düşünmək deyil.

Həzrətin (ə) bu kəlamının dərinliyindən, eləcə də, əlaqədar ayələrin əsil mahiyyətindən xəbərsiz olanlarda yanlış təsəvvür yaranır. Onların nəzərincə, nəfslə mübarizə başqalarının qınacağına səbəb olan bir işdir. «Məlamətiyyə» adlanan bu sünni qrup güman edir ki, nəfs ilə mübarizə yolu xalq tərəfindən bəyənilməmək və pis tanınmaqdır. Onların fikrincə, belə bir iş Allaha yaxınlaşma səbəbidir. Nəfsin bu sayaq islah yolunu ilahi yol saymaq olmaz. Allah-təala öz mö’min bəndəsinin cəmiyyət tərəfindən ittiham olunmasını istəməmişdir. İnsanların bir-birlərinə qarşı xoş münasibətdə olması ictimai həyatın zərurətlərindən və müsəlmanlıq ləyaqətlərindəndir. İlahi tə’limlər və səmavi bildirişlər mö’min şəxsə icazə vermir ki, özü öz əli ilə şəxsiyyətini alçaltsın, başqalarının bədbinliyinə səbəb olsun.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin