İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə79/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   127

DOSTLUĞUN BƏLASI


Dostluq dünyasının dəqiq və incə nöqtələrindən biri həyatın bütün eniş-yoxuşlarında dostluq hüquqlarına riayət etməkdir. İnsan biri ilə dost olduğu vaxt bə’zən bu dostluq sayəsində öz dostunun hüquqlarına diqqətsiz olur. Belə olduqda dost dostun hüquqlarını dəqiq yerinə yetirmir. Mö’min dostun hüquqlarından biri budur ki, başqalarının hüzurunda onun hörməti qorunsun. Ehsan edilərkən hamıdan əvvəl dost nəzərə alınmalıdır. Dost möhtacdırsa, tə’cili surətdə onun ehtiyacı ödənməlidir. Təəssüf ki, bə’zən dostluqda səmimiyyət elə bir həddə çatır ki, insan dostluq vəzifələrini unudur. Hətta bə’zən dostun özü də unudulur.

Belə bir münasibəti doğuran həddi aşmış səmimiyyətdir. Çünki çox səmimi olan insanlar bir-birlərinə qarşı o qədər də diqqətli olmurlar. Beləcə, bir çox qarşılıqlı hüquqlar kölgədə qalır. Məsələn, səmimi münasibətdə olan insanlar bir-birlərinə «sən» deyə müraciət edirlər. Bu sayaq rəftara adət edənlər başqaları ilə ünsiyyətdə olarkən eyni cür müraciət edirlər. Unutmamalıyıq ki, belə bir rəftar insanların bir-birlərinə qarşı diqqətsizliyi ilə sonuclanır. Aydındır ki, insanlar arasındakı səmimiyyət hüquqların pozulması ilə müşayiət olunmamalıdır. İnsan insana qiymət verməli və hədlərə riayət etməlidir. Səmimiyyəti hörmətsizliyə, ictimai hüquqların pozulmasına çevirmək olmaz. İctimai həyatda hər bir insanın öz mövqeyi və hüquqları vardır. Uyğun hüquqlar və ictimai mövqe gözlənilməlidir.

Bu qaydaya, mühüm əxlaqi nöqtəyə hətta ailə daxilində də əməl olunmalıdır. Ərlə arvadın səmimiyyəti təbii bir gerçəklikdir. Amma bu səmimiyyət ailə daxilində hüquqların pozulması ilə nəticələnməməlidir. İctimai ehtiram zərurətinə görə insan başqalarının yanında öz həyat yoldaşına hörmətlə yanaşmalı, onunla nəzakətli davranmalıdır. Ərlə arvad ikilikdə olduqda bir-birlərinə istədikləri kimi müraciət edirlərsə, bu o demək deyil ki, xalqın gözü qarşısında da eyni münasibətdə olmalıdırlar. Övladların, qohum-əqrəbanın yanında ərlə-arvad bir-birlərinə nəzakətlə müraciət etməli, hörmətlə davranmalıdırlar.

Unutmayaq ki, bütün məqamlarda sərhədlər mövcuddur və bu sərhədlər qorunmalıdır. İki nəfər arasındakı səmimiyyət onlara icazə vermir ki, bir-birlərinə hörmətsizlik göstərsinlər. Sərhədlərin pozulması münasibətlərin pozulması ilə nəticələnə bilər. Məsələn, dostluğu bəhanə edərək dostun haqqını yerinə yetirməsək, az sonra bu dostluqdan əsər-əlamət qalmaz. Həzrət (ə) buyurur: «Qardaşının haqqını ona olan dostluğa görə zay etmə». Yə’ni aranızdakı səmimiyyətə arxalanaraq, onun hüquqlarını pozmamalısınız. Şəksiz ki, dostun da öz hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Səmimiyyətin öz yeri, hüquqlarınsa öz yeri var. Əgər dostunun hüquqlarına əməl etməsən, şübhəsiz ki, bu dostluğa zərbə vurmuş olacaqsan. Filankəs mənim dostumdur deyə onun hüquqlarını tapdamaq tamamilə məntiqsiz bir hərəkətdir. Əgər bir şəxslə dostsansa, onun hüquqlarına hökmən riayət et. Vəsiyyətnamədə oxuyuruq: «Haqqını zay edəcəyin kəs sənə dost deyil».



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin