ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ


PEYĞƏMBƏRLƏRİ TANIMA YOLLARõ 56-CI ƏSAS



Yüklə 5,11 Mb.
səhifə18/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

PEYĞƏMBƏRLƏRİ TANIMA YOLLARõ




56-CI ƏSAS

Sağlam insan fitrəti tələb edir ki, o, hər hansı bir iddianı dəlilsiz və sübutsuz qəbul etməsin. Hər kəs dəlilsiz bir iddianı qəbul etsə, insani fitrətin əksinə əməl etmiş olur. Nübüvvət iddiası da ən böyük iddialardan biridir. Ona görə də belə bir iddianı sübut etmək üçün, möhkəm və qəti dəlillər gətirmək lazımdır. Bu dəlillər aşağıda qeyd olunanlardan biri olmalıdır:

1-Nübüvvəti qəti dəlillərlə sübuta yetən və öncə gəlmiş bir peyğəmbər özündən sonrakı peyğəmbərin nübüvvətinə şəhadət versin. Məsələn, Həzrət İsa Məsih (ə) Həzrət Mühəmmədin (s) nübüvvətinə şəhadət vermiş və onun gəlişini öz ümmətinə müjdə vermişdir. Qurani-kərim Həzrət İsa (ə)-ın dili ilə belə buyurur:

º†ËÓ†«–†v«‰Ó†ŸÈGÓȆ»tÊÔ†ÂÓ—tÈÓÂӆȫ“†»ÓÊȆ«Gt—«“∆ȉӆ«ÊsȆ—ÓGÔˉԆ«‹†«‰ÓÈt„ÔÂt†ÂÔgÓœsv«Î†‰«“†»ÓÈtÊÓ†ÈÓœÓÈsÓ†ÂÊÓ†«‰ sÓËt—«“:†ËÓ

“O zamanı xatırla ki, Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən, mən Allahın elçisiyəm, özümdən əvvəl nazil olmuş Tovratı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri (sizə) müjdə verirəm.”138

2-Müxtəlif əlamət və şahidlər onun iddiasının düzgünlüyünə şəhadət versin. Bu dəlilləri onun həyatında baş verən əhvalatlardan, dəvətin nədən ibarət olmasından, habelə onların hansı yolla dəvət etməsindən görmək olar. Hazırda dünya məhkəmələrində haqqı batildən ayırd etmək və müttəhimin günahsız olub olmamasını bilmək üçün məhz həmin yoldan istifadə edirlər. İslamın əvvəllərində də bu yoldan istifadə etməklə Həzrət Peyğəmbərin (s) doğruçu olmasını başa düşürdülər.

3-Möcüzə göstərmək: Yəni nübüvvət iddiası etməklə yanaşı, xariqul-adə işlər göstərib, başqalarınıda mübarizəyə dəvət etsin. Habelə xariqul-adə olan iş də onun iddiası ilə uyğun olsun. Əvvəldə qeyd olunan iki yol ümumi deyil, amma üçüncü yolu hamı qəbul edir. Tarix boyu insanlar peyğəmbərləri həmin yoldan istifadə edərək tanıyırdılar. Peyğəmbərlər də öz iddialarını sübut etmək üçün ondan bəhrələnmişlər.

57-Cİ ƏSAS

Möcüzə ilə nübüvvət iddiasının doğru olması arasında məntiqi bir rabitə vardır. Çünki möcüzəni göstərən şəxs öz iddiasında düz danışan olsa, təbiidir ki, onun iddiası sübuta yetəcək. Yox əgər fərz etsək ki, iddiasında yalançıdır, onda Öz bəndələrinin düz yola hidayət olunmasını istəyən hikmətli Allahın belə bir qüdrəti onun ixtiyarında qoyması layiq deyildir. Çünki, insanlar xariqül-adə qüdrəti müşahidə edərsə, ona iman gətirəcək və sözlərinə əməl edəcəklər. Əgər o, öz iddiasında yalançı olsa, mütləq xalqı inhirafa doğru aparacaq. Bu işdə Allahın ədaləti və hikməti ilə ziddir. Bu məsələ əvvəldə bəhs etdiyimiz kimi, əqlin yaxşı və pisi dərk etməyə səlahiyyətli olması qaydasının bir qismi sayılır.



58-Cİ ƏSAS

Xariqul-adə bir iş, peyğəmbərlik iddiası ilə yanaşı olsa, bu iş “möcüzə adlanır. Amma peyğəmbərlik iddiası etmədən, xariqul-adə bir iş saleh bir şəxsdən görünsə, o, “kəramət” adlanır. Həzrət Mərəym(ə) üçün göydən süfrə nazil olması, Həzrət Süleymanın (ə) Asif ibni Bərxiya adlı səhabəsinin vasitəsilə Səba mələkəsinin taxtının bir göz qırpımında Yəməndən Fələstinə gətirilməsi, və s. kimi işlər peyğəmbər olmayan saleh bəndələrin xariqul-adə iş görməyə qadir olmasına canlı şahiddir. Qurani-kərim qeyd olunan hər iki mətləbi bəyan etmişdir. Həzrət Məryəm barəsində buyurulur:

º†„Ô‰sÓ«“†œÓŒÓ‰Ó†ŸÓ‰ÓÈtÁ«“†GÓ„Ó—Ès«“†«‰ÂÕt—«»Ó†ËÓÃӜӆŸÊtœÓÁ«“†—Gtv«;;;†;

“Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi.”139

Bilqeysin taxtı barəsində belə buyurulur:

º†ËÓ†v«“‰Ó†«‰sÓ–ȆŸÊtœÓÁÔ†Ÿ‰tÂφÂÊÓ†«‰t„ «“»†√ÓÊ«†¬ È„Ó†»Á†vÓ»t‰Ó†√ÓÊt†ÈÓ—t ÓœsÓ†«‰ÓÈt„Ó†◊Ó—tbÔ„Ó†;

“Kitabdan bir qədər elmi olan birisi dedi: Mən onu sənə, bir göz qırpımından da tez gətirərəm.”140

59-CU ƏSAS

Möcüzənin aşağıdakı xüsusiyyətləri onu digər xariqul-adə işlərdən (məsələn: sehr və cadu) fərqləndirir:

1-Möcüzə öyrənib-öyrədiləsi deyildir: Möcüzəni göstərən şəxs heç bir təlim görmədən onu göstərir. Halbuki, digər xariqul-adə işlər bir sıra təlimlərdən sonra həyata keçir. Məsələn, Həzrət Musa ibni İmran (ə) cavanlıq çağlarını ötüb-keçdikdən sonra Misrə yollanır. Yol əsnasında Allah tərəfindən peyğəmbərliyə seçilir, ona nida gəlir ki, ey Musa, əsanı yerə at. Musa (ə) əsanı yerə atdıqda əjdahaya çevrildi. Bu zaman Musa (ə) qorxuya düşdü. Yenə ona xitab olundu ki, əlini qoynuna qoy. O, bu işi görərkən əlinin parlaq bir nur olduğunu gördü.

Amma Qurani-kərim Süleyman (ə)-ın dövründəki sehrbazlar barəsində belə buyurur:

º†ÈÔŸÓ‰sÂÔËÊÓ†«‰Ês«“GÓ†«‰GsÓÕt—Ó†;;;†bÓÈÓ ÓŸÓ‰sÓÂÔËÊÓ†ÂÊtÁ«“†Â«“†ÈÔbÓ—svÔËÊÓ†»Á†»ÓÈtÊÓ†«‰tÂÓ—t¡†ËÓ†GÓËtÃÁ†;

“Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir olma!” -deməmiş, heç kəsə (sehr) öyrətmədilər. (Bununla belə) yəhudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdilər.”141

2-Möcüzədə başqaları mübarizəyə çağırılır və onlara qalib gəlir:

Möcüzənin mənşəyi Allahın yenilməz qüdrət və qüvvəti olduğu üçün heç vaxt məğlub edilməz. Amma cadu, sehr və murtazların işlərinə bənzəyən sair qeyri-adi işlərin mənşəyi bəşərin məhdud qüdrəti olduğu üçün məğlubiyyətə uğrayır.

3-Möcüzə məhdud deyildir və heç bir şey onunla mübarizə apara bilməz:

Peyğəmbərlərin möcüzəsi bir-iki növlə məhdudlaş-mamışdır, əksinə, onun bir-birləri ilə fərqlənən müxtəlif növləri olmuşdur. Məsələn: əsanın əjdahaya çevrilməsi, əli qoynundan çıxararaq nur saçması, əsanı daşa vurmaqla suların axması, əsanı dənizə vurmaqla onu iki hissəyə bölmək və s. Bu möcüzələr bir-biridən tamamilə fərqlənirlər.

Həzrət İsa (ə) palçıqdan quş düzəldib ona üfürürdü, o, Allahın iznilə dirilib quş olurdu. Həmçinin əlini xəstələrin, anadan gəlmə korların üzünə çəkirdi, onlar şəfa tapırdılar. Həmçinin o, ölüləri dirildir və başqalarının evində baş verən hadisələrdən xəbər verirdi.

4-Adətən möcüzə, yaxud kəramət göstərənlər xariqul-adə işlər bacaran sair şəxslərlə (sehrbazlar kimi) həm hədəf, həm də ruhiyyə baxımından tamamilə fərqlənirlər. Birinci qrupun (möcüzə və kəramət göstərənlərin) ali hədəfləri, ikinci qrupun isə (sehrbaz və cadugərlərin) dünyəvi və maddi hədəfləri vardır, həmçinin onların ruhiyyələri də bir-biri ilə fərqlənir.





Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin