141-Cİ ƏSAS
Hər bir müsəlmanın etiqadi məsələlərdə yəqinə çatması vacibdir. Bu zəminədə insan yəqin hasil olmayan başqa adamların sözünə itaət edə bilməz. Dini əqidələrə aid olan məsələlər məhdud olduğu üçün onların hər birinin özünə məxsus aydın dəlili vardır. Əqidə məsələlərində yəqin əldə etmək hər insana müyəssər olan bir işdir, amma dini hökmlər çox geniş və bir sıra müqəddimələr əsasında olduğundan, adətən çoxları onları əldə edə bilmir. Buna görə də onlar öz dini vəzifələrinə əməl etsin deyə, fitrətin hökmü və əql sahiblərinin adətinə əsasən, şəriət hökmlərində müctehidlərə təqlid etməlidirlər.
İnsan həmişə öz işlərini elm və bilik əsasında qurur, özü bir məsələ barəsində elmə çatdıqda ona əməl edir, əks halda isə başqalarının biliyindən istifadə edir.
Diqqət yetirmək lazımdır ki, “cameuş-şərait» (müctehid üçün lazım olan şərtlərə malik olan) bir şəxsə təqlid etmək, bir növ mütəxəssis şəxsə müraciət etmək mənasındadır, O, milli və irqi təəssübkeşlik əsasında həyata keçən əsassız təqlidlərdən tamamilə fərqlidir.
Bir sıra ixtilaflı olan dini hökmlər
Müqəddəs İslam dini bir sıra əqidələrdən (üsuliddin) və şəriət qanunlarından (firuiddin) ibarətdir.
Keçən əsaslarda şiə əqidəsi barədə qısa və dəlil-sübut əsasında tanış olduq. Həmçinin, şiə məzhəbinin Həzrət Peyğəmbər (s) və Əhli-beytdən (ə) hədislərinin mötəbər olması haqda nəzəriyyəsi ilə tanış olduq. İndi isə şiə fiqhini, həmçinin özünəməxsus nəzəriyyəsi olan dini əhkamları müxtəsər şəkildə bir neçə əsasda diqqətinizə çatdırırıq.
142-Cİ ƏSAS
Hamımızın bildiyi kimi, dəstəmaz namazın müqəddimati işlərindən biridir. “Maidə» surəsində bu haqda buyurulur:
ºÈÓ«†«ÓÈsÔÁÓ«†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†«–«vÔÂt ÔÂt†«‰ÈÓ†«‰gsÓ‰«“:†bÓ«⁄tG‰ÔË«†ËÔÃÔËÁÓ„ÔÂt†ËÓ†«ÓÈtœÈÓ„ÔÂt†«‰ÈÓ†«‰tÂÓ—«“bv†ËÓ†«ÂtGÓÕÔË«
»—ÔËÔËG„ÔÂt†ËÓ†«Ó—tÃÔ‰Ó„ÔÂt†«‰ÈÓ†«‰t„ÓŸt»ÓÈtʆ;
“Ey iman gətirənlər! Namaz üçün ayağa qalxdıqda, üzünüzü və əllərinizi - dirsəyə qədər - yuyun, başınıza və ayaqlarınıza kəbeynə qədər məsh edin.»376
Birinci cümlədə “«ÈœÈ» sözü işlənmişdir. Bu söz ərəb dilində “əl” sözünün cəm formasıdır. “Èœ» sözü ərəb dilində müxtəlif mənalarda işlədilir. Məsələn: bəzi vaxtlar yalnız barmaqlara, bəzi vaxtlar biləkdən barmaqlara qədər olan hissə, bəzi vaxtlar dirsəkdən barmaqlara qədər yer və bbəzi vaxtlar da çiyindən aşağı (qola) deyilir.
Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək yuyulmalı, olduğundan, Qurani-kərim “‰ÓȆ«‰tÂÓ—«bv» -sözünü bu üzvün nə qədər yuyulmasınıi təyin etmək üçün buyurmuşdur. Deməli, “«‰È†«‰Â—«bv» -sözündə gələn “«‰È» -sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı təyin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələn; həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir.
Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də “Maidə» surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür:
1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun.
2-Baş və ayaqlarınıza kəbəynə qədər məsh çəkin.
Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz “bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir» deyə cavab verəcəkdir.
Ərəb qrammatikasına əsasən, √Ó—tÃÔ‰Ó„ÔÂt (ayaqlarınız) sözü (ËÓ) bağlayıcısı vasitəsilə məhz »—ÔƒÔËG„ÔÂt (başlarınız) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mənası ifadə olunmalıdır. Həmçinin (ayaqlarınız) sözünü heç vaxt «ÈœÈ„ (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mətuf (yəni Ë√—É„ kəlməsi) ilə mətufun əleyh (yəni ˫ȜȄ kəlməsi) arasında mötərizə bÓ«ÂtGÓÕÔË«†»—ÔƒÔËG„ÔÂt cümləsi gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mənanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə «Ó—tÃÔ‰Ó„ÔÂt kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə «Ó—tÃÔ‰Ó„ÔÂt - qollarınız, kəlməsi, —ÔƒÔËG„ÔÂt - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt (ə)-dən nəql olunmuş mötəbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: ⁄ÓGt‰Ó «“Êt - iki üzvü yumaq və ÂÓGtÕÓ «“Êt - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (ə) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir.
Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt (ə) imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı məlumat qeyd olunmuşdur.
143-CÜ ƏSAS
Şiə məzhəbinə əsasən, namaz qılarkən yerə və ya yerdən bitən (amma yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. Bunlardan qeyrisinə ixtiyar halında səcdə etmək düzgün deyildir. Sünnülərin Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədis də məhz bu mənanı çatdırır:
º†ÃÔŸ‰Ó t†‰ÈÓ†«˘Ó—t÷Ô†ÂÓGtÃœ«Î†ËÓ†◊ÓÁÔË—«Î†;
“Yer mənim üçün səcdəgah və pak edici qərar verilmişdir.»377
Təyəmmümə aid olan (◊ÓÁÔË—) - təhur sözü torpaq, daş və bu kimi şeylərdən təşkil olan yerin təbii yer olmasını göstərir. Həzrət imam Sadiq (ə) bu barədə buyurur:
º†«Ó‰GsÔÃÔ˜Ԇ‰«“†ÈÓÃÔËGÔ†«˙”†ŸÓ‰ÓȆ«˘Ó—t÷†«ÓËt†Â«“†«ÓÊt»Ó Ó †«˘Ó—t÷Ô†«˙”†Â«“†«Ô„‰Ó†«ÓËt†‰Ô»GÓ†;
“Yer və yerdən bitən şeylərdən başqasına səcdə etmək olmaz. O şeylər də yeməli və geyilməli olmamalıdır.»378
Həzrət Peyğəmbərin (s) zamanında müsəlmanlar məsciddə daş ilə döşənmiş yerə səcdə edirdilər. Onlar havanın qızmar olması nəticəsində, daş parçalarını ələ alıb sərinləşdirir və namaz vaxtı ona səcdə edirdilər. Cabir ibni Əbdüllah Ənsari deyil: “Mən zöhr namazımı Həzrət Peyğəmbərlə (s) birlikdə qılır, namaz vaxtı səcdə etmək üçün xırda daşları əlimə alıb soyudurdum.»379
Həzrət Peyğəmbər (s) alnının torpağa bulaşmasını istəməyən bir şəxsə belə göstəriş verdi: Ó—s»t†ËÓÃtÁÓ„Ó “Üzünü torpağa sürt!»380
Bəzi şəxslərin öz əmmamələrinin bir qırağını yerə qoyub onun üstünə səcdə etdiyini gördükdə Həzrət Peyğəmbər (s) onu alnının altından çəkib çıxardırdı.381
Bütün bu hadisələr, Həzrət Peyğəmbərin (s) dövründə müsəlmanların xalça, libas və bu kimi şeylərə səcdə etməsini deyil, əksinə daş və torpağa səcdə etməsini yetirir. Sonralar ilahi vəhy vasitəsi ilə həsirə də səcdə edilməsinə icazə verilmişdi. Həzrət Peyğəmbərin (s) həsirə səcdə etməsi haqda çoxlu rəvayətlər vardır.382
Əlbəttə, səhabələrdən bəzisi müəyyən üzrlü səbəbdən öz libaslarına da səcdə edirdilər. Ənəs ibni Malik deyir:
“Biz namazlarımızı Həzrət Peyğəmbərlə birlikdə qılırdıq. Birimiz üzrlü səbəbdən alnını yerə qoya bilmədikdə əmmamə və ya libasının bir tərəfinə səcdə edərdi.»383
Elə buna görə də şiə məzhəbi həmişə yerə və yaxud yerdən bitən (amma yeyilib və ya geyilənlərdən olmayan) şeylərə və hətta həsirə səcdə edirlər. Şiələrin mümkün qədər torpağa, daşa və ya həsirə səcdə olunmasına təkid etmələri məhz qeyd olunan dəlillər əsasındadır. Müsəlman ölkələrində olan məscidlər elə olmalıdır ki, bütün məzhəblərdən olanlar öz məzhəbinə uyğun olaraq şər”i vəzifəsinə əməl etsinlər.
Sözümüzün sonunda bunu da qeyd etmək lazımdır ki, daş və torpaq (möhür), səcdə olunan (məbud) deyil, əksinə səcdənin olunduğu şeylərdir. Çünki bəzən elə təsəvvür olunur ki, şiələr daşa səcdə edir (və onları məbud sayırlar)! Lakin həqiqətən şiələr sair müsəlmanlar kimi yalnız yeganə Allaha sitayiş edir və Onun qarşısında öz zəiflik və bəndəçiliklərini göstərmək üçün alınlarını torpağa qoyur və aləmlərin Rəbbini çağırırlar.
Dostları ilə paylaş: |