ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ


HƏDİS, İCTİHAD VƏ FİQH 136-CI ƏSAS



Yüklə 5,11 Mb.
səhifə49/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

HƏDİS, İCTİHAD VƏ FİQH


136-CI ƏSAS


İmamiyyə şiələri əqidə və hökmlərə aid məsələlərdə etibarlı şəxslər vasitəsi ilə Həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədislərə əməl edirlər. Belə hədislərin şiə və ya sünnü məzhəblərinin mötəbər hədis kitablarında gəlməsinin heç bir fərqi yoxdur. Odur ki, şiə məzhəbinin fiqhi kitablarında sünnü məzhəbinin mühəddislərinin rəvayətlərinə də istinad edilir. Bizim məzhəbimizdə “dirayət» elminə əsasən, bu cür hədislər “müvəssəq», yəni etibarlı hədislər adlanır.

Deməli, bu haqda şiə məzhəbinə töhmət vuran qərəzli şəxslərin iddiası puç və əsassızdır.

Şiə məzhəbində olan fəqihin istinad etdiyi şeylər: Qurani-kərim, sünnət, ağıl və icmadan ibarətdir. Sünnət dedikdə məqsəd, məsumların sözü, əməli və müəyyən bir əməli başqasından gördükdə doğru olarsa, sükut etməsidir. Rəsuli Əkrəm (s) onların ən üstünüdür. Buna əsasən İslam Peyğəmbərinin (s) sözü, əməli və sükutu barədə etibarlı sünnü ravilərinin vasitəsi ilə bir hədis nəql olunduqda, o, şiələr üçün mötəbər sayılacaqdır. Şiə məzhəbinin fiqhi kitablarında yazılanlar bu müddəaya canlı sübutdur. Qeyd etmək lazımdır ki, bu zəminədə şiə və sünnü məzhəblərinin hədis kitabları arasında heç bir fərq yoxdur. Lakin əsas məsələ onu rəvayət edən şəxsin etibarlı olub-olmaması haqqındadır.

137-Cİ ƏSAS


Doğru və etibarlı sənəd vasitəsi ilə Əhli-beytdən nəql olunmuş hədislər mötəbər və şər”i höccət sayılır. Onların məzmununa əməl edib yalnız ona istinad edərək fətva vermək lazımdır.

Qeyd etmək lazımdır ki, məsum imamlar (hal-hazırda işlənən mənada) müfti (fətva verən) və müctehid deyildir. Onların kəlamları aşağıda qeyd edəcəyimiz yollarla kəsb olunur:

1-Həzrət Peyğəmbərdən (s) nəql olunmaqla:

Məsum imamlar (ə) istər vasitəsiz, istərsə də müəyyən vasitə ilə müxtəlif hədisləri böyük şəxsiyyətlər olan ata-babalarının vasitəsi ilə Peyğəmbərdən (s) alır və başqaları üçün nəql edirlər. Hər imamın özündən qabaqkı imamdan və bu ardıcıllıqla Peyğəmbərdən nəql etdiyi rəvayətlər şiə hədisləri arasında saysız-hesabsızdır. Həzrət Rəsuli Əkrəmə (s) (mötəbər sənəd vasitəsi ilə) çatan hədislər bir yerə toplanarsa, müsəlman fəqihləri üçün böyük bir hədis mənbəyi olar. Çünki, hədis aləmində belə mötəbər sənədə malik olan rəvayətlər misilsizdir. Onlardan birini burada qeyd edirik. Deyilənlərə görə “Silsilətuz-zəhəb» adlı bu hədisin bir nüsxəsi mədəniyyət və ədəbi sevən “Samanilər» xəzinəsində saxlanır.

Şeyx Səduq (r. ə.) özünün “Tovhid» kitabında iki nəfərin vasitəsi ilə Əbus–səlt Hərəvidən belə nəql edir:

Mən Əli ibni Musər-Riza (ə) ilə birlikdə Nişapur şəhərindən keçirdim. Bu şəhərin Məhəmməd ibni Rafe, Əhməd ibni Hərb, Yəhya ibni Yəhya və İshaq ibni Rahəviyyə kimi mühəddisləri, həmçinin bir dəstə elm həvəskarları o Həzrətin qabağını kəsib ərz etdilər: Səni pak ata-babalarına and veririk, öz atandan eşitdiyin bir hədisi bizim üçün nəql et!

İmam Riza (ə) belə buyurdu:

ÕÓœsÓÀÓÊȆ«Ó»Ȇ«‰tŸÓ»tœÔ†«‰gs«“‰ÕÔ†ÂÔËGÓȆ«»tÊÔ†ÃÓŸtbÓ—†ŸÓ‰ÓÈtÁ «‰GsÓ‰«“†v«“‰Ó†ÕÓœsÓÀÓÊȆ«Ó»Ȇ«‰gs«“œvÔ†ÃÓŸtbÓ—†«»tÊÔ

ÂÔÕÓÂsÓœ†ŸÓ‰ÓÈtÁ†«‰GsÓ‰«“†v«“‰Ó†ÕÓœsÓÀÓÊȆ«Ó»Ȇ«Ó»Ôƒ†ÃÓŸtbÓ—†ÂÔÕÓÂsÓœ†»tʆŸÓ‰È†»«v—†Ÿ‰t†«˘ÓÊt»È«“¡†ŸÓ‰ÓÈtÁ«“†«‰GsÓ‰«“†

†v«“‰Ó†ÕÓœsÓÀÓÈ†«Ó»ȆŸÓ‰È†«Ó»tʆ«‰tÕÔGÓÈtʆGÓÈsœ†«‰tŸ«“»œÈÊÓ†ŸÓ‰ÓÈtÁ†«‰GsÓ‰«“†v«“‰Ó†ÕÓœsÓÀÓÊȆ«Ó»ȆGÓÈsœ†gÓ»«“»†«ÓÁt‰†

«‰tÃÓÊsÓ:†«‰tÕÔGÈʆŸÓ‰ÓÈtÁ†«‰GsÓ‰«“†v«“‰Ó†ÕÓœsÓÀÓÊȆ«Ó»ȆŸÓ‰È†»Ê†«Ó»Ȇ◊«“‰»†ŸÓ‰ÓÈtÁ†«‰GsÓ‰«“†GÓÂŸt Ô†«‰ÊsÓ»Ȇ¸

†ÈÓvÔˉ†GÓÂŸt Ô†ÃÓ»—∆ȉ†ÈÓvÔˉ†GÓÂŸt Ô†‹Ó†ÃÓ‰sÓ†ÃÓ‰«“‰ÔÁ†ÈÓvÔˉԆ‰«“†«Ó‰ˆˆÁÓ†«˙”†«‹Ô†ÕgtÊȆbÓÂÓÊt†œÓŒÓ‰Ó†ÕgtÊȆ

«ÓÂÊÓ†ÂÊt†ŸÓ–«“»Ȇ;

“Allahın saleh bəndəsi olan atam Musa ibni Cəfər (ə) atası Həzrət imam Cəfər Sadiqdən (ə), o Həzrət də öz atasından - peyğəmbərlərin elminin (dərinliklərini) yaran imam Baqirdən (ə), o Həzrət də abidlərin ağası Həzrət Əli ibni Hüseyndən (ə), o Həzrət də cənnət cavanlarının ağası imam Hüseyndən (ə), o Həzrət də öz atası Əli ibni Əbi Talibdən (ə) o da Peyğəmbərdən (s), o da Cəbraildən, o da Allah-taaladan belə nəql etmişdir ki, buyurur: La ilahə illəllah (Allahdan başqa ayrı bir məbud yoxdur) kəlməsi Mənim qalamdır. Hər kəs Mənim qalama daxil olsa əzabımdan amanda qalacaqdır.»

O Həzrət bu hədisi deyib bir az getdikdən sonra ucadan buyurdu:

º†»gÔ—ÔË◊Á«“†ËÓ†«ÓÊÓ«†ÂÊt†gÔ—ÔË◊Á«“†;

“(Yəni, La ilahə illəllah deməyin) şərtləri də vardır ki, mən onun şərtlərindən biriyəm.»368

2-Kitabi-Əlidən (ə) nəql etməklə:

Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) bütün peyğəmbərliyi müddətində onunla birgə olduğundan, Həzrətdən eşitdiyi çoxlu hədisi bir kitabda toplaya bilmişdir. (Bu hədislər Peyğəmbərin (s) imlası və İmam Əlinin (ə) vasitəsi ilə yazılmışdır). İmamın şəhadətindən sonra Əhli-beytin (ə) yanında qalan bu kitabın xüsusiyyətləri imamlarımızın vasitəsilə bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur: “Bu kitabın uzunluğu yetmiş ziradır369 ki, Peyğəmbərin (s) imlası və Əli ibni Əbi Talibin (ə) dəsti-xətti ilə yazılmış və xalqın ehtiyacı olan hər bir şey orada bəyan olunmuşdur.»370

Qeyd etmək lazımdır ki, bu kitab həmişə Əhli-beytin arasında əldən-ələ gəzmişdir. İmam Baqir (ə) və imam Sadiq (ə) dəfələrlə ondan hədis nəql etmiş və hətta onu öz səhabələrinə göstərmişlər. Hal-hazırda bu kitabın bəzi hədisləri şiə məzhəbinin hədis mənbələrində, xüsusilə “Vəsailuş-şiə» kitabının müxtəlif bablarında mövcuddur.

3-İlahi ilhamlar:

Əlhi-beyt (ə) elminin “ilham» adlanan ayrı bir mənbəyi də vardır. İlham təkcə peyğəmbərlərə aid deyil, həm də tarix boyu bəzi böyük şəxsiyyətlər ondan bəhrələnmişdir. Tarix, peyğəmbər olmayan, lakin qeyb aləmindən onlara ilham olan bəzi şəxsiyyətləri göstərir, Qurani-kərim də onlardan bəzisinə işarə edir. Məsələn, bir neçə günlük Həzrət Musaya (ə) dərs verən yol yoldaşı (Xızr) haqqında belə buyurur:

º†¬ ÓÈtÊ«“ÁÔ†—ÓÕtÂÓ:ΆÂÊt†ŸÊtœÊ«“†ËÓ†ŸÓ‰sÓÂtÊ«“ÁÔ†ÂÊt†‰ÓœÔÊsÓ«†Ÿ‰t«Ά;

“Ona Öz məxsus rəhmətimizdən əta edib, Öz elm və bilik xəzinəmizdən xüsusi bir elm verdik.»371

Həmçinin Süleyman (ə) peyğəmbərin işçilərindən biri haqda buyurulur:

º†v«“‰Ô†«‰sÓ–ȆŸÊtœÓÁÔ†Ÿ‰tÂφÂÊÓ†«‰t„ «“»†;

“Yanında kitab elmindən bir qədər elmi olan şəxs dedi...»372

Bu şəxslər öz elmlərini adi yollarla deyil, Allahın buyurduğu kimi elmi-lədunni (xüsusi bilik) yolu ilə kəsb etmişdilər. Buna görə də peyğəmbər olmamaq bəzi böyük məqamlı şəxslərin ilahi ilhamdan bəhrələnməsinə mane ola bilməz. Şiə və sünnü hədislərində qeyd olunduğu kimi, belə insanlar “mühəddəs» adlanır. Mühəddəs peyğəmbər olmayan, amma mələklərin onunla danışdığı şəxsə deyilir. Buxari özünün “Səhih” kitabında Həzrət Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət belə buyurur:

‰ÓvÓœt†„«“ÊÓ†bÈÂÓÊt†„«“ÊÓ†vÓ»t‰Ó„ÔÂt†ÂÊt†»ÓÊȆ«Gt—«“Í∆Í‰Ó†ÈÔ„Ó‰sÂÔËÊÓ†ÂÊt†⁄ÓÈt—†«ÓÊt†ÈÓ„ÔËÊÔË«†«ÓÊt»È«“¡Ó

“Sizdən qabaq Bən-İsrail arasında elə insanlar var idi ki, peyğəmbər olmadığı halda mələklər onlarla danışırdı.»373

Buna görə islam ümməti üçün ilahi məarif və hökmləri bəyan edən Əhli-beyt imamları, bəzi suallar üçün Qurandan, Peyğəmbər sünnətindən və “Kitabi-Əlidən» bir cavab tapmadıqda ona ilahi ilham əsasında cavab verirdilər.374


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin