131-Cİ ƏSAS
Peyğəmbəri Əkrəm (s)-ə və onun Əhli-beytinə (ə) məhəbbət bəsləmək, İslam dininin zəruri hökmlərindən biridir, Qurani-kərimdə və rəvayətlərdə ona təkid olunmuşdur. Allah-taala Qurani-kərimdə buyurur:
º†vÔ‰t†«Êt†„«“ÊÓ†¬»«“ƒÔ„ÔÂt†ËÓ†«Ó»tÊ«“ƒÔ„ÔÂt†ËÓ†«ŒtË«“ÊÔ„ÔÂt†ËÓ†ŸÓgÍ—Ó Ô„ÔÂt†ËÓ «ÓÂtË«“‰Ï†«vt Ó—Óbt ÔÂÔËÁ«“†ËÓ† ë“—Ó:φ ÓŒtgÓËtÊÓ†
„ÓG«“œÓÁ«“†ËÓ†ÂÓG«“„ÊÓ† Ó—t÷ÓËtÊÓÁÓ«†«ÓÕÓ»sÓ†«‰ÓÈt„ÔÂt†ÂÊÓ†«‹†ËÓ†—ÓGÔˉÁ†ËÓ†ÃÁ«“œn†bȆGӻȉÁ†bÓ Ó—Ó»sÓgÔË«†ÕÓ tÈ”†ÈÓ√t ÈÓ†
«‹Ô†»√ÓÂt—Á†ËÓ «‹Ô†‰«“†ÈÓÁtœÈ†«‰tvÓËtÂÓ†«‰tb«“GvÈÊÓ†;
“(Ey Peyğəmbər! Ümmətə) de ki, atalar, övladlar, qardaşlar, qadınlar, qohumlar, əldə etdiyiniz mallar, kasadçılığından qorxuduğunuz ticarət və razı olduğunuz məskənlər sizin nəzərinizdə Allah, Onun elçisi və Allah yolunda cihad etməkdən sevimlidirsə, Allahın sizə əzab göndərməsinin intizarında olun. Allah, taala (yolunu azmış) fasiq qövmü hidayət etməz.»347
Digər ayədə buyurulur:
º†«Ó‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†»Á†ËÓ†ŸÓGsÓ—ÔËÁÔ†ËÓ†ÊÓgÓ—ÔËÁÔ†ËÓ†«Ó sÓ»ÓŸÔË«†«‰ÊsÔË—Ó†«‰sӖȆ«ÔÊtG‰Ó†ÂÓŸÓÁÔ†«Ôˉˆˆ∆„Ó†ÁÔÂÔ†«‰tÂÔbt‰ÕÔËÊÓ†;
“(İslam Peyğəmbərinə) iman gətirib, onu uca tutan və ona kömək edənlər, həmçinin ona nazil olmuş nura (Qurana) itaət edənlər, şübhəsiz, səadətə çatmışlardır.»348
Allah-taala bu ayədə səadətə çatanlar üçün dörd xüsusiyyət zikr etmişdir:
1-Peyğəmbərə iman gətirmək; (¬ÂÓÊÔË«†»Á)
2-Peyğəmbəri uca tutub, əzizləmək; (ŸÓGsÓ—ÔËÁÔ)
3-Peyğəmbərə kömək emək; (ÊÓgÓ—ÔËÁÔ)
4-Nazil olmuş nura (Qurani-kərimə) itaət etmək; (ËÓ†« sÓ»ÓŸÔË«†«‰ÊsÔË—Ó†«‰sӖȆ«ÔÊtG‰Ó†ÂÓŸÓÁÔ)
Peyğəmbərə (s) kömək etmək o Həzrəti uca tutub əzizləmək, ona məhəbbət bələyib hörmət göstərməkdən ibarətdir. O Həzrətə iman gətirmək təkcə onun həyatda olduğu dövrə aid olmadığı kimi, məhəbbət bəsləmək də yalnız onun həyatda olduğu zamana məxsus deyildir.
Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək məsələsinə gəldikdə isə Allah onu peyğəmbərliyin mükafatı adlandıraraq buyurur:
º†vÔ‰t†‰«“†«ÓGt∆Ó‰Ô„ÔÂt†ŸÓ‰ÓÈtÁ†«ÓÃt—«Î†«˙”†«‰tÂÓËÓœsÓ:Ó†bȆ«‰tvÔ—t»È”†;
“(Ey Peyğəmbər! Ümmətə) de ki, peyğəmbərliyin qarşısında sizdən yaxınlarıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa heç bir mükafat (əcr) istəmirəm.»349
Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək təkcə Quranda deyil, həm də bir çox hədis və rəvayətlərdə təkid olunmuşdur. Onlardan ikisini diqqətinizə çatdırırıq:
1-Həzrət Mühəmməd (s) buyurur:
º†‰«“†ÈÔƒtÂÊÔ†«ÓÕӜԄÔÂt†ÕÓ sÈ”†«Ó„ÔËÊÓ†«ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†ËÔ‰tœÁ†ËÓ†«‰Ês«“G†«ÓÃtÂÓŸÈÊÓ†;
“Mən, bir şəxsin nəzərində bütün insanlardan və övladlarından sevimli olmadıyınca, həmin şəxsin imanı kamil olmaz.»350
2-O Həzrət ayrı bir hədisdə buyurur:
º†ÀÓ‰«“ÀφÂÓÊt†„ÔÊsÓ†bÈÁ†–«“vÓ†◊ÓŸtÂÓ «˘È«“Ê∫†ÂÓÊt†„«“ÊÓ†‰«“†gÓÈ¡Ó†«ÓÕÓ»sÔ†«‰ÓÈtÁ†ÂÊÓ†«‹†ËÓ —ÓGÔˉÁ†ËÓ ÂÓÊt†„«“ÊÓ†
‰Ó∆Êt†ÈÔÕt—Óvt†»«‰Ês«“—†«ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†«ÓÊt†ÈÓ—t ÓœsÓ†ŸÓÊt†œÈÊÁ†ËÓ ÂÓÊt†„«“ÊÓ†ÈÔÕ»sÔ†‹†ËÓ†ÈÔ»t⁄÷Ô†‹†;
“Üç xüsusiyyətə malik olan şəxs imanı (onun həqiqətini) dadmışdır: 1-Allah və Onun peyğəmbərindən başqa heç bir şey onun nəzərində sevimli olmasın. 2-Od içində yanmaq onun nəzərində dindən çıxmaqdan üstün olsun. 3-Allah üçün (bir şeyə) məhəbbət edib, Allah xatirinə düşmən olsun.”351
Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət etməyin vacib olması barədə bir çox hədis nəql olunmuşdur. Onlardan bəzisini qeyd edirik:
1-Rəsuli Əkrəm (s) buyurur:
º†‰«“†ÈÔƒÂÊÔ†ŸÓ»tœÏ†ÕÓ sÈ”†«Ó„ÔËÊÓ «ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†ÊÓbtGÁ†ËÓ† Ó„ÔËÊÓ†Ÿ t—Ó È†«ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†Ÿ t—Ó Á†ËÓ†ÈÓ„ÔËÊÓ†«ÓÁt‰È†
«ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†«ÓÁt‰Á†;
“Məni özündən, övladlarımı öz övladlarından və ailəmi öz ailəsindən çox sevməyən bəndə iman gətirməmişdir.»352
2-Həmçinin digər bir hədisdə Əhli-beyt (ə) haqqında belə buyurur:
º†ÂÓÊt†«ÓÕÓ»sÓÁÔÂt†«ÓÕÓ»sÓÁÔ†«‹Ô†ËÓ†ÂÓÊt†«Ó»t⁄Ó÷ÓÁÔÂt†«Ó»t⁄Ó÷ÓÁÔ†«‹†;
“Onları sevən şəxsi Allah da sevəcək və onlarla düşmənçilik edənləri isə Allah da düşmən tutacaqdır.»353
Peyğəmbərə (s) və onun məsum Əhli-beytinə (ə) məhəbbət bəsləməyin vacib olmasını bildikdən sonra soruşuruq:
1-Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) məhəbbət göstərməyin nə kimi faydası vardır?
2-Həzrət Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) məhəbbət göstərməyin yolu nədir?
Birinci sualın cavabında qeyd etmək lazımdır ki, fəzilətli və yüksək insani səciyyələrə malik olan bir şəxsə məhəbbət bəsləmək məhəbbət edən insanı yüksək mənəvi məqamlara çatdırır. Hər kəs səmimi qəlbdən bir insanı sevdikdə özünü onunla birgə etmək istəyir; onu sevindirən işləri əncam verib, narahat olduğu işlərdən çəkinir. Hər bir insanda belə bir ruhiyyənin olması, onun ruhən dəyişməsinə və həmişə günahlardan çəkinib düzgün yolda olmasına səbəb olur. Yalnız dildə öz məhəbbətini izhar edib, əməldə isə öz məhbubu ilə uyğun olmayan şəxslər, həqiqi məhəbbətdən çox-çox uzaqdırlar. İmam Sadiqə (ə) mənsub edilmiş iki beytdə bu həqiqətə işarə olunur:
ÓŸtgȆ«˘‰ˆˆÁÓ†ËÓ†«ÓÊt Ó† ÔÿtÁ—Ô†ÕÔ»sÓÁÔ††††††††ÁÓ–«“†‰ÓŸÓÂt—ȆbȆ«‰tbŸ«“‰†»ÓœÈŸÏ
‰ÓËt†„«“ÊÓ†ÕÔ»sÔ„Ó†g«“œv«Ó†‰√Ó◊ÓŸt ÓÁÔ††††††«ÊsÓ†«‰tÂÔÕ»sÓ†‰ÂÓÊt†ÈÔÕ»sÔ†ÂÔ◊ÈŸÔ†
“Allah qarşısında günah edə-edə Onu sevməyi iddia edirsən. And olsun canıma, bu çox təəccüblü bir işdir! (Çünki) etdiyin iddia düz olsaydı, Ona itaət edərdin. Həqiqətən məhəbbət edən öz məhbubuna tabedir.»354
Həzrət Rəsuli Əkrəmə (s) və onun Əhli-beytinə (ə) məhəbbət bəsləməyin faydaları ilə tanış olduqdan sonra, onlara məhəbbət etməyin yolları haqda söhbətə başlayırıq. Məlum məsələdir ki, onlara məhəbbət bəsləmək heç də əməlsiz olaraq yalnız dildə iddia etməklə deyil, əksinə insanın danışıq və rəftarında zahir olan məhəbbətdən ibarətdir.
Qeyd etdiyimiz kimi, Rəsuli Əkrəm (s) və onun Əhli-beytinə (ə) məhəbbət bəsləməyin həqiqəti, onlara əməli şəkildə itaət etməkdir, lakin məsələ bu məhəbbətin batini və ruhani təsiri haqqındadır. Belə bir məhəbbət xalqın nəzərində dildə və ya əməldə məhəbbət və ehtiram sayılan hər hansı bir əmələ deyilir. Lakin onlar məhəbbət bəsləyib və ya əziz tutmağın şərti haram yol ilə deyil, halal şəkildə olmasıdır.
Deməli Həzrət Peyğəmbər (s) və onun Əhli–beytinin (ə) təvəllüd və ya şəhadət günlərini əziz saxlamaq, bu məhəbbətin bir növ cilvəsi sayılır. Yəni onların təvəllüdü günü küçə və xiyabanları bəzəmək, bayraqlar sancmaq və onların fəzilətlərini bəyan etmək üçün məclislər qurmaq, onların uca məqamlarını əziz tutub, onlara qarşı məhəbbət izhar etmək sayılır. Buna əsasən Peyğəmbərin (s) təvəllüdü günü şənlik və bayram məclisləri qurmaq, müsəlmanlar arasında gözəl ən-ənəyə çevrilmişdir.
Diyar Bəkri özünün “Tarixul-xəmis» kitabında belə yazır:
“Müsəlmanlar həmişə Həzrət Peyğəmbərin (s) anadan olduğu ayı şadlıq keçirərək başqalarına yemək paylayıb yoxsullara sədəqə verir, şadlıq edərək o Həzrətin təvəllüdü haqqında söhbətlər edirlər. Bəzi vaxtlar belə hallarda onlar üçün bir sıra kəramətlər baş verir.»355
Dostları ilə paylaş: |