144-CÜ ƏSAS
Hər bir müsəlmana gün ərzində Quran və sünnətdə zikr olunduğu kimi, beş vaxtda namaz qılmaq vacibdir. Günortadan gün batanadək zöhr və əsr namazları, məğribdən gecənin yarısınadək məğrib və işa namazları, həmçinin sübh açılandan günəş çıxanadək isə sübh namazının vaxtıdır. Şiə məzhəbinin əqidəsinə görə zöhrdən məğribədək olan vaxt, zöhr və əsr namazlarının müştərək vaxtıdır. Amma bu vaxtın əvvəlində dörd rək”ətlik namaz qılmaq qədər vaxt zöhr namazına, sonundakı dörd rək”ətlik namaz qılmaq üçün olan vaxt isə, əsr namazına məxsusdur. Beləliklə, insan qeyd olunan iki məxsus vaxtdan əlavə, zöhrdən məğribədək olan zamanda namazı, təkcə fəzilət vaxtında deyil, həm də başqa vaxtda qıla bilər. Amma sonra qeyd edəcəyimiz kimi, namazları bir-birindən ayırıb hər birini öz fəzilətli vaxtında qılmaq çox yaxşı və bəyəniləndir.384
İmam Baqir (ə) buyurur:
º†«–«“†G«“‰Ó †«‰gsÓÂtGÔ†œÓŒÓ‰Ó†«‰tËÓvt «“ʆ«‰ÿsÔÁt—Ô†ËÓ†«‰tŸÓgt—Ô†ËÓ†«–«“†⁄«“»Ó †«‰gsÓÂtGÔ†œÓŒÓ‰Ó†«‰tËÓvt «“ʆ«‰tÂÓ⁄t—»Ô†
ËÓ†«‰tŸg«“¡Ô†«‰t¬Œ—Ó:†;
“Günəş səmanın ortasına çatdıqda zöhr və əsr namazlarının, günəş batdıqda isə məğrib və işa namazlarının vaxtı çatır.»385
İmam Sadiq (ə) buyurur:
º†«–«“†G«“‰Ó †«‰gsÓÂtGÔ†bÓvÓœt†œÓŒÓ‰Ó†ËÓvt Ô†«‰ÿsÔÁt—†ËÓ†«‰tŸÓgt—†ÃÓÂÈŸ«Î†«˙”†«ÓÊsÓ†Áˆˆ–Á†vÓ»t‰Ó†Áˆˆ–Á†ÀÔÂsÓ†«ÓÊt Ó bȆËÓvt n†
ÂÊtÁÔ«“†ÃÓÂÈŸ«Î†ÕÓ tÈ”† Ó⁄Ȼӆ«‰gsÓÂtG†;
“Günəş zəval həddinə çatdıqda (kölgənin aradan getdiyi vaxt), zöhr və əsr namazlarının hər ikisinin vaxtı çatır, lakin zöhr namazı əsr namazından qabaq qılınmaqıdır. O vaxtdan günəş batanadək istədiyin hər bir vaxtda namaz qıla bilərsən.»386
İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət heç bir üzrlü səbəb olmadıqda belə, zöhr və əsr namazlarını birlikdə qılırmış.
İki namazı bəzi vaxtlar ardıcıl qılmağın caiz olması bütün müsəlman fəqihlərinin qəbul etdiyi bir məsələdir. Onlar “Ərəfə» və “Müzdəlifə»də zöhr və əsr, yaxud məğrib və işa namazlarını arada fasilə olmadan ardıcıl qılmağı caiz bilirlər. Eləcə də, sünnü alimlərindən çoxlu səfərdə iki namazın ardıcıl şəkildə qılınmasını caiz bilmişlər. Bu məsələdə şiələrlə başqalarının fərqi bundan ibarətdir ki, şiələr qeyd olunan dəlillərə əsaslanaraq namazların ardıcıl şəkildə (arada fasilə olmadan) qılınmasını caiz bilmiş, amma eyni halda namazların öz fəzilətli vaxtında qılınmasını da müstəhəb və xoşa gələn saymışlar.
Hədislərdən aydın olduğu kimi, bunun səbəbi müsəlmanlar üçün işin asanlaşdırılmasıdır. Həzrət Peyğəmbər (s) də çox vaxt xəstəlik, səfər və s. kimi üzrlü səbəb olmadan iki namazı arada fasilə olmadan və ardıcıl şəkildə qılmış və beləliklə də namaz qılmağı müsəlmanlar üçün asanlaşdırmışdır. Yəni hər kəs onları həm fəsilsiz və ardıcıl, həm də fasilə ilə qıla bilər.
Müslüm öz “Səhih” kitabında belə nəql edir:
º†gÓ‰sÓ͆—ÓGÔˉԆ«‹†«‰ÿsÔÁt—Ó†ËÓ†«‰tŸÓgt—Ó†ÃÓÂÈŸ«Î†ËÓ†«‰tÂÓ⁄t—»Ó†ËÓ†«‰tŸg«“¡Ó†ÃÓÂÈŸ«Î†bȆ⁄ÓÈt—†ŒÓËtbn†ËÓ ‰«“†GÓbÓ—n†;
“Həzrət Peyğəmbər (s) xovf olmadığı və səfərə getmədiyi halda belə zöhr ilə əsr, həmçinin məğrib ilə işa namazlarını birlikdə (arada fasilə olmadan) qılmışdır.»387
Bəzi rəvayətlərdə bu əməlin səbəbinə işarə olunaraq buyurulur:
º†ÃÓÂÓŸÓ†«‰ÊsÓ»ÈsÔ†¸†»ÓÈtÊÓ «‰ÿsÔÁt—†ËÓ «‰tŸÓgt—†ËÓ »ÓÈtÊÓ†«‰tÂÓ⁄t—»†ËÓ†«‰tŸg«“¡†bÓvȉӆ‰ÓÁÔ†bȆ–†”‰„Ó†bÓv«“‰Ó†gÓÊÓŸt Ô†
Áˆˆ–«“†‰ÓŸÓ‰sÓ«† ՗Æ√ÂsÓ È†;
“Həzrət Peyğəmbər (s) zöhr ilə əsr, məğrib ilə işa namazlarını birlikdə (arada fasilə olmadan) qıldı. Bunun səbəbini soruşduqda buyurdu: Bunu ümmətim çətinliyə düşməsin deyə, əncam verdim.»388
Həzrət Rəsuli Əkrəm (s)-in iki namazı ardıcıl qılması haqda mötəbər hədis kitablarında 21 rəvayət nəql olunmuşdur. O namazların bəzisi səfərdə, bəzisi isə yağışlı havada və xəstəlik kimi qeyri səfər vaxtlarda qılınmışdır.
Onların bəzisində iki namazın ardıcıl qılınmasının hikməti kimi müsəlmanlar üçün çətinliyin yaranmaması zikr olunmuşdur. Şiə fəqihləri də buna əsasən namazların ardıcıl qılınmasını caiz bilmişdir. Namazların ardıcıl şəkildə qılınması, müsəlmanların namazlarını Ərəfə, Müzdəlifə və ya səfərdə ardıcıl qıldığı kimidir. Bəzi vaxtlar belə təsəvvür olunur ki, namazları ardıcıl qılmaq, birinci namazın onun fəzilət vaxtının axırında, ikinci namazın isə öz vaxtında qılınmasından ibarətdir. Bu halda namaz qılan şəxs birinci namazı bir az gec qılsa da hər iki namazı öz vaxtında qılmış olur. Bu isə rəvayətlərin zahiri mənası ilə zidd olan bir məsələdir. Çünki qeyd olunduğu kimi, namazların ardıcıl qılınması, bütün müsəlmanların Ərəfə və Müzdəlifədə namaz qıldığı kimidir. Belə ki, Ərəfədə hər iki namazı (zöhr və əsr namazları) zöhr vaxtı, Müzdəlifədə isə hər ikisi (məğrib və işa namazları) işa vaxtı qılınır. Elə buna əsasən, Həzrət Peyğəmbərin (s) buyurduğu “ardıcıl qılma qaydası” namazların birinin gec, o birinin isə öz vaxtında qılınması deyil, məhz bu cür yerinə yetirmək lazımdır.
Bundan əlavə, rəvayətlərdə bu işin səbəbi onun müsəlmanlar üçün asan və zəhmətsiz olması qeyd olunmuşdur. Bu da hər bir müsəlmana, zöhr ilə əsr və ya məğrib ilə işa namazlarını birlikdə və istədiyi vaxt qılmaq ixtiyarı verib onu çətinlikdən uzaqlaşdırır.
Həmçinin namazın ardıcıl qılınmasını göstərən bu izahda qeyd etmək lazımdır ki, o Həzrət heç də yeni bir iş gətirməmişdir. Çünki o Həzrətdən qabaq da belə bir iş caiz olmuş. Hər bir müsəlman (məsələn) zöhr namazını təxirə salaraq onu öz vaxtında sayılan əsr namazı ilə birgə qılmağı bacarırmış.
Şiə fəqihləri iki namazın fasiləsiz və ardıcıl qılınması və onun dəlilləri haqda geniş risalələr yazmışdır ki, istəyənlər o kitablara baxa bilərlər.
145-Cİ ƏSAS
Şiə məzhəbi Quran və sünnətin göstərişlərinə əsaslanaraq iki növ evlənməyin düzgün olmasını qəbul edir. Daimi nikahın izaha ehtiyacı olmadığı üçün burada müvəqqəti nikah və ya müt”ə haqqında izahları diqqətinizə çatdırırıq:
Aralarında qohumluq, südvermə və sair kimi məhrəmliyə səbəb olan şər”i maneə olmayan qadın və kişi mehriyyə təyin etdikdən sonra, müəyyən müddətə qədər bir-biri ilə ailə həyatı qurur və təyin olunmuş müddət sona çatdıqda isə təlaq oxunmadan bir-birindən ayrılırlar. Onlardan uşaq dünyaya gələrsə, onların şər”i övladı sayılır və onların hər ikisindən irs aparır. Qadın isə təyin olunmuş müddət sona çatdıqdan sonra, şər”i iddə saxlamalı, hamilə olduğu təqdirdə uşağı dünyaya gətirənədək səbr edib sonra başqa ərə gedə bilər.
Müvəqqəti nikah öz mahiyyətinə əsasən, daimi nikahla eynidir. Birinci növ nikahda olan hökmlər, ikinci növ nikahın hökmləri kimidir. Lakin bu iki növ nikahın əsaslı fərqləri aşağıdakılardan ibarətdir:
1-Müvəqqəti nikahda müddət təyin olunmalıdır.
2-Bu nikahda nəfəqə vermək vacib deyildir.
Bu iki mətləbdən əlavə, onların arasında çox da mühüm və əsaslı fərq yoxdur.
İslam dini sonuncu və kamal bir din olduğu üçün, cinsi böhranlar nəticəsində yaranan çətinliyi aradan qaldırmaq üçün belə bir nikaha icazə vermişdir.
Xaricdə təhsil alan və ya işləyən, amma daimi əqd ilə evlənməyə imkanı olmayan bir gənci nəzərdə alın. Görəsən onun belə bir halda vəzifəsi nədir? Aydın məsələdir ki, belə bir gənc aşağıda qeyd olunmuş yollardan birini seçməlidir:
1-Özünü cinsi ləzzətlərdən tam məhrum etməsi.
2-Azğın və müxtəlif yoluxucu xəstəliklərə tutulmuş qadınlarla qeyri-qanuni rabitə yaratması.
3-Təmiz bir qadınla müvəqqəti nikah əsasında ailə qurub, öz çətinliyini aradan qaldıraraq, heç də ağır xərcə düşməməsi.
Gördüyünüz kimi, bundan əlavə, insanın bəhrələnə biləcəyi üçün dördüncü yol yoxdur. Lakin qeyd etmək lazımdır ki, müvəqqəti nikah yalnız belə bir vəziyyət üçün caiz olunmamışdır. Onun sair hikmət və faydaları da vardır. (Qeyd olunmuş şəraitdə müvəqqəti nikaha icazə verilməsindən onun bəzi hikmətlərini başa düşmək olar.)
Sair məzhəblərin fəqihləri də bir daimi nikaha icazə vermişlər ki, o da həqiqətdə bizim dediyimiz müvəqqəti nikahdan başqa bir şey deyildir. O nikah bundan ibarətdir ki, bir kişi ilə qadın daimi ailə qurduqları halda onlardan biri və ya hər ikisi müəyyən müddətdən sonra mütləq bir-birindən ayrılacağını bilir. Bu da müvəqqəti nikaha icazə verib, sadəcə onun adını dəyişdirmək deməkdir.
Quran ayələri və Peyğəmbər (s) sünnəti müvəqqəti nikahın caiz olmasını göstərir. Qurani-kərimdə buyurulur:
º†bÓ«“†«Gt ÓÂt ÓŸt ÔÂt†»Á†ÂÊtÁÔÊsÓ†bÓ¬ ÔËÁÔÊsÓ†«ÔÃÔË—ÓÁÔÊsÓ†bÓ—Í÷Ó:Î;
“Qadınlarla müt”ə əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin.»389
Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, bu ayə müvəqqəti nikah haqqında nazil olmuşdur. Ümumiyyətlə,şəriətdə belə bir nikaha icazə verilməsi haqda heç bir şübhə yoxdur. Mövcud olan bəzi ixtilaflar, müvəqqəti nikahın nəsx olunub-olunmaması (qüvvədən düşüb-düşməməsi) haqqındadır.
Sünnü və şiə rəvayətlərinə əsasən, bu nikah qüvvədən salınmamış və təkcə müəyyən səbəblərə görə ikinci xəlifə onun qabağını almışdır. Digər tərəfdən ikinci xəlifənin bu barədəki sözü, müvəqqəti nikahın Həzrət Peyğəmbərin (s) zamanında caiz olmasını çatdırır. Həmçinin onun özünün bu nikahı qadağan etməsi, öz şəxsi nəzəri əsasında hökm verməsini göstərir. İkinci xəlifə belə demişdi:
«ÓÈsÔÁÓ¬†«‰Ês«“GÔ†ÀÓ‰«“Àφ„ÔÊsÓ†ŸÓ‰È”†ŸÓÁtœ†—ÓGÔˉ†«‹†«ÓÊÓ«†«ÓÊtÁÈ”†ŸÓÊtÁÔÊsÓ†ËÓ†«ÔÕÓ—sÂtÁÔÊsÓ†ËÓ†«ÔŸ«“v»Ô†ŸÓ‰ÓÈtÁÊsÓ†ËÓ ÁÈÓ
†ÂÔ tŸÓ:Ô†«‰ÊsG«“¡†ËÓ†ÂÔ tŸÓ:Ô†«‰tÕÓÃs†ËÓ†ÕÓÍsÓ†ŸÓ‰È”†ŒÓÈt—†«‰tŸÓÂÓ‰
“Ey camaat! Peyğəmbərin dövranında caiz olan üç şeyi mən qadağan edirəm və onları əncam verənləri cəzalandıracağam. O üç şey, müt”ə (müvəqqəti nikah), həcc müt”əsi və namazda həyyə əla xəyril-əməl deməkdən ibarətdir.»390
Çox təəccüblüdür ki, ikinci xəlifənin qadağan etdiyi birinci və üçüncü işlər indiyə kimi də qadağan sayılmışdır, amma həcc müt”əsi (onun nəzərinin əksinə olaraq) bütün müsəlmanlar tərəfindən icra olunmaqdadır. (Həcc müt”əsi, Allah evinin ziyarətçisi ümrə və həcc əməlləri arasında ehram halından çıxması və ehramda ona haram olanların halal olmasından ibarətdir.)
Həzrət Peyğəmbərin (s) müvəqqəti nikahı haram etməməsi barədə sübutlardan biri də Buxarinin İmran ibni Həsindən nəql etdiyi rəvayətdir. O belə deyir:
ÊÓG‰ †¬È:Ô†«‰tÂÔ tŸÓ:Ô†bȆ„ «“»†«‹†bÓŸÓ‰tÊ«“†»ÁÓ«†ÂÓŸÓ†—ÓGÔˉ†«‹†ËÓ†‰ÓÂt†ÈÊG‰†v—¬Ê†ÈÔÕÓ—sÂÔÁÓ«†ËÓ†‰ÓÂt†ÈÊÁ†ŸÓÊtÁÓ¬
ÕÓ sˆˆÈ†Â«“ Ó†v«“‰Ó†—ÓÃԉφ»—Ó√tÈÁ†Â«“†g«“¡
“Müt”ə (müvəqqəti nikah) ayəsi Quranda nazil olduqdan sonra biz Peyğəmbərlə birlikdə ona əməl edirdik. Heç vaxt onu haram edən bir ayə nazil olmadı və Peyğəmbər vəfat edənə qədər onu qadağan etmədi. Amma bir kişi onun haqqında öz şəxsi nəzərini irəli sürdü.»391
(Məqsəd ikinci xəlifədir.)
Dostları ilə paylaş: |