İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə27/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

Əməliyyat sistemləri Sistem proqramları arasında xüsusi yer tutur, sistem proqram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.

Əməliyyat sisteminin köməyilə:
• kompüterlə istifadəçi arasında dialoq yaranır;
• operativ və daimi yaddaş qurğuları işə salınır;
kompüter idarə olunur;
• istənilən proqram yerinə yetirilməyə başlayır və s.

İstifadəçi interfeysinin tipinə görə əməliyyat sistemləri iki qrupa bölünür: Qeyri-qrafiki (simvol və ya əmr ( MS DOS)) və qrafiki (Windows).

Əmr tipli interfeys əmrlərin klviaturdan simvollar vasitəsilə daxil edilməsinə əsaslanır. Qrafik interfeysdə isə maus vasitəsilə xüsusi qrafiki interfeys elementlərinin seçilməsi ilə əməliyyatların yerinə yetirilməsinə əsaslanır.

Əməliyyat sistemləri cari anda yerinə yetirilən əməliyyatların sayına görə birməsələli və çoxməsələli, resurslardan istifadə edən istifadəçilərin sayına görə isə biristifadəçili çoxistifadəçili olurlar.


1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin