İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə25/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   21   22   23   24   25   26   27   28   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

Xarici yaddaş qurğuları informasiyanı uzun müddətə saxlamaq üçün istifadə olunur. Əməliyyat sisteminin faylları, proqramlar, istifadəçinin faylları xarici yaddaşda saxlanılır. Xarici yaddaş qurğularına sərt maqnit disklər (HDD və ya vinçestr), FDD yumşaq - elastik disklər (disketlər), fləş kartlar, CD disklər, DVD disklər (CD və DVD disklərin ROM-yalnız oxunabilən və RW-bir neçə dəfə silinib yazılan), ardıcıl müraciətli maqnit lenti strimer daxildir. Standart halda FDD-1,44 Mbayt, CD-700 Mbayt, DVD isə 4,7 Gbayt tutuma malik olur. Sərt disklərin məntiqi və fizikai bölgüsü var. Məntiqi bölgü sərt diskin formatlaşdırma zamanı “C”, “D” və s. məntiqi disklərə bölünməsidir.FDD diskin “A”, “B”; HDD (Sərt disk) “C”, “D”; CD və ya DVD disklərin “E”; fləş disklərin məntiqi işarəsi isə adətən “F”, “G” və s. olur.

Ana plata ilə birləşmə tipinə görə vinçesterin ATA (Advanced Technology Attachment) və IDE (Integrated Drive Electronics) növləri vardır. Fiziki bölgü zamanı disklər cığırlara (treklərə), cığırlar sektorlara (bir sektorun tutumu ındi istifadə olunan sərt disklərdə 512 baytdır) bölünür və sektorlar klasterlərdə( verilənlər yığımını saxlayan xarici yaddaş sxemində) birləşir. İnformasiyalar xarici yaddaşda klasterlərdə fayllar (xarici yaddaşda bir ümumi ad altında saxlanılan verilənlər yığımı) şəklində saxlanılır.


Xarici yaddaş qurğuları iş prinsipinə - informasiyanı yazma və ya oxuma üsullarına görə ardıcıl müraciətlibirbaşa müraciətli olmaqla iki yerə bölünür. Məsələn, HDD birbaşa, strimer isə ardıcıl müraciətli xarici yaddaş qurğularıdır. Birbaşa müraciətli xarici yaddaş qurğularının işləmə sürəti (diskə informasiyanı yazma və oxuma) ardıcıl müraciətli xarici yaddaş qurğularından dəfələrlə yüksəkdir. Ardıcıl müraciətli xarici yaddaş qurğularından əsasən informasiyanı etibarlı şəkildə uzun müddətə saxlamaq üçün istifadə olunur.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin