Obyektyönümlü proqramlaşdırma
Obyektyönümlü vizual proqramlaşdırmanın əsasları
Visual Basic və Visual Basic for Applications adlı obyekt-istinad proqramlaşdırma dillərində yazılmış proqram əlavələri obyektlərdən qurulur. Hazır obyektlər bir proqram kitabxanası təşkil edir ki, həmin kitabxana sözügedən proqramlaşdırma sistemlərinin tərkibinə daxildir.
Obyekt-istinad proqramlaşdırma sistemləri hazırlanacaq proqram əlavəsinin qrafik interfeysini yaratmağa, yəni prosesi vizuallaşdırmağa, gözlə görünən etməyə imkan verir.
Çünki bu sistemlər özlərinin dialoq pəncərəsinin köməyi ilə obyekt yaratmağa və ona müəyyən xassələr verməyə imkan yaradır.
Proqram obyektlərinin qarşılıqlı fəaliyyəti və dəyişməsi proqram kodu ilə təsvir edilir. Proqram kodları xətti, budaqlanan və dövr quruluşlarından istifadə edilməklə hazırlanır. Beləliklə, obyektlər həmin alqoritmik strukturların icraçısına çevrilirlər.
Obyekt sinifləri, sinif nüsxələri və obyekt ailələri
Obyekt-istinad proqramlaşdırmasının əsas vahidi proqram obyektidir ki, bu da obyektə aid verilənləri (xassələri) və həmin verilənlərin işlənməsi vasitələrini (metodları) özündə birləşdirir. Obtekt – isim, xassə - sifət, metod – feil kimidir. Proqram obyektləri xassələrə malikdir, metodlardan istifadə edə bilir və hadisələrə reaksiya verir.
Obyekt sinifləri. Obyekt sinifləri xassələr, metodlar və hadisələr yığımını müəyyən edən şablonlardır. Obyektlər həmin şablonlar üzrə yaradılır. Visual Basic dilində proqram əlavəsinin qrafik interfeysini reallaşdıran obyekt sinifləri əsasdır. VBA dilində yüzdən artıq müxtəlif obyekt siniflərindən istifadə edilir ki, bunlar da Windows&Office mühitində mövcuddur. Hər iki dildə əlavə proqram obyektləri kitabxanalarını və proqramçının özü tərəfindən yaradılmış obyekt siniflərini daxil etmək imkanı vardır. Hər bir obyektlər sinfi özünəməxsus xassələr, metodlar və hadisələr yığımına malikdir. Məsələn, Word –də
―sənəd‖ obyektlər sinfi mövcuddur ki, bu da aşağıdakı yığımları özündə birləşdirir: xassələr: ad (Name), tam ad (Full Name) və s;
metodlar: sənədi: aç (Open), çap et (PrintOut), saxla (Save) və s;
hadisələr: sənədin açılması (Document_New()), sənədin bağlanması (Docu- ment_Close()) və s.
Sinif nüsxələri. Obyekt sinifləri şablonu üzrə yaradılmış obyekt sinif nüsxəsi adlanır və verilmiş sinfə aid bütün xassə, metod və hadisə yığınlarına varis olur. Hər bir nüsxə verilmiş sinif üzrə unikal (təkrar olunmayan) ada malik olur. Məsələn, Document (―Azər.doc‖).
Bütün sinif nüsxələri eyni xassələrə malik olsalar da xassələrinin qiymətləri fərqli olur. Məsələn, Word-də Document sinfinə aid olan müxtəlif disklərdə, müxtəlif kataloqlarda, müxtəlif adlı bir neçə sənəd açılmış ola bilər:
|
FullName (tam adı)
|
Path (yol)
|
Azər.doc
|
C:\Kurs\Azər.doc
|
C:\Kurs\
|
Azər.txt
|
D:\ Azər.txt
|
D:\
|
Göründüyü kimi, Azər.doc C: diskində, Kurs kataloqunda, Azər.txt obyekti isə D: diskində kök kataloqda yerləşir.
Obyekt ailələri. Bir sinfə aid olan açılmış obyektlər bir ailə yaradır. Ailə Documents () kimi işarə edilir. Ailədəki obyektə müraciət ad və ya indeks vasitəsilə həyata keçirilir. Adla müraciət: Documents (―Azər.doc‖)
Sənədin ayrılmış fraqmentinə daxil olan bütün simvollar (Selection obyekti) Characters () ailəsinə daxildir. Simvola müraciət onun indeksi vasitəsi ilə həyata keçirilir: Characters (7).
Dostları ilə paylaş: |