D) Ədalətli, karyerada irəlilətmə sisteminin qurulması üçün şərait yaratmaq;
E) Əməyin ödənilməsi sahəsində rəhbərlərin özbaşına qərarlarından işçiləri müdafiə etmək;
53. Əməyin ödənilməsi səviyyəsini müəyyən edən amillər sırasına aid deyil?
A)) Kadr axıcılığının səviyyəsi
B) İşin mürəkkəbliyi;
C) Həyatın dəyəri;
D) Konkret peşə növünün təklifi və ona olan tələb ;
E) Məhsuldarlıq və iş stajı;
54.İşin mürəkkəbliyinin qiymətləndirilməsi üsulu deyil ?
A)) Normalaşdırma;
B) Maddələr üzrə reytinq;
C) Ranqlaşdırma;
D) Mürəkkəbliyə görə təsnifatlaşdırma;
E) Təsnifatlaşdırma;
55. Vəzifə təlimatı nədir?
A)) İşin məqsədi, mahiyyəti və hüdudlarının, yerinə yetirilməli olan konkret vəzifələrin və icraçının məsuliyyətinin sərhədlərinin ətraflı təsviridir;
B) İcraçının yerinə yetirməli olduğu işlərin siyahısı və onların yerinə yetirilməsi üçün tövsiyyələrdir;
C) Hər bir işçi vəzifəsi üçün nəzərdə tutulmuş səlahiyyət hüdudları və digər işçilərlə davranış normaları və davranış xətlərinin məcmusudur;
D) Əməyin elmi təşkili prosesində konkret vəzifə üçün nəzərdə tutulmuş tapşırıqlar və onların yerinə yetirilməsinə dair metodiki tövsiyyələrdir;
E) İşçinin müəyyən vəzifəyə gətirilməsi üçün ona edilən formal və qeyri – formal tələblər və sonrakı fəaliyyət müddəti üçün təminatlıdır;
56. Peşə - ixtisas tələbləri nədir ?
A)) İşin yerinə yetirilməsi ilə bağlı olan fiziki və intellektual fəaliyyət növlərinin, həmçinin zərurət yarandıqda, mühitin sosial və fiziki xarakteristikalarının dəqiq təsviridir;
B) İşçinin işə götürülməsi zamanı onun bilik və bacarığını aşkar etmək məqsədilə həyata keçirilir, dəqiq işlənmiş və əsaslandırılmış proseduradır;
C) İşçinin fəaliyyət göstərdiyi iş yerinin təsviridir;
D) İşçilərin işlədiyi iş yerlərinin müasir dünya standartları səviyyəsində qurulmasını nəzərdə tutan, firmanın rəhbərliyi tərəfindən işlənib hazırlanmış konkret tələblərdir;
E) Əməyin elmi təşkili və texniki normalaşdırılması prosesində əmək məhsuldarlığının yüksəldilməsinə edilən konkret tələblərdir;
57. Kompetentlilik norması nəyi göstərir ?
A)) Konkret iş şəraitində icraçının nəyi bilməli olduğunu göstərir;
B) Konkret iş şəraitində icraçının məhsuldarlığını göstərir;
C) İşraçının bilik və bacarığını göstərir;
D) Yüksək təhsil görmüş insanın bilməli olduğu informasiyanı göstərir;
E) Konkret iş şəraitində icraçının səlahiyyət hüdudlarını göstərir;
58. Kompetentlilik anlayışına nə daxildir?
A)) Kompetentlilik anlayışına müəyyən vəzifələri yerinə yetirməyə hazır olmaq, öz bilik və ustalığını bir işdən digər işə keçirmək qabiliyyəti daxildir;
B) Kompetentlilik anlayışına işləri yaxşı görmək və yüksək məhsuldarlığa nail olmaq daxildir;
C)Kompetentlilik anlayışına öz bilik və bacarığını firmanın inkişafı üçün istifadə etmək və bu fəaliyyətdən yararlanmaq xüsusiyyətləri daxildir;
D) Kompetentlilik anlayışına hər şeyi bilmək və biliklərini artırmaq daxildir;
E) Kompetentlilik anlayışına konkret vəzifəni mükəmməl şəkildə icra etmək daxildir;
59. Heyətin yığılması prosesinə daxil deyil ?
A)) İddiaçının əvvəlki iş yerindən informasiya alınması;
B) Iddiaçılarla əlaqələrin qurulması;
C ) Vakant yerin xarakteristikasının öyrənilməsi;
D) İddiaçıdan doldurulmuş anketin alınması;
E) Namizədin cəlb edilməsi şərtlərinin araşdırılması;
60. Heyətin yığılması prosesində hansı məsələ barədə qərar qəbul edilməlidir ?
A)) Təşkilata nə qədər əlavə işçi tələb olunur;
B) Söhbət aparan öz iş gününü necə planlaşdırmalıdır;
C) Namizədin əvvəlki iş yerindən yazılı informasiyanı necə almaq lazımdır;
D) Namizədə hansı suallar verilməlidir;
E) Namizədin qiymətləndirilməsi hansı meyarlara istinad etməlidir;
61. Heyətin yığılması prosesində xətti menecerlərin rolu necə olmalıdır ?
A)) Heyətin yığılması prosesində xətti menecerlər ekspert rolunda ciddi mövqeyə malik olmalıdır;
B) Heyətin yığılması prosesinin xətti menecerə dəxli yoxdur, çünki, xətti menecer ancaq istehsal tapşırıqlarının yerinə yetirilməsi ilə məşğul olur;
C) Heyətin yığılması prosesilə insan resursları menecmenti bölmələri məşğul olduğundan xətti menecerə ehtiyac yoxdur;
D) Heyətin yığılması prosesində xətti menecerin rolu əhəmiyyətsizdir;
E) Heyətin yığılması prosesini insan resursları bölmələri həyata keçirir;
62. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin daxili mənbələrinin üstünlüyüdür .
A)) Motivasiyanın yüksək olması;
B) Uzun adaptasiya dövrü;
C) Təşkilat daxilində arzu olunmayan əlaqələr;
D) Öyrətmə xərclərinin az olması;
E) Işçinin təcrübəsindən yararlanmaq imkanı;
63. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin xarici mənbələrinin üstünlüyüdür.
A)) Öyrətmə xərclərinin az olması;
B) Digər işçilərlə problemlərin yaranmaması;
C) Heyətin inkişafı proqramının tərtib edilməsi zərurəti;
D) Uzun adaptasiya dövrü;
E) Axtarış üzrə xərclərin olmaması;
64. İnsan resurslarına təşkilatı tələbatının ödənilməsinin xarici mənbələrinin mənfi cəhətidir.
A)) Uzun adaptasiya dövrü ;
B) Öyrətmə xərclərinin az olması;
C) Axtarış xərclərinin az olması;
D) Vəzifədə irəlilətmə təcrübəsinin yaranması;
E) Digər işçilərin problemləri;
65. İnsan resurslarına təşkilatın tələbatının ödənilməsinin daxili mənbələrinin mənfi cəhətidir.
A)) Təşkilatda “düşmənçilik” ehtimalı;
B) Işçilərin yüksək motivasiyası;
C) Öyrətmə xərclərinin az olması;
D) Xarici təcrübənin istifadəsi imkanı;
E) Əməyin elmi təşkili imkanın azalması;
66. İnsan resurslarının yığılmasının xarici mənbəyidir.
A)) Firmanın yaxşı əlaqə qurduğu Universitetlər;
B) Firmanın keçmiş işçiləri;
C) Firmanın işçilərinin qohumları;
D) Firmanın işçiləri;
E) Firmada işləmək iştəmiş keçmiş namizədlər;
67. İnsan resurslarının yığılmasının daxili mənbəyidir
A)) Firmanın işçilərinin qohumları;
B) Qeyri-formal kanallar;
C ) Əmək birjaları;
D) Internet;
E) Kütləvi informasiya vasitələri;
68. Vəzifə məlumatlandırılması sistemni əhəmiyyətli edən şərt hansıdır ?
A)) Təşkilat mövcud vakansiyaları tutmaq üçün kənara müraciət etməzdən əvvəl məlumatların öyrənilməsi üçün öz işçilərinə kifayət qədər vaxt verməlidir;
B) Təşkilat vakansiyaları titmaq barədə elan verən zaman peşə ixtisas tələblərini də göstərməlidir;
C) Təşkilat mövcud vakansiyaların hamısını eyni vaxtda, bütün informasiya vasitələrində verməlidir;
D) Təşkilat mövcud vakansiyalar, onların tutulma şərtləri və əmək haqqının məbləği barədə elan verməlidir;
E) Təşkilat öz işçilərinin hazırkı anda diqqətini gördükləri işdən yayındırmamaq məqsədilə, vakansiya barədə informasiyanı gizli saxlamalıdır;
69. Heyətin seçilməsi dedikdə nə başa düşülür ?
A)) Müxtəlif üsullarla namizəddlərin qiymətləndirilməsi, daha münasib namizəd barəsində qərar qəbul edilməsi və ona vakant yeri tutması barədə təklif edilməsi prosesi başa düşülür;
B)Işə götürən və potensial işçi arasında həyata keçirilməli olan görüşlərin davamı və inkişafı prosesi başa düşülür;
C)Vakant yerin xarakteristikasının öyrənilməsi, müvafiq namizədin cəlb edilməsi şərtlərinin araşdırılması, iddiaçılarla əlaqələrin qurulması və onlardan daxil olan doldurulmuş anketlərin alınmasından ibarət proses başa düşülür;
D)Təşkilatın gələcəkdə işçilərə tələbatı kəmiyyətcə və keyfiyyətcə proqnozlaşdırmaq və bu tələbatın nə dərəcədə ödənilə biləcəyini qiymətləndirmək cəhdi başa düşülür;
E)Müxtəlif təşkilati rolların və vəzifələrin işə qəbul edilmiş adamlar arasında bölüşdürülməsi prosesi başa düşülür ;
70. İşə qəbul olmaq istəyənin anketində tələb olunmayan informasiya hansıdır?
A)) Namizədin xarici ölkədə qohumunun olub-olmaması;
B) Namizədin təhsili, ixtisası və hazırlıq səviyyəsi ;
C) Namizədin telefon nömrəsi;
D) Namizədin sağlamlıq vəziyyəti, ciddi xəstəliyinin olub-olmaması;
E) Namizədin atasının adı;
71. Hansı halda vakansiya barədə elana daha çox reaksiya verilir.
A)) Yüksək işsizlik səviyyəsi şəraitində;
B) Təklif edilən əmək haqqı yüksək olduqda;
C) Firmanın imici yüksək olduqda;
D)Sentyabr - oktyabr aylarında ;
E) İnsanların gələcəkdə inamı yüksək olduqda;
72. Heyətin seçilməsi üsulu deyil.
A)) Etnoqrafiya üsülü;
B) Astrologiya üsulu;
C) Açıq – qapılar üsulu;
D) Qrafologiya üsulu;
E) Tərcümeyi – hal üsülü;
73. Heyətin seçilməsinin tərcümeyi – hal üsulu hansı ehtimala əsaslanır?
A)) İnsanın fərdi xarakteristikaları - onun həyat şərtlərinin və həyat təcrübəsinin nəticəsidir;
B) İnsanın peşəkarlıq qabiliyyəti – onun aldığı təhsildən asılıdır;
C) İnsanın karyerası – onun rəhbərlə münasibət qura bilməsindən asılıdır;
D) İnsanın peşələri mənimsəməsi – onun digər insanlara, o cümlədən ustası ilə necə rəftar edə bilməsindən asılıdır;
E) İnsanın təşkilata adaptasiyası onun xasiyyətindən çox dərəcədə asılıdır;
74. Vakansiya barədə elana olduqca çoxlu sayda namizəd müraciət edən zaman seçmə necə aparılır?
A)) Əvvəlcə anket məlumatları əsasında namizədlərin bir hissəsi kənarlaşdırılır sonra isə bacarıq və təcrübəni əsas götürməklə qalanlarla söhbət aparılır;
B) Seçmə prosesinə çoxlu sayda təlimatçı cəlb edilir və intensiv seçim aparılır;
C) Əvvəlcə “ açıq qapılar “ üsulu ilə seçmə aparılır, sonra isə “ astrologiya “ üsulu tətbiq edilir;
D) Bütün namizədlər firmanın iclas zalına yığılır və onlarla seçmə üsulu ilə sorğu aparılır;
E) Namizədləri cəlb etmədən, onları doldurmuş olduğu anket məlumatları əsasında, ekspertlər qrupunun köməyi ilə seçim aparılır;
75. “ Açıq qapılar “ üsulu ilə seçmədən daha çox hansı hallarda istifadə edilir ?
A )) Qısa müddətə daha çox işçi yığmaq zərurəti yarandıqda;
B) Dövlət əhalinin məşğulluğunun qayğısına qaldıqda;
C) Firmanın işçilərinin tərkibini dəyişmək zərurəti yarandıqda;
D) Həmkarlar təşkilatı işçiləri mitinqə dəvət etdikdə;
E) Firmadan işçi qüvvəsi axını böyük olduqda;
76. İşçinin seçilməsi prosesi hansı hərəkətlə yekunlaşır.
A)) İşəgötürən namizədə vakansiyanı tutmaq barədə yazılı müraciət göndərir;
B) Namizədin əlini sıxaraq onu təbrik edirlər;
C) İşəgötürən namizədə zəng vuraraq onu firmaya dəvət edir;
D) Namizədi firmanın idarə heyəti qəbul edir;
E) Namizədin tanışları vasitəsilə, yaxud telefonla onun işə qəbul olunduğu barədə informasiya verilir;
77. Düzgün olmayan variantı göstərin .
Seçim söhbəti aparan zaman aşağıdakı şərtlərə əməl etmək lazımdır:
A)) Söhbət aparan telefonla danışmaq manerasını namizədə nümayiş etdirməlidir;
B) İşin xarakteri və iş şəraiti dəqiqliklə öyrənilməli və təsvir edilməlidir;
C) Söhbətaparan başqa adamların fikirlərinə ağıllı qulaq asmağa bacarmalıdır;
D) Söhbət aparan sualların təxmini siyahısını əvvəlcədən tərtib etməlidir;
E) Söhbət aparan mütəxəssislər söhbət aparma sahəsində xüsusi hazırlıq keçməlidir;
78. Seçım söhbətinin məqsədlərinə aid deyil.
A )) Namizədin gələcək karyerasını planlaşdırmaq;
B) Namizədin təcrübəsi və peşəkarlığının dəyərliliyini və istifadə mümkünlüyünü yoxlamaq;
C) Namizədə təklif edilən iş və firma barədə informasiya vermək;
D) Namizədin şəxsiyyətini düzgün qiymətləndirmək üçün onun davranışı və motivləri barədə informasiya almaq;
E) Namizədin özü barədə verdiyi yazılı məlumatları dəqiqləşdirmək;
79. Seçım söhbəti üçün suallar quran zaman hansı qayadaya əməl etmək lazımdır ?
A)) Sualların əksəriyyəti “ necə “ və “ niyə “ sözləri ilə başlanmalıdır;
B) Suallar ayrı – ayrı namizədlərin intellekt səviyyəsini nəzərə almadan ümumi bir standartda qurulmalıdır;
C) Suallar özündə cavaba göstəriş verməlidir;
D) Suallar verən zaman söhbət aparan biganəlik nümayiş etdirməlidir;
E) Sualların ən azı 50%- zi “ kim “ və “ harada “ sözləri ilə başlamalıdır;
80. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil deyildir
A)) mülkiyyət haqqında Azərbaycan Respublikasının qanunu
B) əmək və sosial- iqtisadi məsələlər üzrə Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələr
C) Azərbaycan Respublikasının əmək məcəlləsi
D) əmək və sosial müdafiə barədə Azərbaycan Respublikasının qanunları
E) müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul edilən normativ hüquqi aktlar
81. Azərbaycan Respublikasında işəgötürənlə potensial işçinin münasibətlərinin yaranmasını və tənzimlənməsini qanuniləşdirən əsas sənəd aşağıdakılardan hansıdır
A)) Əmək müqaviləsi
B) Azərbaycan Respublikasının konstitusiyası
C) işçinin işə qəbul edilməsi barədə işəgötürənin yazılı əmri
D) Azərbaycan Respublikasının əmək məcəlləsi
E) mülki hüquq
82. Əmək müqaviləsində göstərilməsi vacib olmayan şərt hansıdır
A)) işçinin yaşı
B ) işçinin soyadı, adı, atasının adı və ünvanı
C) əmək müqaviləsinin müddəti
D) işçinin əmək funksiyası
E) işəgötürənin ünvanı
83. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə potensial işçinin işə götürülməsi zamanı aşağıdakı sınaq müddətlərindən hansına yol verilir
A)) 2 ay
B) 7 ay
C) 6 ay
D) 4 ay
E) 1 il
84. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə kimlər əmək Müqaviləsinin tərəfi ola bilməz
A)) qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş şəxslər
B) 17 yaşına çatmamış şəxslər
C) 7 ildən artıq həbsdə olmuş şəxslər
D) qanunla müəyyən edilmiş qaydada hər hansı bir əmək müqaviləsini pozmuş şəxs
E) Azərbaycan Respublikasının Əmək məcəlləsinin hər hansı bir tələbini pozmuş şəxs
85. Azərbaycan Respublikasının Əmək məcəlləsinə görə hansı hallarda müddətli əmək müqaviləsi bağlanıla bilməz.
A)) işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda (47-ci maddə istisna olunmaqla)
B) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən
C) seçkili orqanlarda seçkili vəzifələrə seçilərkən (48-ci maddə istisna olunmaqla)
D) tərəflərin qarşılıqlı razılığı ilə
E ) işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsinə görə
86. Əmək müqaviləsi nə zaman qüvvəyə minir
A)) işəgötürən və işçinin imzaladığı gündən
B) işəgötürən tərəfindən imzalandıqdan sonra təşkilatın əmək kollektivində müzakirə edildiyi andan
C) Həmkarlar təşkilatı Əmək müqaviləsini təsdiq etdiyi andan
D) imzaladıqdan sonra üç gün müddətində Həmkarlar təşkilatında razılaşdırdıqdan sonra
E) imzalandıqdan sonra ərazi Əmək müfəttişliyində qeydiyatdan keçdiyi andan
87. Ayrı-ayrı əməkdaşlar üçün vəzifənin icrasına başlatma proqramına təsir göstərməyən amil hansıdır
A)) firmanın fəaliyyət tarixi
B) status və məsuliyyət səviyyəsi
C) iş mühiti
D) əməkdaşın fərdi xüsusiyyətləri
E) işin məzmunu
88. Vəzifənin icrasına başlatma prosedurasının iştirakçısı deyil
A)) istehsalat üzrə vitse prezident
B) xətti rəhbər
C) həmin bölmədə işləyən təcrübəli əməkdaş
D) həmin bölmə ilə əlaqəli bölmədə işləyən həmkar
E) insan resursları menecmenti bölməsinin meneceri
89. Heyətin öyrədilməsinin predmeti deyil:
A)) Hobbi;
B) Bacarıq;
C) Bilik;
D) Təcrübə;
E) Davranış manerası;
90. Normal şəraitdə heyətin öyrədilməsi hansı iki funksiyanı yerinə yetirir
A)) işçinin daha yaxşı istifadə edilməsi və işçinin daha yaxşı motivasiyası
B) işçinin daha yaxşı motivasiyası və işçi qüvvəsinin cəlb edilməsi
C) işçinin daha yaxşı istifadə edilməsi və işçinin əmək məhsuldarlığının yüksəldilməsi
D ) əşçinin əmək haqqının yüksəldilməsi və işçinin motivasiyası
E) işçinin daha yaxşı öyrədilməsi və işçiyə daha yaxşı əmək haqqı verilməsi
91. Kollektiv əmək mübahisəsi hansı səbəblərdən yaranır ?
A)) Kollektiv tələblərdən törəyən fikir ayrılığından;
B) Əmək haqqının indeksləşdirilməməsi səbəbindən;
C) Kollektivin inkişaf zərurətindən;
D) Kollektivlər arasında yaranan münaqişələrdən;
E) Kollektivdə münaqişənin funksional nəticələrindən;
92. Tətil nədir?
A)) Kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədilə işçilərin müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən, könüllü imtina etməsidir;
B) Müəyyən siyasi sifarişi həll etmək məqsədiləfirmanın əməkdaşlarının, öz rəhbərliyi ilə fikir ayrılığı yaranarsa, onların rəhbərliyinin icazəsi olmadan kütləvi şəkildə işə çıxmaması prosesidir;
C)Uzun müddət məzuniyytə çıxmayan işçilərin öz yay tətilini birgə keçirmək üçün tələblərini həyata keçirmək məqsədilə kütləvi şəkildə bir həftəliyə işə çıxmamasıdır;
D) Sahə Həmkarlar Təşkilatlarının siyasi arzularını həyata keçirmək məqsədilə işçilərin üç ay müddətinə işə çıxmadığı situasiyadır;
E) Təşkilatı – texniki tələblərin həyat keçirilməsi ilə əlaqədar işçilərin narazı qaldığı hallarda onların firmanın rəhbərliyinə təzyiq formasıdır;
93. İnsan resursları menecmenti sahəsində attestasiya nədir ?
A)) Attestasiya – işçilərin qiymətləndirilməsinin, müəyyən zaman intervalı ilə, müəyyən edilmiş və vahid şəkilə salımış formada həyata keçirilən, rəsmi və sistematik prosedurasıdır;
B) Attestasiya – işçinin əmək fəaliyyətinin müasir tələblərə uyğun olub– olmamasını sübut edən normadır;
C) Attestasiya – təşkilatın insan resurslarına tələbatının müəyyən edilməsi və hazırkı dövrdə, həmçinin, gələcəkdə bu tələbatın necə ödəniləcəyini qitmətləndirmək cəhdidir;
D) Attestasiya – yüksək əmək nəticələrinə nail olmuş işçiyə bu barədə sertifikat verilməsi prosedurasıdır;
E) Attestasiya – konkret iş yerində işçinin yerinə yetirməli olduğu öhdəliklərin siyahısı və işçiyə verilə bilən səlahiyyətlərin müəyyən edilməsi prosedurasıdır;
94. Attestasiyanı hansı halda “ xidmətlər reytinqi ” adlandırırlar ?
A)) Attestasiya əmək haqqının yüksəldilməsi yaxud mükafatlandırma üçün namizədin axtarılması məqsədilə aparıldıqda;
B) Attestasiya iş yerinə xidmətin vəziyyətini aşkara çıxarmaq və onun yaxşılaşdırılması üçün təşkilati – texniki tədbirlər həyata keçirmək məqsədilə aparıldıqda;
C) Attestasiya konkret iş yerində işçinin yerinə yetirməli olduğu əməliyyatların siyahısını müəyyən etmək üçün aparıldıqda;
D) Attestasiya yüksək xidmət səviyyəsini müəyyən etmək üçün aparıldıqda;
E) Attestasiya üç ildə bir dəfə aparıldıqda;
95. Attestasiyanın məqsədi deyil ?
A)) Işçinin siyasi baxışlarının və dini münasibətlərinin uyğunluğunu aşkar etmək;
B) İşçinin daha səmərəli istifadə edilməsi yollarını müəyyən etmək;
C) İşçinin öyrədilməsi zərurətinin olub – olmamasını müəyyən etmək;
D) İşçinin xidmətləri əsasında onun əmək haqqına əlavələrin ölçüsü barədə qərar qəbul etməkdə menecerə kömək etmək;
E) İşçinin öz vəzifə öhdəliklərini daha səmərəli yerinə yetirməsinə nail olmaq;
96. Attestasiya tipi hesab edilən variantı göstərin.
A)) İşçinin potensialının qiymətləndirilməsi
B) Qiymətləndirmə şkalasından istifadə etmək;
C) Orta səviyyədən yuxarı səviyyəli işçiləri aşkar etmək;
D) Açıq attestasiya;
E) İşçilərin təsnifatlaşdırılması;
97. Açıq attestasiya üsülunda vacib olmayan sualı göstərin.
A)) İşçi hansı siyasi partiyanın üzvüdür ?
B)İşçinin öyrədilməsinə ehtiyac varmı ?
C) İşçi vəzifədə irəlilətmək üçün hansı potensiala malikdir ?
D) İşçinin öz işinə aid olan zəif tərəfləri hansılardır ?
E) İşçinin öz işinə aid olan güclü tərəfləri hansılardır ?
98. Aşağıdakı variantlardan hansı attestasiya üsulu deyil ?
A. )) Normalaşdırma;
B) Ranqlaşdırma;
C) Təsnifarlaşdırma;
D) Qiymətləndirmə şkalası;
E) Açıq attestasiya
99. Attestasiya kommissiyasının tərkibində olan şərtlər hansı variantda düzgün nəzərə alınmışdır ?
A)) Attestasiya kommissiyasının tərkibi yeddi nəfərdən ibarətdir;
B) Attestasiya kommissiyasının tərkibi dörd nəfərdən ibarətdir;
C) Attestasiya kommissiyasının tərkibi səkkiz nəfərdən ibarətdir;
D) Attestasiya kommissiyasının tərkibi on nəfərdən ibarətdir;
E) Attestasiya kommissiyasının tərkibi üç nəfərdən ibarətdir;
100. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə hansı işçilər attestasiya olunmur ?
A)) Bir vəzifədə on bir ay işləmiş işçilər.
B) Yaşı 19- dan az olan işçilər;
C) Bir vəzifədə altı il işləmiş, məcburi koçkün və qaçqın statusu olan işçilər;
D) Eyni vəzifədə azə 2 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
E) Həyat yoldaşı hamilə olan işçilər;
101. Əməyin ödənilməsi forması deyil.
A)) Akkord əmək haqqı;
B) Komission əmək haqqı;
C) İşəmuzd əmək haqqı;
D) Ştat – vəzifə maaşı;
E) Vaxtamuzd əmək haqqı;
102. Tfak.- faktiki işlənmiş vaxt; TMi – işçinin saatlıq tarif maaşı; Q - işlərin həcmi; R – iş vahidinin yerinə yetirilməsinin iş qiyməti; t – iş vahidinə vaxt norması; HN – hasilat norması; Tnöv – növbənin davamı olduğunu nəzərə alsaq əməyin ödənilməsinin işəmuzd formasında işçinin əmək haqqı hansı düsturla hesablanır ?
A)) ƏH = R * Q;
B) ƏH = Tfak * TM;
C) ƏH = HN / t;
D) ƏH = Tnöv * Q;
E) ƏH = Tfak * t;
103. Tfak - faktiki işlənmiş vaxt; TMi – işçinin saatlıq tarif maaşı; Q - işlərin həcmi; R – iş vahidinin yerinə yetirilməsinin iş qiyməti; t – iş vahidinə vaxt norması; HN – hasilat norması; Tnöv – növbənin davamı olduğunu nəzərə alsaq əməyin ödənilməsinin vaxtamuzd formasında işçinin əmək haqqı hansı düsturla hesablanır ?
A)) ƏH = Tfak * TMi;
B) ƏH = R * Q;
C) ƏH = HN / t ;
D) ƏH = Tnöv * Q;
E) ƏH = Tfak * t;
104. Komission əmək haqqı hansı göstərici əsasında hesablanır ?
A)) Satışın həcminə görə;
B) İşçinin tarif maaşına görə;
C) İstehsal olunmuş məhsulların miqdarına görə;
D) Xidmət göstərilmiş müştərilərin sayına görə;
E)Ay ərzində faktiki işlənmiş iş saatlarına görə;
105. Bütün təşkilatı əhatə edən stimullaşdırma sistemi hansı variantda göstərilmişdir ?
A)) Mənfəətdə və gəlirlərdə iştirak sistemi;
B) Əmək məhsuldarlığının yüksəldilməsinə görə mükafatlandırma sistemi;
C) Məhsulun keyfiyyətinin yüksəldilməsinə görə mükafat sistemi;
D) Əmək intizamına görə stimullaşdırma sistemi;
E) İnnovasiyalara görə stimullaşdırma sistemi;
106. Hazırda Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği nə qədərdir ?
A)) 93.5 manat;
B) 89.5 manat;
C) 103.5 manat;
D) 85 manat;
E) 95 manat;
107. Minimum əmək haqqı nıdir ?
A)) Qanunvericiliklə ixtisassız əməyə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir;
B) Minimum istehlak səbətinin dəyəridir;
C) Muzdlu işçi işə götürən özəl firmaların həmin işçilərə verə biləcəyi əmək haqqının ən aşağı həddidir;
D) İşçinin inasanalayiq şəkildə yaşamasını təmin etmək üçün lazım olan yaşayış vasitələrinin dəyəridir;
E) İqtisadi və sosial şəraiti nəzərə almaqla işçiləri muzdla işlədən dövlət təşkilatlarının işçiyə verməli olduğu ən az əmək haqqıdir;
Dostları ilə paylaş: |