İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


İqtizayi can çe ey del agəhist



Yüklə 1,63 Mb.
səhifə160/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   ...   156   157   158   159   160   161   162   163   ...   177
İqtizayi can çe ey del agəhist

Hər ke agəhtər bovəd canəş qəvist.
O, bu şerdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa, onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şerin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!

Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə – kamil «öz»ə – bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.

Bəzi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Savad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın «özündən agahlığını» izah edərkən «irfani agahlıq» mərhələsinə, yəni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən «özündən agahlıq» hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. Özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa, bu «həqiqi özündən agahlıq» düşüncəsinin nə olduğunu tapa bilməz.

Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: «Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq, onu axtarmayan şəxsə təəccüb edirəmO, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin