İsa Musayev, Mətləb Əlizadə


Private Sub cmd1_Click ()  End Sub



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə60/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   166
Private Sub cmd1_Click () 
End Sub 
4. cmd1 düyməsi üzərində mışın sol düyməsini 2 dəfə basmaqla cmd1_Click () boş 
prosedurlu proqram kodu pəncərəsini açıb, Print metodu prosedurunu daxil 
etməli. Bu prosedurun məzmunu aşağıdakı operatorlar ardıcılığından ibarət 
olmalıdır: 
frm1.Print ―Visual Basic dilində birinci layihə‖ 
Layihənin ilk variantı artıq icraya hazırdır. 
5. [Run-Start] əmrini daxil etməli. Bu zaman proqram əlavəsinin açılan pəncərə-
sində ―Birinci layihə‖ sözləri görünəcəkdir. Bu hadisə Print metodu düyməsi 
üzərində sol düyməni basdıqda baş verir. 


80 
Formanın rənginin və şriftin parametrlərinin verilməsi. Layihənin xarici görünü-
şünü cazibədar etmək üçün obyektlərə məxsus görünüşü dəyişən xassələrin qiymətlərini 
dəyişmək və Print metodundan istifadə etmək lazımdır. Bunun üçün: 
6. frm1 formasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor (fonun 
rəngi) xassəsini seçməli və sol düymə ilə açılan dialoq pəncərəsində rənglər palit-
rasından bir rəng, məsələn, sarı rəng seçməli. 
7. lbl1 metkasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor üçün 
yaşıl rəng, ForeColor (üst yazı) üçün göy rəng, Font (şriftin ölçüsü) üçün 18, 
Alignment (düzləndirmə) üçün mərkəz seçməli. 
8. txt1 mətn sahəsini aktivləşdirməli. Obyekt xassələri pəncərəsində ForeColor (üst 
yazı) üçün qırmızı rəng, Font (şriftin ölçüsü) üçün 14 və kursiv, Alignment 
(düzləndirmə) üçün mərkəz seçməli. 
9. cmd1 düyməsi üzərində sol düyməni iki dəfə basmaqla Proqram kodu pəncərəsini 
açmalı və cmd1_Click() prosedurunu və Font.Size = 12 sətrini daxil etməli.
10.  Layihəni işə buraxdıqdan və Print metodu düyməsini basdıqdan sonra qrafik 
interfeysin yeni görünüşü ekrana çıxacaqdır. 
11.  Forma faylını [Save Form1.frm As…] əmri ilə frmVB1.frm adı ilə, layihə faylını 
isə [Save Project As...] əmri ilə prjVB1.vbp adı ilə yaddaşa yazmalı. 
Yəni, layihəni \textbook\VB\prjVB1\ adı ilə saxlamalı. 
QEYD: Kompüterdə Visual Basic sistemi yoxdursa, VBA-dan istifadə etmək olar. 
VBA-nı Microsoft Excel elektron cədvəlindən çağırmaq üçün Excel/ Servis/ Makros
Redaktor Visual Basic marşrutu ilə gedib Menu/Insert/Uzer Form marşrutu ilə forma 
pəncərəsini açmaq lazımdır. Sonra alətlər panelindəki A düyməsi ilə metka (Label
yaratmaq olar. Bu məqsədlə Name bəndi üzərində sol düyməni 2 dəfə basıb L1 metkası, 
Caption bəndində isə metkanın münasib adını daxil etmək lazımdır. Əgər yaradılan layihə 
iki ədədin fərqini hesablayan proqram kodundan ibarətdirsə, münasib ad ―Azalan‖ ola 
bilər. Sonra alətlər panelindəki ab düyməsi ilə mətn sahəsi (TextBox) yaradılır. Bunun 
üçün Name bəndi sol düymə ilə açılır və mətn sahəsi t1 adlandırılır. Sonra alətlər 
panelindəki düyməsi ilə Name-də L2 metkası, Caption-da ―Çıxılan‖ (Enter), sonra ab 
düyməsi ilə TextBox-da Name-də t2 mətn sahəsi, sonra A düyməsi ilə Name-də L3 
metkası, Caption-da ―Fərq‖ (Enter), sonra ab düyməsi ilə TextBox-da Name-də t3 mətn 
sahəsi yaradılır. Bundan sonra forma üzərində əmr düymələri (Hesabla, Təmizlə, Son) 


81 
yaradılır. Bu məqsədlə alətlər panelindəki CommandButton düyməsini basıb Name-də 
cmdHes, Caption-da ―Hesabla‖ yazmaq lazımdır. Bu qayda ilə Name-də cmdTem
Caption-da ―Təmizlə‖, Name-də cmdSon, Caption-da ―Son‖ yazılır. Sonra Formanın boş 
yerində sol düyməni basıb Formaya ad vermək olar. Bunun üçün Name-də FrmİEFH
Caption-da ―İki ədəd fərqinin hesablanması‖ yazıb enter basmaq lazımdır. 
Bütün bu işlərdən sonra proqram kodu yazılır. Bunun üçün kod pəncərəsi açılır. Kod 
pəncərəsi cmdSon əmr düyməsi üzərində sol düymə ilə açılır. Bu zaman kod pəncərəsində: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin