İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə93/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   166
 
Yaddaşın idarə edilməsi. 
Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında 
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır. 
ƏS yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. Yeni proqram işə 
buraxılarkən ƏS yaddaşı idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və bu 
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə 
axtarır, tapan kimi tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, yer ayırır. 
Bəzən işləyən proqram ƏS-dən əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər 
deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə edən utilitin vəzifəsidir. 
Dinamik verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin 
tutulmuş sahəni başqa proqramlardan qoruyur. Yaxşı məlum olan Əs-lərin hamısında 
operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki, buna da virtual yaddaş deyilir. 
Virtual yaddaş – ƏS-in istifadəçilər və proqramlar üçün yaratdığı ideal kompüterin 
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ 
yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi virtual yaddaş adı ilə müvəqqəti 
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 
 
Fayl sisteminin idarə edilməsi. 
Proqramların xarici yaddaşda yerləşən verilənlərə müraciət etməsini təşkil etmək 
üçün ƏS mürəkkəb fayl sistemindən istifadə edir. Fayl dedikdə, xarici yaddaşda vahid 
məntiqi obyekt şəklində saxlanan və müəyyən proqramlar üçün lazım olan verilənlər 
yığımı
153
nəzərdə tutulur. ƏS üçün fayl elə bir struktur vahididir ki, proqram istifadəçiləri 
153
proqram mətni və adi verilənlər


121 
onun üzərində yaratmaqləğv etməkoperativ yaddaşa oxumaqdəyişdirilmiş verilənləri 
yenidən yazmaq, simvol adlı fayllara müraciət etmək,digər istifadəçilərin fayllarına 
müraciət etmək, öz fayllarına müraciət etməyi idarə etmək, pozulma hallarında faylları 
bərpa etmək  kimi tipik əməliyyatlar apara bilir. 
Fayl sistemi kompüterdə saxlanan diskkataloqfayl iyerarxiyasına malik verilən 
modelidır. Fayl fiziki diskdə saxlansa da, fiziki disk məntiqi disklərə bölündüyündən, 
faktiki olaraq məntiqi diskdə yerləşir. Hər bir diskdə yerləşən faylların siyahısı
154
olur. 
Fiziki diskin məntiqi disklərə bölünməsi disklərə və kataloqlara da fayl kimi baxmağa 
imkan verir. Beləliklə, fayl sistemi dedikdə 3 səviyyəli fayllar iyerarxiyası nəzərdə 
tutulur. Fayl məntiqi vahid olsa da fiziki cəhətdən müxtəlif saylı fraqmentlər şəklində 
saxlana bilir. Bir fayla aid fraqmentlər eyni adla saxlanır və həmin ada əsasən FAT 
xüsusi cədvəli (FAT –File Allocation Table) vasitəsilə müəyyən edilir. FAT cədvəlində, 
həmçinin fayla icazəsiz müdaxilə edilməsinin qarşısını almaq üçün əlavə əlamətlər də 
saxlanır. Fayla çoxsaylı müraciət səviyyələri mövcuddur: 
kataloqdan heç nə oxumaq mümkün olmur; 
faylın və sahibinin adını oxumaq və sahibinə müraciət etmək mümkün olur; 
faylı işə qoşmaq mümkün olsa da üzünü köçürmək mümkün olmur; 
faylın məzmunu ilə tanış olmaq mümkün olsa da, onu dəyişmək mümkün olmur; 
faylın məzmununu yalnız sona əlavəetmə şəklində dəyişmək mümkündür; 
fayl üzərində istənilən iş aparmaq mümkün olsa da başqa istifadəçilərin müraciət 
etmək statusunu dəyişmək mümkün olmur; 
fayl üzərində istənilən iş aparmaq mümkündür.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin