İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə91/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   166
ƏS-in təkamülü. İlk zamanlar bir neçə firma tərəfindən hazırlanmış müxtəlif ƏS 
variantları mövcud olmuşdur. 1970-ci illərin ortalarında bir sıra səbəblər üzündən 
kompüterlərin əksəriyyətində İBM firmasının Disk Əməliyyat Sistemi (DOS) istifadə 
edilməyə başladı. İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır. 
Sonra DOS əsasında Microsoft firması MS DOS əməliyyat sistemini yaratdı. Sonra 
MS DOS üzərində Norton Kommander adlı proqram örtüyü yaradıldı. Bu, istifadəçi 
interfeysini xeyli əyaniləşdirdi və işin etibarlılığını yüksəltdi. Əməliyyat sistemlərinin 
müasir versiyalarında istifadəçi interfeysi ƏS-in bilavasitə tərkib hissəsidir. Makintosh 
maşınlarındakı istifadəçi interfeysi daha uğurlu oldu. Sonra bu interfeys Windows ƏS-də 
də istifadə edildi. Sonra ƏS-in inkişafı yeni xidmətlərin daxil edilməsi istiqamətində 
getdi. Məsələn, Windows ƏS-də çap dispetçeri yaradıldı ki, bu da mətn və qrafik 
informasiyanın çapa çıxarılması funksiyasını öz üzərinə götürdü. Yəni çap avtonomlaşdı. 
Müasir ƏS-lər virtual maşın konsepsiyasına əsaslanır.
Virtual maşın dedikdə, xarakteristikaları yaxşılaşdırılmış operativ yaddaşı
149
və 
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik təmin edən hüdudsuz sayda 
xarici qurğuları olan mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər məhz belə ideal 
virtual maşına istinad edir. Bu halda ƏS-in vəzifəsi real kompüterin işini elə təşkil 
etməkdən ibarət olur ki, tətbiqi proqram nöqteyi-nəzərindən o, virtual maşın kimi 
görünsün. ƏS vasitələrinin köməyi ilə virtual maşın reallaşdırılmasına virtual maşının 
emulyasiyası deyilir.
149
virtual yaddaşı


119 
Hesablayıcı şəbəkələrin meydana çıxması yeni tip məsələlər yaratdı. Fərdi 
kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri
150
istifadəyə verildi. 
Şəbəkə funksiyalarının daxil edilməsi ƏS-in inkişafında mühüm rol oynadı. Windows NT 
UNIX belə yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, həm də 
şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə ƏS-ləri şəbəkədəki bütün kompüterlərin fayl 
fəzalarını vahid fayl fəzası kimi istifadə edir. Yəni, istifadəçi öz kompüterində nə edə 
bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə ƏS-ləri çoxistifadəçili sistemlər olduğundan, 
hansı proqramın hansı kompüterdən işə buraxıldığını, fayl sistemindən açılmış fayldan 
kimin iştifadə etdiyini izləmək lazım gəlir. Bu zaman ƏS həmin istifadəçinin açılmış
fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və istifadəçi prioritetini nəzərə alır.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin