145
İşçi səhifədə məlumatların yerləşdiyi hücrələrin ünvanlarını
nəzərə alaraq bu ifadəni
aşağıdakı kimi göstərə bilərsiniz:
E3 = D3 * 0.66
Bu ifadə yalnız birinci sırada yerləşən şəxs üçün münasibdir.
Digər şəxslər üçün də
oxşar ifadələr yazılmalıdır:
E4 = D4 * 0.66
E5 = D5 * 0.66
Yaxşı, bu ifadələri haraya və hansı formada daxil edəcəksiniz?
Belə hərəkət
etməlisiniz:
E3
hücrəsini sıxaraq aktivləşdirməli, sonra içərisinə aşağıdakı
ifadəni daxil
etməlisiniz (şəkil 10.):
= D3 * 0.66
Göründüyü kimi, burada
E3
hücrəsindəki məlumatı yaratmaq üçün sol tərəfindəki
D3
hücrəsində yerləşən məlumatdan istifadə etdiniz. Bu baxımdan deyə bilərik ki,
Excel XP
-
də hər hansı bir məlumatla əlaqə qurmaq üçün o məlumatın yerləşdiyi hücrənin səhifədəki
yerindən, adından, ünvanından istifadə etmək lazım gəlir.
Ünvanlar hücrənin yerləşdiyi sütunun adı və sətir nömrəsinin yan-yana yerləşməsi ilə
göstərilir.
Dostları ilə paylaş: