İsa Musayev, Mətləb Əlizadə


 Verilənlər bazası və digər anlayışlar



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə136/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   166
 
8.7.1.2. Verilənlər bazası və digər anlayışlar 
Verilənlər bazası - kompüter yaddaşında müəyyən qaydalara uyğun şəkildə təşkil 
edilmiş və istifadəçi tələbinə uyğun aktuallaşa bilən, başqa sözlə, predmet oblastının 
ekstensional modelini təşkil edən verilənlər çoxluğudur. Verilənlər bazasının təşkili 
predmet oblastının intensional modeli ilə təsvir edilir. Çünki intesional model eksten-
sional modelə nisbətən yuxarı səviyyə modelidir. 
Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu-
nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan 
çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri-
lənlər bazasının restrukturlaşdırılması adlanır. Bu, bütövlük məhdudiyyətlərinin dəyiş-
dirilməsi zamanı baş verir.
Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə 
bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq, 
temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu bazalardakı verilənlərin qiymətləri 
müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada 
bir dəfə qeyd edilir. Bu, bazanın informasiya bolluğunun minimum olmasını göstərir. 
Lakin paylanmış bazalarda müəyyən baza fraqmentlərinin (replikatların) şəbəkə 
düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və 
sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə 
xidmət üçün yaradıldığından, onun yaradılması kriterisi sosial xarakter daşıyır və ayrı-
ayrı istifadəçilərin təıləbibni ödəmək baxımından irəli gələn lokal səmərəlilik deyil
inteqral səmərəlilik daha vacibdir.
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə, hesablama yolu ilə alınması 
mümkün olmayan müşahidə və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza 
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir. 


187 
Verilənlər bazası xüsusi proqram kompleksi vasitəsilə idarə edilir ki, buna da 
Verilənlər bazasının idarə edilməsi sistemi (VBİS) deyilir. VBİS-lə VB birliyinə VB 
sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə VB-ni idarə edə bilər. 
VB sisteminin istifadəçiləri adətən bazadakı məlumatların mənbəyi olan predmet 
oblastı mütəxəssisləridir. Bunlar həm də son istifadəçilərdir. Lakin VB-yə müraciət edən 
hər şey - VB sisteminin əlavələri adlanan tətbiqi proqramlar və proqram kompleksləri, 
həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi sayılır. 
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən VBİS-in istifadəçi interfey-
sindən, tətbiqi proqramlar isə tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir. 
Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsi VB inzibatçısının səlahiy-
yətindədir. İnzibatçı heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında aktuallaş-
dırma aparmalı, sistemin informasiya resurslarından və yaddaşdan səmərəli istifadə 
edilməsini təmin etməlidir.
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB bir 
kompüterdə yaradılır və ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir. Belə 
bazaya lokal şəbəkə kompüterləri də müraciət edə bilir. Kompüter şəbəkələri paylanmış 
bazalar yaradılmasını şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil edilmiş bir 
neçə hissədən ibarət olur. Bu hissələr kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir 
kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən lokal VB kimi fəaliyyət göstərir.
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.
Paylanmış VB verilənlərin fraqmentləşdirilməsitirajlaşdırılması metodları ilə 
yaradılır. Fraqmentləşdirmə bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə fraqment-
lərin nüsxələrinin müxtəlif kompüterlərdə təşkilini nəzərdə tutur. 
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə müraciət yalnız VBİS vasitəsilə 
mümkündür. 
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar. Ümumi təyinatlı VBİS-lər 
heç bir konkret predmet oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS-lər xüsusi 
təyinatlı sistemlərdir. 
VBİS-in əsas xassəsi verilənlər bazasına həm istifadəçi tərəfdən, həm də saxlayıcı 
tərəfdən baxmağı reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu, saxlayıcı baxımı 
isə fiziki quruluşu şərtləndirir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin