4.6 Mətn informasiyasının 2-lik kodlaşdırılması 60-cı illərin sonundan etibarən kompüterlər mətn informasiyasının işlənməsinə daha
çox tətbiq edilməyə başlamışdır. İndi dünya üzrə kompüterlərin böyük əksəriyyəti mətn
informasiyasının emalı ilə məşğuldur. Ənənəvi olaraq 1 simvolun kodlaşdırılması üçün 1
bayt ayrılır. Bu halda 256 simvol kodlaşdırmaq mümkündür. Bu, mətn informasiyasını
kodlaşdırmaq üçün kifayətdir. Beləliklə, insan hərfi şəklinə görə, kompüter koduna görə
tanıyır. 0-dan 32-dək ilk 33 kod əməliyyatlar (sətri dəyişmək, probel daxil etmək və s.)
üçündür. 33-dən 127-dək latın əlifbasına, rəqəmlərə, hesab əməllərinə və durğu işarələrinə,
128-dən 255-dək milli əlifbalara ayrılmışdır.
Hal-hazırda Unicode adlı beynəlxalq standartdan istifadə edilir ki, bu da hər simvola
2 bayt yer ayırır. Bu kodla 65536 simvolu kodlaşdırmaq mümkündür. 1997-ci ildən
Microsoft Windows&Office platforması Unicode keçmişdir.
4.7 Şəkil və səsin analoq və diskret təqdim edilmə üsulları İnsan informasiyanı hiss üzvlərinin yaratdığı obrazlar formasında qəbul edir. Şəkil və
səs obrazları müxtəlif informasiya daşıyıcılarında saxlana bilir. Şəkil və səs informasiyası
həm analoq, həm də diskret formada təqdim edilə biləndir. Analoq siqnal kəsilməzdir.
Diskret siqnal kəsiləndir. Analoq şəkil rənglərin tədrici keçidi ilə, diskret şəkil isə rəngli
nöqtələrlə yaradılır. Analoq səs adi qrammofon valındakı dalğalı cığırlarda saxlanır.
Diskret səs audio kompakt diskdəki fərqli əks etdirmə sahələri ilə saxlanır. Analoq şəkil və
səs diskretləşdirilə biləndir. Bunun üçün kəsilməz siqnalı kiçik kvantlara bölmək
kifayətdir. Hər bir kvant ayrıca koda malik olur və beləliklə, kəsilməz (analoq)
informasiya rəqəmlərlə ifadə edilmiş olur.
4.7.1 Qrafik informasiyanın 2-lik kodlaşdırılması