Şəklin məkanca diskretləşdirilməsi. Şəklin kodlaşdırılması onun rəngli nöqtələrə
çevrilməsi şəklində həyata keçirilir. Hər nöqtənin koordinatları və rəngi rəqəmlə ifadə
edilir. Şəklin keyfiyyəti, bir tərəfdən, nöqtələrin sayından və böyüklüyündən asılıdırsa,
digər tərəfdən də, rəng çalarlarının sayından (palitradan) asılıdır. Nöqtələr kiçik və
çoxsaylı və rəng çalarları çox olduqca şəkil keyfiyyətli alınır.
Rastr 94 şəklin yaradılması. Qrafik informasiya monitor ekranında rastr şəkli
üslubunda alınır. Yəni monutor qrafik informasiyanı ekrana çıxararkən rastr kimi işləyir.
Rastr şəkil xalça çeşnisi prinsipində yaradılır. Belə ki, xalça çeşnisi müxtəlif rəngli
ilmələrdən yaranan çinlərdən əmələ gəldiyi kimi, rastr şəkil də müxtəlif rəngli nöqtələrdən
təşkil edilmış sətrlərdən yaradılır.
Müasir fərdi kompüter monitorları 800x600, 1024x768 və 1280x1024 nöqtəli olurlar.
Məsələn, sətrlərində 600, sütunlarında 800 nöqtə olan monitorda 480000 rəngli nöqtə
almaq mümkündür. Rəngli nöqtə kodları videoyaddaşda saxlanır. Bütün rənglər göy,
qırmızı və yaşıl rənglərdən alınır.
4.7.2 Səs informasiyasının 2-lik kodlaşdırılması Səsin zamanca diskretləşdirilməsi. Səs müəyyən tezlik və amplitudada kəsilməz
dəyişən dalğa mahiyyətli olduğundan, onun diskretləşdirilməsi zamanın kvantlaşdırılması
şəklində həyata keçirilir. Amplituda böyük olduqca səs gur, tezlik yüksək olduqca ton
yüksək olur. Kəsilməz səs dalğası xırda hissələrə bölünərək, hər birinin özünəməxsus
koordinatları olan fərqli nöqtələrə çevrilir. Səs nöqtələri həm də tezlik cəhətdən fərqlənən
yaddaş obyektlərinə çevrilir.
Müasir səs kartları səsi 16-bitlik kodlaşdırmağa imkan verir. Bu halda siqnalın
səviyyə müxtəlifliyi 65536-ya çatır.
4.8. Kompüter qurğularının məntiqi əsasları