69
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur
dillərində alqoritm ayrı-ayrı əməliyyatlar ardıcıllığı kimi təsvir edilir.
Qeyri-prosedur
dillərində proqramın məqsədi formalaşdırılan kimi məsələnin
həll alqoritmi avtomatik
tərtib edilir. Qeyri-prosedur dillərinə
Prolog və
Planner misal ola bilər.
Proqramlaşdırma dillərinin ən vacib anlayışlarından biri
dəyişən anlayışıdır.
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış
dəyişənin tipi anlayışıdır.
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi
operatordur. Bu proqramlar
operatorlar ardıcıllığı kimi tərtib edilir.
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir:
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların
formalaşdırılması;
Proqramın ümumi sxeminin qurulması;
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin
modellərinin qurulması;
Məsələnin metodiki həlli;
Müəyyən dildə, məsələn, blok-sxem dilində və ya bilavasitə proqramlaşdırma
dilində alqoritm tərtibi;
Proqram mətninin tərtibi;
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması;
Proqramın sənədləşdirilməsi;
Proqramın sınaq istismarı;
Proqramın praktiki istifadə üçün tətbiqi.
Proqramın layihələşdirilməsi tərtib edilən proqramın məqsəd və funksiyalarının
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir.
Layihələşdirmə: prosedur-istinad və verilən-istinad olmaqla 2 metodla həyata keçirilir.
Prosedur-istinad metodunda proqramın quruluşu məsələnin
funksional sxemini təkrar
edir. Verilən-istinad metodunda ilk növbədə obyektin tam
funksional təsvirini verən
verilənlərin quruluşu müəyyən edilir.
70
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2 üsuldan istifadə edilir: yuxarıdan-
aşağı təhlil və aşağıdan-yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez zamanı
isə xüsusidən ümumiyə doğru hərəkət edilir.
Obyekt-istinad proqramlaşdırması prosedur-istinad və verilən-istinad metodlarını
vahid tam halında birləşdirir. Burada əsas anlayış
sinif anlayışıdır.
Hər sinif bir real
obyektin modeli olub, həmin obyekti təsvir edən məlumatları saxlayır və onların emalına
icazə verir. Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə, dəyişdirmə və təqdimetmə
kimi prosedurlarının hər biri bir obyektə verilən xassədir.
Dostları ilə paylaş: