İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə3/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   2   3   4   5   6   7   8   9   ...   67
Abu-baran- 1

İkinci fəsil 
Əfqanıstan ordusu 
Əfqanıstanda bir məsəl var, deyirlər ki, eşşəyə 
minmək bir ayıbdır, ondan düşmək də başqa bir 
ayıb.  Mənim  Əfqanıstandakı  halım  da  eynilə 
belə idi. 
2004-cü  ilin  yayında  birbaş  Kabilə  getdim. 
Birinci  işim  atamın  köhnə  pasportu  əsasında 
özümə  Əfqanıstan  pasportu  almaq  oldu.  Yeni 
pasporta  yiyələndim,  amma  bir  şey  dəyişmədi, 
gözləntilərimlə  rastlaşmadım.  Mən  Əfqanıstan 
əhalisinin  bir  qismi  ilə  eyni  soydan  idim,  ancaq 
çox  keçmədən  başa  düşdüm  ki,  buraya  da  aid 
deyiləm.  Məşhəddə  doğulmuş,  20  ilə  yaxın 


 
11 
İranda  yaşamışdım,  əfqanıstanlılarla  böyük 
fərqlərim  vardı.  Nə  qədər  axtarırdımsa,  onlarla 
öz  aramda  az  oxşarlıq  tapa  bilirdim;  dil  və 
ləhcədən  tutmuş  mədəniyyət,  əxlaq  və  adət-
ənənələrə  qədər.  Güclü  depressiyaya  düşdüm. 
Elə  birinci  ayda  Əfqanıstana  getdiyimə  peşman 
oldum.  Ancaq  o  qədər  israr  və  iddiadan  sonra 
İrana  dönüb  valideynlərimin  üzünə  baxmağa 
utanırdım. 
Bir  müddətdən  sonra  özümü  toparladım. 
Uşaqlıqdan  silahı,  hərbi  sahəni  çox  sevirdim, 
rəsm  dərslərində  ancaq  tüfəng  və  tank  şəkilləri 
çəkirdim.  Müəllimim  həmişə  deyirdi  ki,  sən 
başqa  bir  şey  çəkə  bilmirsən?  İrandakı  müdafiə 
hazırlığı  dərsi  də  yadıma  düşdü.  Ancaq 
əfqanıstanlı 
olduğumuza 
görə 
mənə 
və 
dostlarıma  silahdan  istifadə  etməyə  icazə 
verməmişdilər. 
Qərara gəldim ki, Əfqanıstan Milli Ordusunda 
işə düzəlim. Üçillik bir müqavilə əsasında çavuş 
rütbəsilə  bölüyün  təminat  xidmətinin  rəisi 
vəzifəsində xidmətə başladım. 
Dəri  farscası  ilə  danışa  bilmədiyimə  görə 
Əfqanıstan 
ordusunda 
dəfələrlə 
məsxərə 
olundum. 
Əfqanıstanda 
Məşhədə 
ziyarətə 


 
12 
gedənlərə  “zəvvar”  deyirdilər.  Orada  məni 
məsxərə  olaraq,  “iranlı”  və  ya  “zəvvarək” 
(balaca zəvvar) deyə çağırırdılar. Ancaq mən bu 
yellərdən  titrəyən  dağ  deyildim.  Dil  öyrənmə 
istedadım  yaxşı  olduğuna  görə  tez  bir  zamanda 
dəri  farscası  ilə,  hətta  yerli  ləhcəylə  danışmağı 
bacardım. 
Orduda  həzara,  puştu,  özbək  və  tacik  kimi 
bütün  soylardan  adam  vardı,  çoxu  da  sünni  idi. 
Bəzi  dostlarım  deyirdilər  ki,  burada  şiə 
olduğunu  gizlətsən,  yaxşı  olar.  Ancaq  mən 
razılaşmadım,  dedim  ki,  inşallah,  problem 
yaranmaz. 
Azan  veriləndə  bütün  əsgərlər  namaza 
toplaşırdılar.  Bir  gün  dostumla  cibimizdən 
möhür  çıxarıb  namaza  dayandıq.  Namazı 
bitirəndən sonra gördük ki, əsgərlər bizi dövrəyə 
alıb heyrətlə bir-birinə göstərir, deyirlər: “Bunlar 
müşrikdirlər!” 
Buna baxmayaraq, hamımız bir yerdə qalırdıq, 
heç  vaxt  aramızda  problem  yaranmırdı.  Kimsə 
şiə-sünni  mübahisəsi  salmaq  istəyəndə  də 
digərləri  mane  olurdular.  Puştunlar  bizim  də 
Quran oxuduğumuzu görəndə təəccüblənirdilər, 
şiələrə  qarşı  fikirləri  dəyişirdi.  Bir  dəfə  puştun 


 
13 
dostlarımdan  biri  məni  evinə  dəvət  etdi. 
Talibandan  olduqlarına  görə  bəziləri  məsləhət 
görürdülər  ki,  onların  kəndinə  getməyim.  Lakin 
mən getdim və çox səmimi qarşılandım. 
Məni  məyus  edən  və  Əfqanıstan  ordusu  ilə 
müqaviləmi  uzatmağa  mane  olan  amil  oradakı 
əxlaqi  problemlər  idi.  Təəssüf  ki,  əsgərlər  üçün 
tərbiyəvi-əxlaqi  bölmə  nəzərdə  tutulmamışdı, 
hərbi  hissədə  çox  intizamsızlıq  və  əxlaqsızlıq 
görünürdü.  Əsgərlər  əvvəldə  namaza  qarşı  çox 
ciddi  olur,  gündə  beş  dəfə  vacib  və  müstəhəb 
namazlar 
qılır, 
get-gedə 
isə 
həvəsdən 
düşürdülər.  Hərbi  hissədə  spirtli  içkilər,  qumar 
və əxlaqsız filmlər azad idi. Əfqanıstanlı əsgərlər 
amerikalı  hərbçilərdən  bir  qutu  film  və  jurnal 
alıb tamaşa edirdilər. 
Orduya amerikalılar hərbi təlim keçirdilər. Bir 
amerikalı  çavuşun  bizim  generalımıza  hərbi 
salam  vermədiyini,  hətta  əmr  verdiyini  görəndə 
çox  narahat  olurdum.  Bu  isə  orada  adi  bir  şey 
idi. 
Düzdür, amerikalı əsgər və komandirlər bizim 
mədəniyyətimizə  hörmət  etməyə  çalışırdılar. 
Məsələn,  ramazan  ayında  günorta  azanından 
iftara qədər hərbi təlimi dayandırırdılar. Bir dəfə 


 
14 
otağımda  namaz  qılırdım.  Hiss  elədim  ki, 
amerikalı  bir  əsgər  qapının  önündə  dayanıb, 
içəri  girməyə  tərəddüd  edir.  Elə  bilirdi  ki,  içəri 
girsə, müqəddəs ayinə hörmətsizlik etmiş olar. 
Mən  ərzaq  xitmətinə  başçılıq  edirdim.  Təzə 
çörək  yeyək  deyə  Kabildən  bir  təndir  almışdım. 
Bir dəfə amerikalı komandirlərin biri məndən bir 
parça təzə çörək alıb yedi, çox xoşu gəldi, amma 
qalanını  yerə  atdı.  Ona  başa  saldım  ki,  bizim 
mədəniyyətimizdə  çörək  müqəddəsdir,  onu  heç 
vaxt  yerə  atmırıq.  Soruşdu  ki,  bəs  nə  edirsiz? 
Dedim  ki,  onu  hündür  bir  yerə  qoyuruq.  Bu 
söhbətdən  sonra  onun  əlində  çörək  hündür  bir 
yer axtardığını dəfələrlə görmüşəm. 
Üç  ildən  sonra  müqaviləmi  uzatmadım. 
Atamın  dəstəyi  ilə  İranda  ingilis  dili  kurslarına 
gedib  bu  dili  tam  öyrəndim.  Əfqanıstan 
ordusunda amerikalılarla da çox ünsiyyət qurub 
ləhcələrini  mənimsəyə  bilmişdim.  Bu  dəfə 
birillik  müqavilə  bağlayıb  orduda  tərcüməçi 
kimi fəaliyyətə başladım. 


 
15 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin