İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə6/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   2   3   4   5   6   7   8   9   ...   67
Abu-baran- 1

Beşinci fəsil  
Qəriblik 
Bərbəzəkli  İstanbul  hava  limanından  toz-
torpaqlı 
Kabil 
hava 
limanına 
qədər 
yolçuluğumuz  4  saat  sürdü.  Mənsə  sıfır 
nöqtəsinə deyil, mənfi iki nöqtəsinə qayıtmışdım 
və bu hadisələrin nə üçün baş verdiyini, Allahın 
nə  üçün  mənim  də  Avropaya  getməyimə  icazə 
vermədiyini bilmirdim. 
On nəfərdən bəziləri ailələri ilə əlaqə saxlayıb 
dedilər  ki,  pul  göndərin,  yenə  Türkiyəyə 
qayıdaq.  Mən  İrana  qayıtmaq  istəmirdim. 
Anamla  danışıb  dedim  ki,  Əfqanıstandayam  və 


 
36 
burada  qalacağam.  Kabilin  şiələr  yaşayan  Dəşti-
Bərçi  məhəlləsinə  gedib  qohumlarımı  tapdım. 
Atamın  əmisi  oğlunun  evinə  yerləşdim.  Ona 
“əmi” deyirdik. 
Pulum yox idi, tezliklə özümə iş tapmalı idim. 
Amerikalı 
və 
ingilislərin 
düşərgəsində, 
Təhlükəsizlik nazirliyində tərcüməçilik imtahanı 
verdim.  Hər  yerdə  dedilər  ki,  bir  neçə  gündən 
sonra  xəbər  verəcəyik,  amma  heç  bir  xəbər 
gəlmirdi.  Nəhayət,  bir  dərzi  sexində  səhərdən 
axşama qədər işləməyə başladım. 
Dörd  ay  ötdü,  qış  gəldi.  Əfqanıstanda  evi 
qızdırmaq  üçün  odun  və  ya  kömür  sobasından 
istifadə  edirlər.  Yanacaq  baha  olduğuna  görə 
evdə  yalnız  bir  otağı  qızdırırlar,  hamı  orada 
yatır. Mən əmimin evində naməhrəm olduğuma 
görə  soba  olmayan  bir  otaqda  yatırdım.  Əmim 
yoldaşı nə qədər adyal vardısa, mənə vermişdi. 
Dərzi 
sexində 
də 
vəziyyət 
eyni 
idi. 
Gödəkcəmin  zəncirbəndini  boğazıma  qədər 
çəkib  başıma  papaq  qoyur,  yun  əlcəklə  tikiş 
maşınının 
arxasında 
otururdum. 
Günorta 
yeməyinə əmimgilə getməyə utanırdım. Bir pors 
restoran  yeməyi  100  rupi  edirdi.  Restoran 
sahibinə  dedim  ki,  mənə  50  rupiyə  yarım  pors 


 
37 
yemək  versin,  ancaq  razılaşmadı.  Sonra  isə  get-
gedə  yumşaldı  və  bir  pors  yeməyə  məndən  50 
rupi  almağa  başladı.  Çox  əziyyət  çəkirdim. 
Dövlət  tərəfindən  tərcüməçilik  işinə  qəbul 
olunmağımı 
gözləyirdim. 
Onda 
maddi 
vəziyyətim çox yaxşılaşardı. 
Əfqanıstanın  kəskin  soyuğu  məni  işə  saldı. 
Hər  şey  iyirmi  dəqiqə  kəsilməyən,  sinəmi  və 
boğazımı  yandıran  öskürəklərdən  başlandı.  Bir 
həkimdən  o  birinə  getdim,  bir  neçə  dəfə  analiz 
verdim,  müxtəlif  iynə-dərmanlar  qəbul  etdim, 
ancaq  halım  nəinki  yaxşılaşmadı,  günbəgün 
zəifləyib arıqladım. Bir gün sexdə əl-ayaqlarım o 
qədər  əsdi  ki,  özümdən  getdim.  Daha  işləyə 
bilmirdim.  İşdən  çıxıb  əmimə  dedim:  “Mən  bir 
müddət  evdə  istirahət  etməyə  məcburam,  bəlkə 
halım  yaxşılaşdı”.  Əmim  yoldaşı  naməhrəm 
olduğuna  görə  mənə  çox  yaxınlaşmırdı,  bir 
kasada  yanıma  su  və  parça  qoyurdu,  özüm 
parçanı  isladıb  alnıma  qoyurdum  ki,  hərarətim 
ensin.  
Halım  o  qədər  pisləşmişdi  ki,  əmimgil 
məndən  ümidlərini  üzmüşdülər.  Bir  gün  əmim 
yoldaşının  yandakı  otaqdan  danışıq  səsini 
eşitdim.  Bir-bir  Əfqanıstandakı  qohumlarımıza 


 
38 
zəng  vurub  deyirdi  ki,  bu  oğlan  burada  ölür, 
gəlin  aparın.  Əfqanıstanlıların  inancına  görə, 
evində adam ölməsi çox pis bir şeydir. 
O anda qəlbim sındı. Arzu edirdim ki, kaş öz 
evimizdə  anamın  yanında  olaydım.  Ancaq 
ondan 
kilometrlərlə 
uzaqda 
qərib 
halda 
xəstələnmişdim.  
Məni  bu  vəziyyətdən  bibim  qızı  xilas  etdi. 
Yaşı böyük olduğuna görə onu “bibi” çağırırdıq. 
Dörd  oğlu  vardı,  hamısı  Əfqanıstanda  yaxşı 
sahələrdə işləyirdilər. Bibim onlara dedi ki, məni 
evinə  aparsınlar  və  həkim  diaqnoz  qoymayınca 
heç biri işə getməsin. 
Qərara  gəldik  ki,  misirli  bir  həkimə  müraciət 
edək. O qədər arıqlamışdım ki, binanın keşikçisi 
narkoman  olduğumu  düşünüb  məni  içəri 
buraxmırdı.  Axırda  analiz  kağızlarını  görüb 
razılaşdı. Onun müraciət etdiyim neçənci həkim 
olduğu yadımdan çıxmışdı, ancaq yaxşı bilirdim 
ki,  daha  sağalmağa  ümid  qalmayıb.  Bibim 
oğlanlarına  dedim  ki,  evə  qayıdaq,  ömrümün 
son 
bir 
neçə 
günündə 
rahat 
olum. 
Razılaşmadılar  və  xoşbəxtlikdən,  misirli  həkim 
düzgün diaqnoz qoyub dedi: “Vərəmləmisən”. 


 
39 
Bu  xəstəliyin  əlamətlərindən  biri  bəlğəmli 
öskürəkdir.  Ancaq  mənim  öskürəklərim  quru 
idi.  Buna  görə  heç  bir  həkim  belə  bir  diaqnoz 
qoymurdu. Misirli həkim dedi: “Sənin xəstəliyin 
bəlğəmsiz vərəm növündəndir”. 
Xəstəxanada 
yatdım. 
Müalicəni 
davam 
etdirməyə pul lazım idi. Bibim bütün qohumları 
evinə  toplayıb  vəziyyətimi  başa  saldı.  Hamı 
kömək etdi,  müalicə pulum düzəldi. Anamla da 
danışdılar,  xəstələndiyimi  söyləmədən  dedilər 
ki,  İrana  qayıtmağım  üçün  pul  lazımdır.  Anam 
qızıllarını  satıb  pulunu  göndərdi.  Sağalmağa 
başlayanda  qohumlarımın  biri  mənə  pasport  və 
viza aldı. Ayağa qalxandan sonra qohumlarımla 
sağollaşıb təyyarə ilə İrana qayıtdım. 
Bir  il  ötmüşdü.  Röyalarımın  ardınca  getdiyim 
fəsildə  də  evə  döndüm:  2013-cü  ilin  yayında. 
Anam  məni  görən  kimi  huşunu  itirdi.  Hələ  tam 
sağalmamışdım, çox arıq idim. İranda müalicəmi 
davam etdirdim. Vərəm dərmanı pulsuz idi, altı 
ay  qəbul  etdim.  Bu  müddətdə  bir  neçə  dəfə 
Əfqanıstandan  əlaqə  saxlayıb  dedilər  ki, 
tərcüməçi  işinə  qəbul  olunmusan,  gəlib  işə 
başlaya  bilərsən.  Və  mən  bilmirdim  ki,  gülüm, 
yoxsa ağlayım!  


 
40 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin