Üçüncü fəsil
Təll-Şüğeyb
Hələbin hava limanı zülmət qaranlıq idi.
Təyyarədən enəndən sonra bir nəfər fənərlə
qabağa düşüb bizi bir zirzəmiyə apardı və dedi
ki, buradan bayıra çıxmayın.
Məhərrəmlik idi. Şam yeməyindən sonra
məddahımız Yasir Cəfəri bir neçə beyt rövzə
oxudu, suriyalı uşaqlardan biri mobil telefonu ilə
əzadarlığımızın videosunu çəkdi. İki-üç saatdan
sonra Dəməşqdə qalmış digər uşaqlar Nəqəvi
adlı bir nəfərlə bizə qoşuldular. Nəqəvi dedi:
50
“Mən Əbu Hamidin nümayəndəsi və sizin
komandirinizəm”.
O zaman döyüş təcrübəmiz olmadığına görə
Əbu Hamid israr edirdi ki, biz 72 nəfər Hələbə
getməyək, Dəməşqdə qalıb təlim keçək. Ancaq
Hələbdəki Həzrət Rüqəyyə qərargahı canlı
qüvvə çatışmazlığına görə etiraz etmiş və Əbu
Hamidin
yalnız
nümayəndəsinin
bizimlə
görüşməsinə icazə vermişdi.
Ertəsi gün səhər çağı avtobusa minib Təll-
Şüğeyb adlı bölgəyə getdik. Hava limanından
təxminən 15 dəqiqəlik məsafədə yerləşirdi.
Hələb şəhərinin yarısı işğal olunmuşdu, Həzrət
Rüqəyyə qərargahı canlı qüvvə və digər
imkanlar baxımından çətin durumda idi. Onlar
Suriya polislərindən də istifadə etməyə məcbur
qalmışdılar.
O zaman əl-Nüsrə cəbhəsi, Əhrar əl-Şam və
Ceyş əl-hürr kimi müxtəlif silahlı qruplaşmalar
yaradılmışdı, əksəri ixvançı görüşlərə sahib idi.
Onların döyüş imkanları az, amma sayları
bizdən olduqca çox idi.
Təll-Şüğeyb kəndinin yaxınlığında yerləşən əl-
Səfirə şəhərinin bir hissəsində çox qızğın döyüş
gedirdi. Buna görə də, Təll-Şüğeyb kəndinin
51
əhalisi başqa bölgələrə qaçmışdı. Kənddə Nübl
və əl-Zəhra qəsəbələrindən olan döyüşçülər
qalırdılar. Onlar bizi qarşılamağa gəldilər. O
qədər şəhid vermiş və yaralanmışdılar ki, sayları
azalmışdı,
bizi
görüb
çox
sevinirdilər.
Qaldığımız evin həyətində ocaq yandırdılar,
ətrafında oturub qəhvə içdik, səhərədək deyib-
güldük. Bir-birimizin dilini anlamasaq da işarə
ilə danışırdıq. Mən ərəbcə ləhcəsiz, kitab dili ilə
danışırdım. Nübl və əl-Zəhra uşaqları, “Niyə
Quran oxuyurmuş kimi danışırsan” deyirdilər
və hamımız gülüşürdük.
Ertəsi gün səhər çağı Həzrət Rüqəyyə
qərargahının komandiri bizi görməyə gəldi və
Zülfüqar adlı bir livanlını qrupumuza komandir
təyin etdi. Nəqəvi ilə uşaqların ikisi Əbu
Hamidlə telefonla danışıb bu şəraitdə nə etməli
olduğumuzu soruşdular. Əbu Hamid hələ də
düşünürdü ki, biz Dəməşqə qayıtmalıyıq. Mən o
vaxta qədər Əbu Hamidi görmədiyimdən və
fikirləri ilə tanış olmadığımdan Nəqəviyə
deyirdim: “Nə üçün Əbu Hamidə bu qədər zəng
vurursuz? Məgər Dəməşqə getməsək, nə olar?
Biz cihad üçün gəlmişik, nə fərqi var ki, Hələbdə
52
olaq, ya Dəməşqdə; komandirimiz iranlı olsun,
yoxsa livanlı?”
Axırda Əbu Hamidlə Həzrət Rüqəyyə
qərargahı arasında yaranmış fikir ayrılığına görə
Nəqəvidən üzr istəyib onu Dəməşqə qaytardılar,
öz qrupumuzdan bir nəfəri də Nəqəvinin
müavini seçdilər. Xuzistanlı idi, ərəbcə çox səlis
danışırdı.
Onu
“Nasir”
çağırırdıq.
Saxta
Əfqanıstan pasportu düzəldib qrupumuza
qoşulmuşdu. Çünki o zaman iranlılara Suriyaya
getməyə icazə vermirdilər.
|