xalqın tərbiyəvi təcrübəsinin məzmununun elmi-pedaqoji əsaslarını müəyyən etmək;
müasir pedaqoji prosesdə xalq pedaqogikasından istifadənin imkanları, yolları və səmərəlilik şərtlərini müəyyən etmək.
Etnopedaqogikanın başqa elmlərlə əlaqəsi.
Bütün digər elmlər kimi, etnopedaqogika da başqa elmlərlə əlaqəyə girir, onların nailiyyətlərindən istifadə edir, inkişaf edir və onların da inkişafında müəyyən rol oynayır. Etnopedaqogikanın sıx əlaqədə olduğu elmlərdən biri etnoqrafiyadır. Bir az əvvəldə deyilmişdi ki, etnopedaqogika – etnoqrafiya ilə pedaqogikanın birləşməsindən, qarşılıqlı əlaqəsindən yaranmışdır; xalq tərbiyəsinin müxtəlif aspektləri həm də etnoqrafiyanın predmeti ola bilir.