İsmayil əLİyev


I FƏSİL. ETNOPEDAQOGİKA BİR ELM KİMİ



Yüklə 1,12 Mb.
səhifə2/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110
I FƏSİL.
ETNOPEDAQOGİKA BİR ELM KİMİ


1.1.



Etnopedaqoji tədqiqatların

inkişaf mərhələləri


  1. Etnopedaqoji tədqiqatların birinci mərhələsi (XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək).

  2. Etnopedaqoji tədqiqatların ikinci mərhələsi (XX əsrin əvvəllərindən 60-cı illərədək).

  3. Etnopedaqoji tədqiqatların üçüncü mərhələsi (XX əsrin 70-ci illərindən bu günədək).

  4. Azərbaycan etnopedaqogikasının inkişafında prof. Əliheydər Həşimovun rolu.

Xalq pedaqogikası, təlim-tərbiyə sahəsindəki xalq müdrikliyi çox qədim tarixə malikdir. Hər bir etnosun etnik xüsusiyyətlərini qoruyub saxlamasında, təşkilatlanmasında, özünütənzimləmə və inkişafında xalqın tərbiyə sisteminin əvəz­edilməz rolu vardır. Ona görə də bu sistemin potensial imkanla­rının öyrənil­məsi, gənc nəslin təlim-tərbiyəsi işinin milli zəmində müvəffəqiyyətlə qurulması üçün etnopedaqoji tədqiqatların əhəmiyyəti getdikcə daha da artır.

Övlad böyüdülməsi və tərbiyə edilməsi işində xalq hikmə­tindən və təcrü­bə­sindən istifadənin əhəmiyyəti barədə fikirlər həmişə mövcud olmuşdur. İctimai fikir tariximizin görkəmli nümayəndə­lərindən Q.Təbrizinin, N.Gəncəvinin, M.Gəncə­vinin, F.Şirvaninin, Ə.Xaqaninin, İ.Nəsiminin, Ə.Bəhmənyarın, Fara­binin, Yusif Xas Hacibin, M.Kaşğarinin, M.Fü­zu­­linin, Ş.İ. Xəta­yinin, M.P.Va­qifin, A.Bakı­xa­novun, M.F.Axundovun, Q.Zaki­rin, S.Ə.Şirvaninin, H.Zər­da­binin, F.Köçərlinin, Y.V. Çəmənzə­min­linin və başqalarının əsərlə­rin­də xalq hikmətindən istifadəyə dair kifayət qədər misallar gətirmək olar. Böyük mütəfəkkirlər hüdudsuz xalq incilərindən, zəngin xalq təcrübəsindən məharətlə istifadə edərək insanın özünə, başqalarına, təbiət, cəmiyyət və təfəkkür hadisə­lərinə münasibət və nəcib əxlaqi keyfiyyətlər tərbiyəsi üçün qiymətli bədii sənət nümunələri yaratmışlar.

Xalq pedaqogikasına dair ilk elmi tədqiqatlara isə XIX əsrin 50-ci illərindən başlayaraq tarixi-etnoqrafik, elmi-nəzəri, psixoloji və pedaqoji nəşrlərdə rast gəlinir. Həmin vaxtdan bu günədək problemin sistemli elmi tədqiqi ilə çoxsaylı pedaqoqlar etnoqraflar, tarixçilər, sosioloqlar, təlim-tərbiyə sahəsində çalışan müxtəlif adamlar məşğul olmuşlar. Ümumiyyətlə götürdükdə, etnopedaqoji problemlərin tədqiqi tarixini üç dövrə bölmək olar:



  1. XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinə qədərki dövr.

  2. XX əsin əvvəllərindən 60-cı illərədək olan dövr.

  3. XX əsrin 70-ci illərindən bugünəqədərki dövr.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin