İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə4/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110
MƏSƏLLƏR

  • Can de, can eşit.

  • Yalqız əldən səs çıxmaz.

  • Ustadına kəc baxanın gözlərinə qan damar.

  • Hər kəs öz əkdiyinin biçər.

  • Ağac bar verəndə başını aşağı tutar.

  • Xəta məndən, əta səndən.

  • Yaxşılığa yaxşılıq hər kişinin işdir,

Yamanlığa yaxşılıq ər kişinin işidir.
ATALAR SÖZÜ


  • Heç kəs ayranına turş deməz.

  • Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı.

  • Bir gül ilə bahar olmaz.

  • Bu günün işini sabaha qoyma.

  • Qonşuya ümid olan şamsız yatar.


TAPMACA


  • Qaratoyuq, qarnı yarıq.

  • Bazarda tapılmaz, tərəzidə çəkilməz.

1888-ci ildə A.O.Çernyayevski ilə Səfərəli bəy Vəlibəyo­vun Tiflisdə çap etdir­dikləri «Vətən dili» (II hissə) kita­bında da folklor nümunələrinə geniş yer verilmiş­dir. 1894-ci ildə Mirzə Həsən Rüşdiy­yənin Təbrizdə nəşr etdirdiyi «Vətən dili» adlı dərslikdə, 1902-ci ildə Soltan Məcid Qənizadənin tərtib etdiyi «İstilahi-Azər­baycan» (Türk-Qafqaz dilini öyrənməkdən ötrü dəstavuz) kitabında, 1912-ci ildə Firudin bəy Köçərlinin uşaqlar üçün tərtib etdiyi iki hissədən ibarət «Balalara hədiyyə» kitabında və sair bu qəbilli vəsaitlərdə də etnopedaqoji materiallara, o cümlədən, xalq pedaqogi­ka­sının sınaqlardan çıxmış tərbiyə kodeksləri olan atalar sözlərinə xeyli yer verilmişdir. Bu sonuncu kitabın birinci hissəsində xalq yaradıcılığı materialları üzrə 42 mətn, ikinci hissəsin­də isə 33 mən­zum parça toplanmışdır.

Azərbaycan xalqının böyük maarifçi oğlu Fidurin bəy Köçərli «Balalara hədiyyə» adlı kitabına «Mühəzzirin ifadeyi-məramı» adı ilə verdiyi girişdə yazırdı: «Keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı qısım-qısım nağıl və hekayələr, gözəl mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tapma­calar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qisminə məxsus sayacı sözləri mürur ilə xatirə­lərdən çıxıbdır və bu halda unudulmaq­dadır. O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qisim əsərləri kəmali şövq və diqqətlə cəm edib, ziqiy­mət sərmayə kimi saxlayır və balalarının ilk təlimi və tərbiyəsi onları öyrətməklə başlayır».

A.O.Çernyayevskinin və S.Ə.Şirvaninin L.Tols­toydan, İ.Krı­lov­dan, K.D. Uşin­skidən təcrümə etdikləri aşa­ğıda adları çəkilən təmsillər: «Şir və siçan», «Baba və nəvəsi», «İki yoldaş», «Bağban və oğulları», «Qurd və durna», «At və eşşək», «Balıq, ördək və xər­çəng» təmsilləri, həmçinin «İt və pişik», «Xoruz və padşah», «Qarı və pişik», «Üşüdüm ha üşüdüm», «Çoban», «Narış(narınc) qoyun», «Dəvə və tikan», «Günəşi çağırmaq», «Şəngülüm, Şüngülüm, Mən­gülüm», «Vur nağara, çıx qırağa», «Tülkü və kəklik», «Tülkü» («Tülkü, tülkü tümbəki»), «Tısbağa xanım və soluq bəy» («Tıq-tıq xanım»), «Göyçək Fatmanın nağılı» və s. uzun müddət (bir qismi indi də) dərsliklərə daxil edilmişdir.

XX əsrin əvvəllərində Rusiyanı bürüyən azadlıq hərəkatı, 1905-1907-ci illər burjua-demokratik inqilabı Azərbay­canda da genişlənməkdə olan milli hərəkatın, o cümlədən milli pedaqoji hərə­katın inkişafına güclü təkan verdi. Təlimin ana dilində aparılması, yeni milli məktəblərin yaradılması, ana dilində dərsliklərin hazırlan­ması, təhsilin məzmununun təkmilləşdirilməsi və milliliyin prioritet qazanması, yeni təlim üsullarının tətbiqi, tərbiyənin məqsəd və məzmununun milli əsaslara söykənməsi kimi məsəllər bu hərəkatın əsasını təşkil edirdi.

Milli hərəkatın rəhbərlərindən biri olan M.Ə.Rəsulzadə yazırdı: «İbtidai məktəblər gərək ki, milli olsun. İbtidai məktəblər gərək ki, yeri cəmaətə doğma olsun. Burada təlim ana dilində olsun. Bu məktəblər gərək cəmaətin məişətinə uyğun olsun».




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin