İsmayil əLİyev


«Etno» – yunanca «ethnos»



Yüklə 1,12 Mb.
səhifə9/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   110
«Etno» – yunanca «ethnos» sözündəndir. Etnosun nə olduğu çox mübahi­sə­lidir. Bəşəriyyət müəyyən əlamətlərə, xarak­terik xüsusiyyətlərə görə birgə olan və bir-birindən fərqlənən insanlar və insan birliklərindən ibarət olduğundan cəmiyyəti bu və ya digər dərəcədə öyrənən bütün elmlər etnos problemini aydın­laşdırmağa çalışır və bu zaman hər bir elm öz prizmasına aid baxışlara üstünlük verir. Bunun nəticəsində etnosun fəlsəfi, tarixi, etnoqrafik, coğrafi, psixoloji, pedaqoji xarakteris­ti­kasının müəyyən edilməsinə səy göstərilir.

Müasir dövrdə etnik problemlərə marağın artması da zəmanəmizin reallıqlarındandır. Amma bu maraq etnik proseslər­dən daha çox müasir həyatda etnik faktorun rolunu, müxtəlif etnik qruplar arasında əlaqələrin forma və tiplərinin intensiv olaraq dəyişməsini əhatə edir.

Buna görə də etnopedaqogikanın məşğul olduğu məsələləri dərk etmək üçün «etnos», «etnik birlik», «etnik proseslər» kimi anlayışlara aydınlıq gətirmək lazımdır.

Etnos və etnik birlik haqda təsəvvürlərə nəzəri baxımdan yanışılmış ilk tədqiqatlar kimi avstriya sosioloqu E.Fransisin «Etnos və demos» adlı məqalələr məcmüəsini və Cenevrəli profes­sor Aldo Daminin «Etnik birliyin müəyyən edil­məsi» əsərini göstərmək olar.

Etnik birliyin müəyyənləşməsi haqda ilk ciddi tədqiqatlar­dan biri məşhur etnoqraf S.A.Tokaryevin 1964-cü ildə yazılmış «Etnik birliklər problemi» əsəri­dir. Təxminən, həmin dövrdə V.İ. Kozlovun «Xalqların sayının dinamikası» əsəri də meydana çıxdı.

Bundan başqa, təxminən, həmin vaxtlarda N.N.Çeboksa­rovun, Y.V. Bromleyin, L.N.Qumilyovun da problemlə bağlı ciddi araşdırmaları ortaya çıxdı. Problemin həllinə 1966-1968-ci illərdə «Voprosı istorii» jurnalında nəşr olunan bir çox məqalələr də həsr olunmuşdu.

Mövcud konsepsiyaların təhlili göstərir ki, etnik birliklər anlayışına dil və ərazi birliyinin daxil edilməsini əksər tədqiqat­çılar qəbul edirlər. Bu anlayışın əhatə etdiyi digər göstəricilər ətrafında isə fikir ayrılıqları mövcuddur. Bəzi tədqiqatçılara görə millətin və bütövlükdə xalqın əsas etnik əlaməti iqtisadi həyat birliyidir. Digər­ləri belə hesab edirlər ki, iqtisadiyyat bütün insan birliklərinin mövcud­luğu üçün zəruri şərtidir, ancaq etnik birlik­lərin əsas xüsusiyyəti və əsas əlamətlərindən biri sayıla bilməz. Çünki iqtisadi birlik millətdən daha çox dövlətə aid olub etnik yox, siyasi sərhəd­lərlə müəyyən edilir.

Etnik birliyə verilən təriflərdən bir neçəsinə nəzər salaq: Məsələn, S.A. Tokar­yevə görə, «Etnik birlik – insanların elə birliyi­dir ki, o, soykökü, dil, ərazi, dövlət mənsubiyyəti, iqtisadi əlaqələr, mədəniyyət və din birliyi kimi sosial əlaqələrdən biri və ya bir neçəsinə əsaslanmış olsun» (22, 12).

Bəzi tədqiqatçılar etnik birlik anlayışının «etnos» anlayı­şından daha geniş olduğuna əsaslanıb, «xalq» əvəzinə «etnos» anlayışını işlətməyi təklif edirlər. Belə hesab edirlər ki, etnosun mühüm əlaməti kimi mədəni xüsusiyyətlər əsas götürül-məlidir, çünki mədəni özünəməxsusluq istisnasız olaraq həmişə bir etnosu digər-lərindən ayırır. Hətta, adətən, ən əsas etnik indiqator sayı­lan dil belə bu dildə danışan xalqın mədəniyyəti ilə sıx bağlıdır. Hər bir etnosa sahib olduğu ərazi, yarat­dığı mədəniyyət və bu mədəniyyəti ifadə edən dil birliyinə malik tarixən formalaş­mış insan qrupları kimi baxılmalıdır.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin