Mənəvi mədəniyyət xalqın uzun əsrlər boyu toplayaraq, mühafizə etdiyi, ehtiyatda saxladığı enerjidir. Bu enerjidən istifadənin ən sınanmış, aparıcı yolu pedaqoji prosesdir. Mənəvi mədəniyyətin qorunması və inkişafı müvafiq pedaqoji proses olmadan mümkün deyildir. Bu mənada pedaqoji proses mənəvi mədəniyyətin ən əsas atributu olub, xalqın pedaqoji mədəniyyətinin göstəricisi və reallaşmasıdır.