İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə29/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   110
Pedaqoji mədəniyyət ümumbəşəri mədəniyyətin bir hissəsidir. Bu mədəniy­yət təhsil və tərbiyənin maddi və mənəvi dəyərlərini özündə əks etdirir, həmçinin şəxsiyyətin sosiallaşması, nəsillərin bir-birini əvəz etməsinə xidmətdən ötrü zəruri olan yaradıcı pedaqoji fəaliyyət qaydalarını əhatə edir.

Pedaqoji mədəniyyətə bunlar daxildir: ideyalar, biliklər, dünya­görüşü, xalqın təlim-tərbiyə sahəsində göstərişləri, bacarıq­lar, təlim-tərbiyə vasi­tə­ləri, metod və priyomları, uşaqlar, gənclər və digər insanlarla ünsiyyət qayda­ları, təhsilin səviyyəsi və s.

Hər şeydən əvvəl, pedaqoji mədəniyyətin cəmiyyətin ümumi inkişafında yeri və rolu barədə danışmaq lazımdır.

Məlumdur ki, cəmiyyətin inkişafı maddi və mənəvi amillərin təsiri altında baş verir. Maddi inkişaf mənəviyə nisbətən ilkindir, lakin o, mənəvi inkişafdan ayrıca mümkün deyildir. Maddi tərəqqi, hökmən, mənəviyyatda baş verən dəyişikliklərlə müşayət olunur və öz növbəsində mənəvi tərəqqi maddi tərəqqinin güclənməsinə və sürətlənməsinə səbəb olur. Bu cür qarşılıqlı təsir yalnız tərbiyə sayəsində mümkün olur. Çünki, bir tərəfdən, maddi netəmlərin istehsalı və təkrar istehsalı, istehsal predmetini, üsulunu və texnologiyasını böyüyən nəslə öyrətmədən mümkün deyildir. Digər tərəfdən, maddi nemətlər istehsalı insanların birgə əməyi olmadan mümkün deyildir. Birgə əmək isə birgə yaşayış vərdişləri, nizamlanmış qarşılıqlı münasibətlərsiz səmərəli ola bilməz və ya heç mümkün deyildir. İnsanlar arasın­da sabit qarşılıqlı münasibətlər cəmiyyətin mənəvi səviyyəsinin əsas göstərici­lərindəndir. Bu münasiəbtlər həyatın bunun üçün xüsusi olaraq ayrılmış zaman kəsiyində yox, bütünlükdə yaşam tərzində, o cümlədən də əmək prosesində, maddi nemətlər istehsalında formalaşır. Beləliklə, maddi tərəqqi mənəvi inkişaf səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olduğundan daim cəmiyyətin mənəvi tərbiyəsi diqqət mərkəzində olur.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin