İsmayil əLİyev


İnsanın etnomədəniyyəti dedikdə



Yüklə 1,12 Mb.
səhifə32/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   110
İnsanın etnomədəniyyəti dedikdə – onun, ana dilini, mənsub olduğu millə­tin yaranma tarixi və inkişafı, adət-ənənələri, bayramları, mədəniyyəti, qohum xalqlarla əlaqələri haqda biliklər sistemi başa duşulur. Bu bilikləri əhatə etməyən pedaqoji proses milli zəmindən təcrid olunar və millətin məhvi labüdləşər. Milli fəlakət o vaxt yaranır ki, xalq özünüdərk qabiliyyətini itirməyə başlayır, öz milləti ilə qürur duymağı yadırğayır, ona zorla «inkişaf etməmiş» olduğunu qəbul etdir­məyə çalışırlar.

İnsan həyatını mənalı, sosial baxımdan qiymətli edən, insanı ruhlan­dıran «köklər» mövcuddur. Bu, hər şeydən əvvəl millətə bağlılıq, ata-baba­ların həya­tına və əməllərinə ehtiram və onu davam etdirmək deməkdir. Bu, öz xalqına, millətinə dərin hörmət və onunla qürur duymaq, xalq adətləri, ənənələri, ayinlə­rini qoruyub saxlamaq və inkişaf etdirmək deməkdir.

Gənc nəslin tərbiyəsi işinə məhz etnosun maraqlarına müvafiq yanaşma tərbiyə prosesinə həqiqi xəlqi məna və mahiyyət verir.

Etnomədəniyyətin formalaşması, qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi həmin etnos üçün xarakterik olan öyrətmə-öyrənmə prosesi, başqa sözlə, pedaqoji proses vasitəsilə mümkün olur ki, bu sonuncu da etnik pedaqoji mədəniyyəti müəyyən edir. Beləliklə, etnik pedaqoji mədəniyyət – etnosun böyüyən nəslin təlim-tərbiyəsində istifadə etdiyi mənəvi dəyərlərin məcmuyudur. Etnik pedaqoji mədəniyyət xalqın tarixən istifadə etdiyi didaktik – tərbiyəvi bilik, bacarıq və vərdişlərin məcmuyu, onları aşılamağın prinsip, üsul və vasitələridir.



Etnik pedaqoji mədəniyyət – tarixən mövcud olan tərbi­yəvi təcrübənin və pedaqoji ideyaların, əxlaqi dəyərlərin – baxışların, bilik, bacarıq və vərdişlərin təlim-tərbiyə metodları və təşkili formalarının məcmusudur. Bütün bu sadalananlar isə xalqın həyat tərzində, dilində, adət-ənənələrində, folklorda, dini görüşlərində, xalq oyunları və idman növlərində ifadə olunur. Etnik pedaqoji mədəniyyət maddi və mənəvi sahədəki sosial təcrübəni təlim-tərbiyə vasitəsilə gələcək nəslə çatdırır.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin