İsmayil əLİyev


Pedaqoji mədəniyyətin formalaşmasına



Yüklə 1,12 Mb.
səhifə33/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   110
2.3.
Pedaqoji mədəniyyətin formalaşmasına

təsir edən amillər


  1. Pedaqoji mədəniyyətin inkişafının sosial əsasları.

  2. Nəsillərin varisliyi pedaqoji mədəniyyətin inkişaf amili kimi.

  3. Pedaqoji mədəniyyətin formalaşmasının xəlqi əsasları.


2.3.1. Pedaqoji mədəniyyətin formalaşmasında ənənələrin rolu

Mədəniyyətin ümumi nəzəriyyəsini, həmçinin ümumi mədəniyyət tarixini müəyyən etmək üçün pedaqoji mədə­niyyətin mühüm tərəflərindən olan tərbiyənin tarixini bilmək lazımdır. Çünki insan cəmiyyətin mövcudluğu və inkişafı üçün tərbiyə müstəsna rola malikdir.

Tərbiyə cəmiyyət həyatının iqtisadi və mədəni tərəfləri arasında əlaqə yaratmaq funksiyasını yerinə yetirir. Pedaqoji mədəniyyətin insanın maddi və mənəvi həyatındakı xüsusi rolu da məhz bununla izah olunur. Cəmiyyətin maddi və mənəvi həyatının dərinliklərinə nüfuz etmiş pedaqoji mədəniyyət onlar arasında, bir növ, körpü rolunu oynayır. İnsan mədəniyyətinin bu iki sahəsi arasında varislik də məhz pedaqoji mədəniyyətlə həyata keçirilir. Cəmiyyətin maddi tərəqqisi onun mənəvi tərəqqisində də əks olunur. Bu halda maddi tərəqqi ilkindir, əvvəldir. Lakin mənəvi tərəqqinin maddi inkişafa, onun sürətlən­məsinə təsiri də şəksizdir.

Xalq pedaqogikasının ilkin elementlərini sadə pedaqoji bacarıqlar təşkil etmişdir. Sağlam düşüncə və təcrübənin empirik ümumiləşdirilməsi xalq peda­qoq­­larının əsas kriteriyaları idi. Sonrakı inkişaf nəticəsində pedaqoji nəzəriyyə­nin yaranma əsaslarını da onlar təşkil edir. Xalq içərisindən çıxmış pedaqoqlar tədricən tərbiyə işində keçmiş nəsillərin təcrübəsini özündə əks etdirən xalq müdrikliyinə, belə demək mümkündürsə, ilkin nəzəriyyə elementlərinə əsaslanırdılar. Qeyd etmək lazımdır ki, yazı və ibtidai savad olmadığı dövrdə xalq pedaqogikası çoxlu itkilərə məruz qalmışdır. Bir çox biliklər yenidən kəşf edil­məli olmuşdur.

Xalqın pedaqoji mədəniyyəti cəmiyyət həyatının bütün sahələri ilə sıx əlaqədədir, o, sintetik xarakter daşıyır. Onun gücü də məhz bundadır. Məşhur filosof Q.N.Volkovun çox maraqlı bir fikri vardır: «Təsəvvür edin ki, müasir cəmiyyət bütün həyati avadanlıq­lardan və maddi mədəniyyət vasitələ­rindən məhrum edilmişdir. Heç bir texnika, bina, yol, kommunikasiya yoxdur. Cəmiyyət insan ayağı dəyməmiş təbiətlə təkbətək, üz-üzə qalmışdır. Nə baş verəcək? İbtidai vəhşilik dövrü qayıdacaqmı? Qətiy­yən! Bəşəriy­yət böyük məhrumiyyətlərə dözəcək. Onun inkişafı ləngiyər, amma bu ləngimə bir neçə onillik ola bilər. Bu müddətdə cəmiyyət sivilizasiyanın malik olduğu bütün maddi mədəniyyəti ən son elmi nailiyyətlərə uyğun olaraq yenidən bərpa edəcək­dir».

Bəs cəmiyyət mənəvi mədəniyyətdən məhrum olarsa və buna uyğun olaraq pedaqoji fəaliy­yətini dayandırarsa, nə baş verər?!...

Bəşəriyyətin hazırlamış olduğu mənəvi mədəniyyətlə yaxın­dan tanış olmaq hər bir insan üçün zəruridir. Bu mədəniyyət xəzinə­sin­dən uzaq olduqca, insan daha bəsit, avam; insanlığın mənəvi zənginlikləri ilə daha sıx bağlı olduqca, daha uca, ali varlığa çevrilir. Zooparkda insanların əhatəsində doğulub-böyümüş vəhşi heyvan vəhşi olaraq qalır, lakin azadlıqda doğulub-böyümüş həmcinslərinə nisbətən aciz olur. Cəmiyyətdən kənar­da təcrid olunmuş şəkildə böyüyən uşaq isə bütün fiziki imkanlarına baxmayaraq insan kimi formalaşa bilməz.

Heyvanlar bütün keçmişlərini, indilərini və gələcəklərini cismani təkamül formasında öz bədənlərində daşıyır: hər bir heyvan cütündə, bu növə məxsus bütün heyvan cütlərində olanların hamısı vardır. İnsanlardan ötrü isə keçmiş nəsillərin, irqlərin, milliyyətlərin, etnik qrupların, sinif və təbəqələrin hazırlamış olduqları çoxəsrlik mədəni sərvətlər böyük əhəmiyyət daşıyır. Hər bir sosial qrup, hər bir milliy­yət bəşəriyyətin birgə mədəniyyətini nə iləsə müəyyən qədər zənginləşdirir. Buna görə də əgər Nuhun gəmisində müasir zəmanədə yaşayan iki mindən çox millətin hərəsindən bir cüt olsa idi belə, bəşəriyyətin hazırkı dövrdə malik olduğu mədəniy­yəti tam mənası ilə bərpa edə bilməzdi; çünki ayrılıqda götürülmüş insan cütü hətta mənsub olduğu xalqın belə bütün xüsusiyyətlərini özündə daşımaq, qoruyub-saxlamaq imkanına malik deyildir.

Müasir bəşəriyyətin mənəvi xəzinəsi bütün əqli, sosial, tarixi, etnik zəngin­likləri, müxtəliflikləri özündə birləşdirir. Hər bir insan özünün fərdi xüsusiy­yətləri ilə bu müxtəlifliyi daha da artırır. Bütün adamlar insan adlanmaqlarına baxmaya­raq, müxtəlifdirlər. Bəşəriyyət keçmişin bütün mütərəqqi zənginliyini özündə birləş­dirərək, bu rəngarəngliyin müxtəlif çalarlarının daşıyıcısı olan insanlardan ibarət olacaqdır.

Mənəvi mədəniyyət keçmiş nəsillərin, bizim əcdadlarımızın çoxəsrlik gərgin səyi nəticəsində formalaşan enerjini özündə daşıyır. Nəsillər arasında əlaqə tərbiyə vasitəsilə həyata keçirildiyindən pedaqoji mədəniyyət, bir növ, insan ağlını fəallaş­dıran və bu zaman bir yerə toplanaraq saxlanılan bu enerjidən isti­fadə edən mühər­rik kimidir. Mənəvi mədəniyyətin qorunması və inkişafı müva­fiq pedaqoji tərəqqi­dən kənarda mümkün deyildir. Şəxsiyyətin, xalqın, ölkənin və ümumən bəşəriyyətin mənəvi tərəqqisi tərbiyə prosesinin səmərə­liliyindən asılıdır.

İnsanın müasir inkişaf səviyyəsi şüurlu əmək nəticəsində mümkün olmuş­dur. Bəşəriyyətin maddi mədəniyyətinin yaradılma­sın­da insan ağlı əsas rol oynayır. Hələ Marks yazırdı ki, maddi nemətlərin istehsal qaydaları bütövlükdə həyatın mənəvi prosesləri ilə şərtlənir: müəyyən vaxtda yaranmış ideyalar ölkənin iqtisadi və mənəvi inkişafını və cəmiyyətin psixologiyasında baş verən dəyişikliyi müəyyən edən əks-təsir qüvvəsinə malik olur. Bu əks-təsir məhz tərbiyə nəticə­sində baş verir.

İnsanlığın ən qədim yazılı abidələrində, şifahi xalq yaradı­cılığı nümunə­lə­rində, xüsusilə nağıllarda; atalar sözlərində belə bir ideya hakimdir ki, insan öyrədilə, tərbiyə oluna bilər, insan­ların ən qüdrətli mənəvi keyfiyyəti xeyirxahlıq­dır və bu keyfiyyətə insanlar alışdırılmalı, bu haqda biliklər, əxlaqi şüur yarat­maq lazımdır. Xeyirxahlıq – yaxşı əməl sahibi olmaq, yaxşı hərəkət etməkdir. O adam yaxşı hərəkət edir ki, hərəkətin mahiyyətinin bilir, yaxşı hərəkətin mənasını və əhəmiyyətini aydın dərk edir. Davranış – davranış qaydaları haqda bilikdən asılıdır. Biliklə davranış arasında əlaqələndirici rolunu isə tərbiyə oynayır. Deməli, heç bir xeyirxahlıq pedaqoji mədəniyyətsiz mümkün deyil. Beləliklə, pedaqoji mədəniyyət bəşəriyyətin ən zəruri nailiyyətlərinin – elmin, incəsə­nətin müraciət etdiyi, daim istifadə etdiyi sahədir. İncəsənət insanın hisslərini, fəlsəfə-intellektini tərbiyə edir, pedaqogika isə bunların hər ikisini nizama salır. Tərbiyə prosesində mənəvi zənginliklər sadəcə bir nəsildən başqa birinə çatdırılmır, həm də bu zaman yenidən işlənir, təkmilləşir, inkişaf edir və zənginləşir. Buna görə də pedaqoji tərəqqi həm də cəmiyyətin mənəvi tərəqqisi deməkdir.

İbtidai insan ancaq sadə əməklə məşğul olurdu. Bu prosesdə bilik və bacarıq mahiyyətcə eyni olduğundan tərbiyə də primitiv xarakter daşıyırdı. Biliklərin bacarıqlardan ayrılması artıq elmin yaranmasının ilk əlaməti idi. Ən qədim bəsit elmlər təbiətə və insana çox yaxın idi, vahid, inteqral xarakterə malik idi. Müasir elm insanın intellektual zənginliyini, yaradıcılıq qabiliy­yət­lə­rini artıraraq, yeniləş­dirərək, quruluşca öz başlanğıcına qayıdır. Amma bu inteqra­siya tamamilə yeni əsaslara malikdir. «Gələcəyin elmi» insana yönəldil­miş vahid elm olacıqdır. Bu elmin tərkibində pedaqogikanın xüsusi yeri olacaqdır. Çünki o, insanların gələcə­yinə, uşaqlara yönəlmiş daha humanist insanşü­naslıq elmidir.

Uşaqlar xəlqi xüsusiyyətləri daşıyan ən təmiz varlıqlardır. Onlarda milli xüsusiyyətlər azaldıqda, yaddan çıxdıqda, itirildik­də xalqın məhv olma prosesi başlayır. Tərbiyə işi geniş mənada milli və bəşəri xüsusiyyətlərin qarşılıqlı əlaqədə götürüldüyündə daha müvəffəqiyyətli olur. Amma tərəflərin bu inteqrasiyasında milli olanın payı çox olduqca, millət mədəni və mənəvi baxımdan daha güclü olur.

Heç bir xalq bəşəriyyət tarixində müəyyən iz qoymadan ölüb-getmir. Məhv olmuş xalqların mənəvi potensialı digər xalqların mədəniyyətində qorunub saxlanılır, inkişaf edir. Xalq ölə bilməz. Nəsillərin mənəvi varisliyi qədim etnos­larla yeni millətlərin qarşılıqlı əlaqəsi ilə təzahür edir. Öz formasına görə bu əlaqələr valideynlərlə uşaqlar arasındakı vərəsəliyi xatırlatsa da, mahiyyətcə, əlbəttə ki, əhəmiyyətli dərəcədə mürəkkəbdir. Heç bir millət digər xalqlardan təcrid olunaraq ancaq öz əcdadları əsasında formalaşmış olmur. Hətta, bəzən adama elə gəlir ki, məhv olmuş xalqlar belə öz qəhrəmanları ilə, əfsanə və əsatirləri ilə yenidən həyata qayıdırlar. Skiflərin, hunların, alanların, şumerlərin, xəzərlərin, peçeneqlərin mənəvi enerjisi türklərdə, ruslarda, ukraynalılarda, çuvaşlarda, kumıklarda, tatar­larda və bir çox onlara qonşu və qohum olan xalqlarda qorunub saxlanır, yaşayır.

2.3.2. Nəsillərin varisliyi pedaqoji mədəniyyətin




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin