Milli mədəniyyət – hər bir millətin, xalqın, etnik qrupun öz tarixi boyu yaratmış olduğu maddi və mənəvi sərvətlərin məcmusu, həmçinin onların yaradıcılıqla inkişaf etdirilərək, xalqın tərəqqisi üçün nəsildən-nəsilə çatdırmaq qabiliyyətidir.
Tərifdən aydın olur ki, milli mədəniyyət maddi və mənəvi mədəniyyətlərə bölünür:
Maddi mədəniyyətə aiddir:
milli geyim, bəzəklər, zinət əşyaları;
milli xörəklər, milli kulinariya;
nəqliyyat vasitələri;
əmək növləri, onların əsas xüsusiyyətləri, əmək alətləri.
Mənəvi mədəniyyətə aiddir:
xalqın adət, ənənə və ayinləri, milli bayramlar;
dil;
şifahi xalq yaradıcılığı;
incəsənət (xalq mahnı və rəqsləri, bədii və dekorativ tətbiqi xalq yaradıcılığı nümunələri, milli ədəbiyyat);
əxlaqi normalar.
Maddi mədəniyyət abidələri daha uzunömürlü hesab olunur. «Maddi mədəniyyət abidələri daha qədimdir» ifadəsi o halda doğrudur ki, bu abidələrin uzun müddət saxlanıla bilən, dağılmayan, gec məhv olan cisimlərdə mövcudluğu başa düşülsün. Bu günkü tədqiqatçılar, məsələn, arxeoloqlar, antropoloqlar, qismən də etnoqraflar bu abidələri yarandığı dövrdə olduğu kimi və ya cüzi dəyişmiş şəkildə tapır, tədqiq edirlər.
Mənəvi mədəniyyət abidələrinin ömrü isə nisbətən «qısadır». Bu abidələr bir neçə insan nəsli ilə ilə birlikdə yaradılır, ömür sürür və dağılıb gedir və ya çox zəifləyir. Xüsusilə yazı meydana çıxana qədərki mənəvi mədəniyyət abidələri dəfələrlə dəyişmiş, variantlaşmış, çox hissəsi məhv olmuş, əksər hissəsi yenidən «kəşf olunmuşdur».
Beləliklə, hər bir xalq mövcud olduğu tarix boyu öz maddi və mənəvi mədəniyyətini yaradır, yaşadır, inkişaf etdirir və zənginləşdirir.
Hər bir xalqın mədəniyyəti zəngindir və o bəşəri mədəniyyətin inkişafına bu və ya digər dərəcədə təsir göstərə biləcək imkanlara malikdir. Sadəcə mədəniyyətlərin tədqiqi, öyrənilməsi, təbliği və öyrədilməsi müxtəlif səviyyədədir.
Dünya mədəniyyətinin inkişafında özünəməxsus yeri olan xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında əsil elmi araşdırmalar son dövrlər daha geniş vüsət almışdır (2).
Azərbaycan xalqının ən qədim tarixi ümumtürk tarixinin üzvi tərkib hissəsidir. Bununla belə, müasir türk xalqlarından hər biri kimi Azərbaycan xalqının da özünəməxsus formalaşma tarixi vardır. Bu xalqın formalaşma tarixi böyük vahid türk etnosunun müxtəlif super etnoslara bölünməsi ilə müşayət olunan differensasiya dövründən başlayır. Diferensasiya dövrünün üç mərhələni əhatə etdiyi qəbul olunmuşdur:
Dostları ilə paylaş: |