Sadə xalqın əxlaqi normaları da məişətdə olan estetik görüşləri kimi yüksək dəyərlərə malikdir. Əməkçi insanın ən mühüm əxlaqi keyfiyyəti vətənə dərin məhəbbət, onun düşmənlərinə, həmçinin insan əməyini istismar edənlərə nifrətdir. Sadə xalq balaları əməkdə və əsarətə qarşı mübarizədə tərbiyə olunurdu.
Sözsüz ki, xalq pedaqogikasının əsas vəzifələrindən biri də uşaqların əqli tərbiyəsidir. Şifahi xalq yaradıcılığında əqli tərbiyə vasitələri kimi mövcud olan minlərlə nağıllar, tapmacalar, atalar sözləri, yanaltmaclar vardır. Yerində və düzgün istifadə edildikdə onlar əqli tərbiyə üçün çox geniş imkanlara malikdir. Xalq tərbiyə sisteminin böyüyən nəslin intellektual tərbiyəsinə xüsusi fikir verməsinin nəticəsində xalq içərisindən dahi alimlər, ixtiraçılar, rəssamlar, yazıçı və şairlər çıxmışdır.
Xalq pedaqogikasının diqqət yetirdiyi sahələrdən biri də uşaqların fiziki tərbiyəsidir. Məlumdur ki, gimnastika və bu kimi müxtəlif idman növləri xalq arasında geniş yayılmamışdır. Ancaq müxtəlif mütəhərrik oyunlar, milli güləş, at yarışları, çövkan və s. kimi xalq idman növləri böyüyən nəslin gündəlik həyatının ayrılmaz hissəsi olmuşdur. Bir çox xalqların milli bayramlarının proqramlarında idman oyunlarına, yarışlara xüsusi yer ayrılırdı. Dünyanın bütün xalqlarının şifahi xalq yaradıcılığı uşaqların fiziki sağlamlığına xüsusi fikir verilməsini əks etdirən nümunələrlə zəngindir. Fiziki güc, cəldlik, yorulmazlıq, dözümlülük, çalışqanlıq əsas fiziki keyfiyyətlər hesab edilirdi. Bir çox qüdrətli pedaqoqların təcrübəsinin müsbət nəticələnməsi onların xalqın kollektiv təcrübəsindən bol-bol istifadə etməsi ilə bağlıdır. Onların dahiliyi də müasir pedaqogikanı xalq pedaqogikası ilə səmərəli şəkildə birləşdirə bilmələrindən irəli gəlir ¨.
SUAL VƏ TAPŞIRIQLAR
«Mədəniyyət», «milli mədəniyyət» və «pedaqoji mədəniyyət» anlayışlarını izah edin.
Azərbaycan mədəniyyətinin formalaşma tarixini təhlil edin.
Pedaqoji mədəniyyətin bəşəri və etnik xarakter daşıması nə deməkdir?
Azərbaycan pedaqoji mədəniyyətinin formalaşmasına təsir göstərəcək hansı ənənələrimizi tanıyırsınız?
Pedaqoji mədəniyyətin formalaşmasında varislik nə deməkdir?
Ə.Həşimov və F.Sadıqovun «Azərbaycan xalq pedaqogikası» adlı əsəri üzrə referat hazırlayın.
II FƏSLƏ AİD ƏDƏBİYYAT
Azərbaycan dilində
Cəfərov N. Azərbaycanlılar: etnokultroloji birliyin siyasi-iqtisadi üfüqləri. Bakı, 2001.
Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı, 1998.
Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, 1971, 256 s.
«Kitabi-Dədə Qorqud». Bakı, 1988, 265 s.
Mahmud Kaşğarlı. «Divani Lüğat-it-Türk». Bakı,
Şükürov A. Kulturologiya. Bakı, 2003.
Rus dilində
Волков Г.Н. Этнопедагогика. Москва, 2000, 176 с.
Кукушин В.С., Столяренко Л.Д. Этнопедагогика и этнопсихология. Ростов-на Дону, 2000, 448 с.
Мид М. Культура и мир детства. Москва, 1988.
Формирования этической классов средствами народной педагогики в чувашской национальной школе. www. nauka-shop.com /mod/ shop/
Dostları ilə paylaş: |