İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə5/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110
M.Mahmudbəyov yazırdı: «Biz çalışdıq ki, mütərəqqi pedaqoji prinsiplər əsa­sında yeni məktəblər açılsın. Yeni məktəblər xalqımızın inkişafına, onun tanın­masına, dilinin, ədəbiyyatının, maarif və mədəniyyətinin şöhrətlənməsinə kömək edər». Milli məktəblərlə bağlı Ü.Hacıbəyovun da maraqlı fikirləri vardır. O yazırdı: «Bizə türk məktəbləri – milli məktəblər lazımdır. Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunsun. Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hansı məktəbdə öz ana dilimizdə oxumuşuq?».

Etnopedaqoji tədqiqatların ikinci mərhələsində xalqın tərbiyə sahəsindəki zəngin təcrübəsinin öyrənilməsi artıq məqsədyönlü xarakter alır, xalq pedaqogika­sının mütərəqqi ideyalarından təlim-tərbiyə müəssisələrində istifadə üçün ilkin səylər göstərilir.

Sovet hakimiyyətinin ilk illərində milli məsələyə dair bir neçə sənəd hazır­landı. Belə sənədlərdən biri olan «Rusiya xalq­larının hüquq bəyənnaməsi»ndə, bütün xalqların azad inkişafı üçün hüquq bərabərliyi elan edilirdi. Xalqların öz dillərində təhsil orqanları və məktəblərin yaradılmasına icazə verilirdi. Bu qərarın qəbulundan dərhal sonra Sovetlər ölkəsinə daxil olan respublika­larda ana dilində təhsil alanların sayı artdı, məktəblərin maddi-texniki bazası möhkəmlənməyə başladı.

1918-ci ildə qəbul edilmiş «Vahid əmək məktəbi haqda əsasnamə»də milli məktəblərin fəaliyyətinin prinsipləri və məzmunu müəyyən edilirdi. Bu sənədə görə təlim prosesində şagirdlərin maraqlarının hesabaalınması, müstəqillik və fəallığın yüksəldilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və məktəbin həyatla, xalqın mədəni güzəranı ilə əlaqəsi əsas prinsiplər kimi götürülürdü.

1930-cu ildən etibarən ümumi icbari ibtidai təhsilə keçil­məsi ana dilinin rolunu yüksəltdi. Müxtəlif tipli məktəblərin şəbəkəsi genişlənir, onlarda şagird kontingenti artır, təlim məşğə­ləl­ərinin tərbiyəvi təsiri yüksəlirdi.

Bununla bərabər, tərbiyədə xəlqiliyin və ümumiyyətlə, xalq pedaqogikasının rolu çox aşağı idi. Bu mərhələdə xüsusi etnope­daqoji tədqiqatlar yox dərəcəsin­də idi. Etnopedaqoji ideyalar işartı şəklində etnoqrafiq tədqiqat­ların içərisində hiss olunurdu.

Təsadüfi deyil ki, etnopedaqoji tədqiqatların ilk nümunəsi kimi meydana çıxan əsəri də məhz etnoqraf Q.S.Vinoqradov yazmışdı. «Xalq pedaqogikası» adlanan bu əsər 1926-cı ildə İrkutsk­da nəşr olunmuşdu. Q.S.Vinoqradov bu əsərində «xalq tərbi­yəsi», «xalqın tərbiyəvi təcrübəsi» anlayışları ilə yanaşı ilk dəfə olaraq «xalq pedaqogikası» anlayışını terminalogiyaya daxil edir və onu «həyata, gənclərin təlim-tərbiyəsinə, təlim və tərbiyənin məqsəd və vəzifələrinə, böyüyən nəslə təsirin vasitə və yollarına dair xalq təsəvvürlərinin məcmuyu və qarşılıqlı təsiri» kimi təqdim edir.

XX əsrin 30-40-cı illərində isə sovetlər ölkəsində baş verən siyasi hadisələrin təsiri altında etnopedaqoji tədqiqatlar, demək olar ki, aparılmamışdı.

50-ci illərdən başlayaraq etnopedaqoji tədqiqatlar sahəsində əsaslı araşdır­maların ilk nümunələri meydana gəldi. Pedaqoji fikir tarixinin görkəmli nümayən­dələri – E.N.Medınski, N.A.Konstan­tinov, F.F.Korolyov, Z.İ.Ravkin, V.A.Roten­berq, V.Z.Smirnov, İ.F.Svadkovski, M.F.Şabayeva, Ş.İ.Qanelin xalq ənənələrinin pedaqo­gi­kanın inkişafında mühüm roluna dair qiymətli fikirlər söyləmişlər

Postsovet məkanında xalq pedaqogikasının ilk tədqiqat­çıları G.N.Vol­kov, Ə.Ş.HəşimovA.F.Xintibidze olmuşlar. Məşhur Ukrayna alimi, professor B.İ.Mityurov 1976-cı ildə Moskva­da keçirilən Ümumittifaq elmi konfransdakı məruzəsində demişdir ki, çox mühüm bir sahə olan xalq pedaqogikası indiyə kimi diqqətdən kənarda qalmış­dır. Halbuki, həmin sahədə ciddi axtarışlar elmimizə nəzəri əhəmiyyətli böyük töhfə olardı, Ə.Ş.Həşimovun, G.N.Volko­vun və A.F.Xintibidzenin tədqiqat­ları bu sahənin ilk qaranquşlarıdır.

Adları çəkilən alimlərin, eləcə də Ə.E.İzmaylov və İ.Y.Xan­bikovun rəhbərliyi altında xalq pedaqogikası sahəsində tədqiqatların sayı artmağa başladı. Müttəfiq respublikalarda etnopedaqoji tədqiqat­lar sahəsində yeni-yeni əsərlər meydana gəldi. Bu tədqiqatçılar sırasına B.Aleksandrov (Rusiya), M.B. Qur­tueva (Kabardin-Balkan), Y.P.Namitokov, K.İ.Buzarov, İ.A.Şo­rov (Adıgey), P.V.İvanov (Kareliya), İ.P.Tukayev (Udmurt), A.K.Qalazov, X.X. Xadikov (Şimali Osetiya), M.İ.Anisov, K.B.Solçak (Tuva), Z.T.Həsənov, R.M.Paşayeva, M.M.Eldarov (Dağıstan), K.F.Qrifanov, A.F.Fatkul­lina (Başqır­dıstan), A.Y.Elanqo, X.Rannap (Estoniya), S.İ. Rai­mova, M.Q.Buşqans (Tatarıstan), B.M.Xavratoviç, K.M.Kuyukov (Xaka­siya), B.N. Mit­yurov, E.V. Syuta (Ukrayna), N.Kuşekbayev (Kazaxıs­tan), Z.Mirtur­sunov, M.Ş.Şirbayev (Özbəkistan), O.M. Valya­yeva (Moldava), Ş.K.Sarquş (Abxaziya), T.Ormonov (Qırğızıs­tan), D.E.Yeqorov, N.S.Sidorov, M.K.Yeniseyev, T.S.İva­nova (Çuva­şiya), V.İ.Elaşvili, D.X.Qurqenidze (Gürcüstan), Y.B.Bromley (Belorus) və b. daxil etmək olar.

Göründüyü kimi, ikinci mərhələ etnopedaqoji tədqiqat­ların bolluğu ilə səciyyələnir və yeni daha ciddi elmi axtarışlar üçün nəzəri və praktik zəmin yaratmış olur.

Etnopedaqoji tədqiqatların üçüncü mərhələsi keçən əsrin 70-ci illərindən başlamışdır. Bu dövr xalqın tərbiyəvi təcrübəsinin nəzəri olaraq ümumiləşdiril­məsi və etnik pedaqogika nəzəriy­yəsinin formalaşması ilə xarakterikdir. Görkəmli peda­qoq-alimlər – Əliheydər Şirin oğlu HəşimovunGennadi Nikandroviç Volkovun adı ilə bağlı tədqiqatlar və onların yetiş­dir­mələri tərəfin­dən aparılan araşdırmalar nəticəsində etnopedaqogika yeni pedaqoji elm səviyyəsində təqdim olunmağa başladı.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin