İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə6/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110
«Etnopedaqogika» istilahını ilk dəfə yeni elm sahəsi kimi pedaqoji ədəbiyyata gətirən məşhur çuvaş alimi G.N.Volkov 1966-cı ildə «Çuvaş xalqının etnopedaqogi­kası», 1974-cü ildə «Etnopeda­qogika» adlı fundamental əsərlər çap etdirdi. 2000-ci ildə «Etnope­da­qogika» əsərinin düzəlişlər edilmiş və tamamlan­mış 2-ci nəşrini orta ixtisas və ali pedaqoji məktəblərin tələ­bələri üçün dərslik kimi nəşr etdirdi. İlk etnopedaqogika dərsliyi olan bu kitabda milli-regional və etnik tərbiyə mədəniyyəti xarakterizə edilir, etnopedaqo­gika­nın mühüm mövzuları: etnopedaqoji sistem milli və bəşəri fenomen kimi, pedaqoji təkamül; xalq tərbiyəsinin faktorları, metodları, vasitələri və priyomları, xalq pedaqogikasının müasir funksiyaları öz əksini tapmışdır.

Bu mərhələdə Özbəkistanda Z.Mirtursunovanın, E.Rəh­ma­no­vanın, B.Kadı­ro­­vun, A.K.Minovarovun, Q.U.Ubaydul­layevin1, Qırğızıstanda T.Orma­novun, S. Saipbayevin, B.Apı­şevin, Ə.E.İzmaylovun2, Qazaxstanda N.Kuşekba­yevin, İ.Oşir­bayevin3 tədqiqatları nəşr olundu. Həmçinin S.Beşimovun, Ş.M.-X. Arsaliye­vin K.Pirliyevin, V.F.Afansyevin, Ş.A.Mirzoyevin, N.V.Silistra­runun, İ.A.Çurikovun4 və bir çox başqalarının da əsərlərini misal gətirmək olar. Xüsusilə son dövrlərdə internet saytlarında etnopedaqogikaya dair çoxsaylı tədqiqlər barədə məlumat gənc nəslin təlim-tərbiyəsi işində bu elmin imkan­ların­dan istifadənin zəruriliyi haqda pedaqoji elmin və ictimaiyyətin dərin inamından xəbər verir.



Bu mərhələdə Azərbaycanda da ciddi tədqiqatlar aparılmış, Azərbaycan etnopedaqogikasına dair sanballı əsərlər meydana çıxmışdır. Və bu iş professor Əliheydər Həşimovun adı ilə bağlıdır.

Ə.Ş.Həşimov, hələ 1953-cü ildən Azərbaycan xalq pedaqo­gikası ilə məşğul olmağa başlamışdır. O vaxtlar zəhmətkeş xalqa və onun zəngin yara­dı­cılığına, icadçılıq qabiliyyətinə, əsrarəngiz folkloruna, tarixi irsinə, tərbiyə sahə­sindəki təcrübəsinə, fikir və ideyalarına dodaq büzən bəzi üzdəniraq ziyalı­ların xilafına olaraq, Ə.Ş.Həşimov xalqın pedaqoji hikmətinin əsl həyat mək­təbi olduğuna qəti şəkildə inanmış və şüurlu həyatını bu xalqın misilsiz yaradı­cılıq nümunələrinin tədqiqinə və pedaqoji təhlilinə həsr etməyi qərarlaş­dırmışdır. «Azər­baycan xalq nağılarında və atalar sözlərində əqli və əxlaqi tərbiyəyə aid fikirlər» mövzusunu özünə namizədlik dissertasiyası kimi seçən Ə. Ş. Həşimo­vun familiyası müxtəlif mətbuat səhifələrində tez-tez görünməyə başladı. («Xalq ədəbiyyatını öyrənin» («Azərbaycan pioneri» 28.09.1956), «Azərbaycan xalq nağıl­larının və atalar sözlə­rinin təlim-tərbiyəvi əhəmiyyəti haqqında» («Azərbay­can məktəbi», j. 1956, № 10), «Xalq hikməti» («Azərbay­can» jurnalı, 1956, № 12), «Azərbaycan xalq nağıl­ları və atalar sözlərinin tədrisində şagird­lərin əqli tərbiyəsi məsələləri haqqında» («Azər­baycan dili və ədəbiyyat tədrisi» metodik məcmuəsi, 1957-ci il, I buraxılış və s.). Oxucuların, o cümlədən alim, pedaqoq və filoloqların rəğbətlə qarşıladıqları bu əsərdə müəllif təkcə Respubli­kada deyil, keçmiş SSRİ ərazisində, demək olar ki, ilk dəfə nağıl­lar və atalar sözlərinin timsalında xalq yaradıcılığı materiallarını pedaqoji təhlilə cəlb etdi və onları xalq pedaqogikasının dəyərli yadigar­ları kimi qiymət­lən­dirdi. Həmin sahədəki araşdırmalarını tədricən genişləndi­rərək, o, 1970-ci ildə «Azərbaycan xalq pedaqo­gikası» mövzusunda doktor­luq dissertasi­yası müdafiə etdi. Həmin ildə onun «Azərbaycan xalq pedaqo­gi­kasının bəzi məsə­lələri» adlı monoqrafiyası da nəşr olundu.

Prof. Ə.Ş.Həşimovun yuxarıda adını çəkdiyimiz monoqra­fiyası 256 səhifə həcmində olub, girişdən, yeddi fəsildən və ümumi nəticədən ibarətdir. «Bir neçə söz» başlığı altında verilmiş giriş hissəsində müəllif keçmiş irsə ehtiramlı münasi­bətin vacibliyin­dən, həmin irsin mühüm bir hissəsini xalqın təlim-tərbiyə sahəsin­dəki təcrübəsinin təşkil etdiyindən, bu təcrübədən nəsillərin, o cümlədən bütün dövrlərin və xalqların ən qabaqcıl övladlarının bol-bol bəhrələndiyindən gör­kəm­li tarixi şəxsiyyətlərin həmin təcrübəyə yüksək qiymət verdiyindən və s. çox yığcam şəkildə bəhs edir.

Fəsillər isə belə adlandırılır: I fəsil - «Folklor – xalq pedaqogikasının qiymət­li yadigarı və milyonların tərbiyə məktəbi kimi»; II fəsil – «Xalq pedaqogikasının ümumi əsasları və xüsu­siyyətləri»; III fəsil - «İnsan şəxsiyyətinin təşəkkülünə təsir göstə­rən amillər»; IV fəsil – «Fiziki tərbiyə məsələləri»; V fəsil - «Əmək tər­bi­yəsi məsələləri»; VI – fəsil «Estetik tərbiyə məsələləri»; VII fəsil - «Əqli təhsil məsələləri» və «Ümumi nəticə».

Prof. Ə.Həşimovun xalq pedaqogikasına həsr olunmuş əsərlərinin sırasına «Düz sözün kəsəri» (Bakı, 1967), «Azərbaycan xalq pedaqogikasından mühazi­rələr» (Kirovabad, 1967), «Azəri xalq pedaqogikasının ümumi əsasları və xüsu­siyyətləri» (Kirova­bad, 1967), «Azərbaycan xalq pedaqogikasından iki müha­zirə» (Kirovabad, 1969), «Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri» (Bakı, 1980), «Gənc nəslin tərbiyəsində tarixi irsin əhəmiyyəti və onun öyrədil­məsi yolları» (Bakı, 1984), «Peda­qogika kursunun tədrisində xalq hikmətindən isti­fadə» (Bakı, 1991), «Azərbaycan xalq pedaqogikası antologiyası» (F.B.Sadı­qovla birlikdə, Bakı, 1993) və sair kitab və kitabçalar, həmçinin 60-dan artıq jur­nal məqaləsi daxildir.

Yeri gəlmişkən deyək ki, professor Ə. Ş. Həşimov «Çeçen-İnquş şifahi xalq yaradıcılığında mütərəqqi pedaqoji ideya və ənənələr, ümumtəhsil məktəbləri IV-VIII sinif şagirdlərinin əxlaq və əmək tərbiyəsində onlardan istifadə» mövzusun­da dissertasinı, 1983-cü ildə Tbilisidə müdafiə edən Qroznı Dövlət Univer­sitetinin müəllimi N. B. Bitiyevanın da elmi rəhbəri olmuşdur. O, eyni zamanda «Özbək xalqının mütərəqqi əmək ənənələri və yuxarı sinif şagirdlərinin peşə yönü­mündə onlardan istifadə» mövzusunda tədqiqat yazıb, 1984-cü ildə Kazan şəhərində müdafiə edən Q.C.Baybekovanın, «Dağıstan xalq pedaqo­gikasın­da tərbiyənin məzmunu, forma və metodları» mövzusunda 1987-ci ildə Rostov-Donda namizəd­lik dissertasiyası müdafiə edən Ş.A. Mirzoyevin birin­ci rəsmi opponenti olmuşdur. Xalq pedaqogikası məsələlərinə həsr olunmuş yüzə yaxın namizədlik və doktorluq əsərlərinə isə qeyri-rəsmi opponentlik etmiş, rəy yazıb göndərmiş­dir. Bunun nəticə­sidir ki, keçmiş SSRİ respublikalarında xalq peda­qogikası sahəsində 60-cı illərdən çağdaş günlərimizədək doktorluq və ya nami­zədlik əsəri müdafiə edən pedaqoq­lardan, yaxud həmin sahədə kitab, monoq­rafiya yazan alimlərdən elə biri­sini tapmaq olmaz ki, o, öz əsərində Ə. Ş. Həşi­mov­dan iqtibas gətirməmiş keçinsin və ya Azərbaycan aliminə öz minnət­darlığını bildirməmiş, ondan məsləhət almamış olsun. Bu, xalq pedaqogi­kası sahəsində həm­yerlimizin böyük nüfuza malik olduğunu və unudulmaz xidməti­nin açıq-aydın təsdiqləyən faktlardandır.

Azərbaycan etnopedaqogikası sahəsində Əliheydər Həşimo­vun ideyaları və xidməti onun yaratdığı məktəbin üzvləri tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Etnopedaqoji mövzulara həsr olunmuş dissertasiyalar müdafiə edilir, sanballı məqa­­­lələr və kitablar nəşr olunur. Bu tədqiqatçılardan İ.B.Həşi­movu («Xalqın tərbi­yəvi ideya, adət və ənənələrinin Azərbaycan pedaqoji fikrinin formala­şmasına təsiri və onlardan müasir məktəb təcrübəsində istifadə» («Kitabi-Dədə Qorqud materialları üzrə». Pedaq.elm.nam....dis.Bakı, 1987); A.N.Kazımovu («Hey­kəl­­tə­raşlıq abidə­ləri vasitəsilə şagirdlərin inqilabi döyüş və əmək ənənələri ruhunda tər­biyəsi». (Pedaq.elm.nam. ...dis. Tbilisi, 1988); İ.Q.Xəlilovu («Folklorda ailə tərbiyə­si məsələləri və uşaqların tərbiyəsində onlardan istifadə». Pedaq.elm.nam. ... dis. Bakı, 1989); X.İ.Səlimxano­vanı («Məktəbə­qədər yaşlı uşaqlarda əxlaqi key­fiyyətlərin formalaşmasına şifahi xalq yaradıcılığı nümunələrinin təsiri». Pedaq. elm.nam.... dis. Bakı, 1999); Z.Q.Rəsu­lovu («Məktəblilərin əməksevərlik tərbiyə­sin­də xalqın əməklə bağlı mütərəqqi adət-ənənələri və fikirlərindən istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1990); N.İ.Babayevanı («Yuxarı sinif şagirdlərinin iqtisadi tər­bi­yəsində xalq pedaqogikası materiallarından istifadə (Azərbaycan xalq peda­qogikası və ümumtəhsil məktəblərinin materialları əsasında. Pedaq. elm.nam. ... dis. Bakı, 1992); J.Ə.Mustafayevanı («Şagirdlərin vətənpər­vərlik tərbiyəsində xalq peda­qo­gikası materiallarından istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1992); H.A. Həmi­­dovu («Azərbay­can milli oyunlarının sosial pedaqoji mahiyyəti və tər­biyə işində onlardan istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1994); İ.İ.Əli­yevi («Orta ümum­təh­sil məktəblərində təlim-tərbiyənin keyfiy­yətinin yüksəldilmə­sinə etnope­da­qoji materiallardan istifadənin təsiri». Pedaq. elm.dok. ... dis.Bakı, 2003); S.Q.Həsə­novanı («Ailə tərbiyəsinin səmərəli təşkilində etnopedaqoji materiallardan istifa­dənin imkan və yolları». Pedaq. elm.nam. ... dis. Naxçıvan, 2005); T.V.Rüs­təmlini («V-IX sinif şagirdlərinin ailə həyatına hazırlan­masında etnopedaqoji materiallar­dan istifadə üzrə işin imkan və yolları». Pedaq. elm.nam. ... dis. Naxçı­van, 2006) göstərmək olar.

Bir məsələ də qeyd olunmalıdır ki, postsovet məkanında aparılan etnoped­qoji tədqi­qatların, demək olar ki, böyük əksəriy­yəti qeyri-rus xalqların xalq pedaqogi­kası problem­lərinə həsr olunmuşdur. Hətta qüdrətli SSRİ dövlətinin ən güclü vaxtlarında belə etnopedaqogikanın bir elm kimi yaradıcıları və onun əsas inkişaf perspektivlərini müəyyən edənlər, əsasən, rus olmayan xalqların nümayəndələri olmuşlar.

Bir az əvvəldə göstərilən və adlarını çəkmədiyimiz bir çox müəlliflərə və onların tədqiqatlarına diqqət yetirmək fikrimizin doğruluğunu təsdiq edə bilər. Doğrudur, etnopedaqogika sahə­sin­də araşdırma aparan tədqiqatçılardan milliy­yətcə rus olanları vardır. Amma onların da az bir hissəsi istisna olmaqla, demək olar ki, əksəriyyəti qeyri-rus xalqların etnopedaqoji görüşlərini tədqiq etmişlər.

Fikrimizcə, bu vəziyyət iki səbəbdən irəli gələ bilər:




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin