1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-
Qrafiki interfeys- Bu növ interfeysin səciyyəvi xüsusiyyəti ondadır ki, istifadəçi ilə dialoq əmrlər vasitəsi ilə deyil, qrafik obrazlar (menyu, pəncərələr, digər elementlər) vasitəsi ilə aparılır. Bu interfeysdə də maşına əmrlər verilir, lakin bu “dolayı yolla”, qrafiki obrazlar vasitəsi ilə yerinə yetirilir. Qrafiki interfeys ideyası keçən əsrin 70-ci illərində Xerox firmasının Palo Alto Research Center (PARC) tədqiqat mərkəzində vizual interfeys konsepsiyası işləndikdə yaranmışdır. Qrafiki interfeysin meydana çıxmasına kompüterin əmrə reaksiya vermə vaxtının azalması, əməli yaddaş həcminin artması, həmçinin kompüterin element bazasının, texniki xarakteristikalarının (xüsusən də monitorun) inkişafı zəmin yaratdılar. Müxtəlif rəngli istənilən qrafiki təsvirlərin əks etdirilməsi imkanlarına malik qrafiki displeylər yaradıldıqdan sonra, qrafiki interfeys bütün kompüterlərin ayrılmaz hissəsinə çevrildi. Tədricən tətbiqi proqramlar tərəfindən klaviatura və siçanm istifadəsinin unifı- kasiyası prosesi keçirildi. Bu iki tendensiyanın birləşməsi nəticəsində yaranmış istifadəçi interfeysinin köməyi ilə işçilərin öyrədilməsinə minimum vaxt və xərc sərf etməklə istənilən proqram tətbiqləri ilə işləmək mümkün olur. PARC qrupunun 8010 Star Information System qrafiki interfeysli ilk sistemi 1981-ci ildə IBM firmasının ilk kompüterinin dünyaya gəlməsinə dörd ay qalmış yaranmışdır. İlk əvvəl vizual interfeys ancaq proqramlarda istifadə olunurdu. Tədricən o, əvvəlcə Atari və Apple Macintosh kompüterlərində istifadə olunurdu, sonra isə IBM tipli kompüterlərin əməliyyat sistemlərinə keçməyə başladı.
İnterfeysin bu növü iki səviyyədə realizə olunmuşdur: