İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər



Yüklə 79,28 Kb.
səhifə7/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   2   3   4   5   6   7   8   9   10   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

Sadə qrafiki interfeys- İlk mərhələdə sadə qrafiki interfeys əmrlər sətri texnologi­yasına oxşayırdı. Sadə qrafiki interfeysin əmrlər sətri texno­logiyasından fərqli xüsusiyyətləri aşağıdakılardır:

  • təsvirin əyaniliyinin artırılması məqsədi ilə simvolların əks etdirilməsi zamanı simvolların bir hissəsinin rənglənməsi, inversiyası (qara fonda ağ simvolların əksi ilə, yəni ağ fonda qara simvollar ilə əvəzlənməsi), altından xəttin çəkilməsi və titrəməsinin mümkünlüyü;

  • qrafiki interfeysin konkret realizə edilməsindən asılı olmayaraq kursor tək sayrışan (titrəyən) düzbucaqlı kimi deyil, bir neçə simvol və hətta ekranın bir hissəsini əhatə edən müəyyən sahə ilə təqdim oluna bilər. Ayrılmış həmin hissə digər ayrılmış hissələrdən fərqlənir (adətən rəngi ilə);

  • istənilən klavişin sıxılmasına olan reaksiya kursorun ek­randa tutduğu mövqedən asılıdır;

  • kursorun idarə edilməsi üçün tez-tez istifadə olunan kla- vişlərdən başqa manipulyatorların (siçan, trekbol və s.) istifadəsi başlandı, onlar vasitəsi ilə ekranın tələb olunan sahəsinin cəld ay­rılması və kursorun cəld hərəkət etdirilməsi mümkün oldu,

  • rənqli monitorların geniş istifadəsi.

Sadə qrafiki interfeysin yaradılması MS DOS əməliyyat siste­minin geniş yayılması ilə əlaqəlidir. Bu növ interfeysin istifadəsinə tipik misal olaraq Norton Commander aörtüyünü və MultiEdit ChiWriter və Microsoft Word for DOS mətn redaktorlarını gös­tərmək olar.


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin