Əmrlər sətri texnologiyası. Bu texnologiyada insan tərəfindən informasiyanın kompüterə daxil edilməsinin yeganə üsulu klaviaturanın istifadəsidir, kompüter isə əlifba-rəqəm displeyi (monitoru) vasitəsi ilə informasiyanı insana təqdim edir. Monitor- klaviatura kombinasiyası terminal və ya konsol adlanır. Əmrlər sətrinə əmrlər yazılır. Əmrlər sətri dəvət simvolundan və kursordan (sayrışan düzbucaqlıdan) ibarətdir. Klavişlərin sıxılması zamanı kursorun yerində simvollar peyda olur, kursor özü isə sağ tərəfə yerini dəyişir. Səhv yığılan simvollar şilinə və redaktə oluna bilərlər. Əmr “Enter” klavişinin sıxılması ilə başa çatır. Bundan sonra yeni sətirə keçid yerinə yetirilir. Məhz bu mövqedən kompüter gördüyü işin nəticələrini monitora verir. Sonra proses təkrarlanır. Ən geniş yayılmış əmrlər interfeysi MS DOS əməliyyat sistemində olmuşdur.
Hər iki texnologiya əmrlər interfeysi şəklində realizə olunur: maşına əmrlər verilir, maşın isə onlara “cavab” verir.
Əmrlər interfeysi ilə işləyərkən üstünlük təşkil edən fayllar mətn faylları olmuşdur, belə ki, klaviatura vasitəsi ilə yalnız onların yaradılması mümkün idi.
Hazırda paket texnologiyası praktiki olaraq istifadə olunmur, əmrlər sətri texnologiyasına isə insanın kompüter ilə ünsiyyəti üçün ehtiyat üsul kimi rast gəlmək olar.
Dostları ilə paylaş: |