WIMP-interfeys- Qrafiki interfeysin inkişafının ikinci mərhələsi tam WIMP-in- terfeysinin (Windows (pəncərə) Image (təsvir, obraz) Menu (menyu) Pointer (göstərici)) təşkili oldu. İnterfeysin bu altnövünün aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:
Proqramlar, fayllar və sənədlər ilə bütün iş pəncərələrdə yerinə yetirilir.
Bütün proqramlar, fayllar, sənədlər, qurğular və digər obyektlər nişanlar (ikons) şəklində verilir. Açıldıqda həmin nişanlar pəncərələrə çevrilir.
- Obyektlər ilə bütün əməllər menyu vasitəsi ilə yerinə yetirilir. Menyunun qrafiki interfeysin əmələ gəlməsinin ilk mərhələsində yaranmasına baxmayaraq, o zaman vacib məna kəsb etmirdi və əmrlər sətrinin əlavəsi kimi çıxış edirdi. Tam WIMP-interfeysdə menyu idarəetmənin əsas elementinə çevrilir. Obyektlərin qeyd edilməsi üçün manipulyatorlarm geniş istifadəsi. Manipulyator artıq oyuncaq (klaviaturaya əlavə) deyil, idarəetmənin əsas elementinə çevrilir. Manipulyator vasitəsi ilə ekranın, pəncərənin istənilən sahəsinə və ya nişana işarə edilir, seçilir, sonra isə menyu və ya digər texnologiyalardan istifadə edərək onların idarə edilməsi yerinə yetirilir. Qeyd etmək lazımdır ki, WIMP-interfeysinin realizəsi üçün yüksək tezliyə malik rəngli rastr displeyi və manipulyator tələb olunur. Həmçinin bu növ interfeysə yönələn proqramlar kompüterin məhsuldarlığına, yaddaşın həcminə, şinin keçirtmə qabiliyyətinə və s. yüksək tələblər qoyurlar. Lakin interfeysin bu növü qavranma üçün asandır və intuitiv olaraq başa düşüləndir. Qrafiki interfeys ilə proqramlara parlaq misal Microsoft Windows əməliyyat sistemidir.
Nitq texnologiyası- Keçən əsrin 90-cı illərinin ortalarından ucuz səs kartlarının yaranması və nitqin tanınması texnologiyasının geniş yayılmasından sonra SILK-interfeysinin (Speech (nitq) Image (təsvir, obraz) Language (dil) Knowledge (bilik)) “nitq texnologiyası” meydana gəlmişdir. Bu növ interfeys adi, insan ünsiyyəti formasına ən çox yaxınlaşıb. Bu interfeys çərçivəsində insan ilə kompüter arasında adi “söhbət” baş verir. Bu zaman kompüter insanın nitqini təhlil edib və açar ifadələri taparaq özü üçün əmrlər formalaşdırır. Əmrlərin yerinə yetirilməsinin nəticəsində də o, insan üçün aydm olan formaya çevirir. Bu növ interfeys kompüterin aparat resurslarına çox tələbkardır, buna görə də o, əsasən hərbi məqsədlər üçün istifadə olunur. Bu texnologiyada əmrlər səs vasitəsi ilə, əvvəlcədən müəyyən olunmuş xüsusi sözlərin (əmrlərin) deyilməsi yolu ilə verilir. Sözlər səlis və bir tempdə deyilməlidir. Sözlər arasında fasilə məcburidir. Nitqin tanınması alqoritminin bir sıra çatışmazlıqlarına görə bu cür sistemlər hər bir konkret istifadəçi üçün fərdi ilkin sazlamam tələb edir.
“Nitq” texnologiyasi SILK-interfeysinin sadə realizəsidir.
Dostları ilə paylaş: |