İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


İstifadəçi interfeysinin layihələndirilməsi



Yüklə 79,28 Kb.
səhifə13/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

3.2.2.İstifadəçi interfeysinin layihələndirilməsi
Dialoq rejimlərinin layihələndirilməsi- Son istifadəçiyə yönələn proqram məhsullarının əksəriyyəti is­tifadəçi ilə dialoq rejimində işləyirlər. Bu zaman verilənlərin ema­lına təsir edən məlumatların mübadiləsi aparılır. Dialoq rejimində obyektlərin emalı funksiyalarının işə salınması, obyektlərin xas­sələrinin dəyişdirilməsi; informasiyanın çapa verilməsi parametr­lərinin sazlanması və s. yerinə yetirilir.

Dialoq interfeysini dəstəkləyən sistemlər aşağıdakı siniflərə ayrılır:



  • sərt dialoq ssenarisinə malik olan sistemlər (mübadilə infor­masiyasının standartlaşdırılmış təsviri);

  • deskriptor sistemləri (məlumatların açar sözlərinin formatı);

  • hipermətn sistemlərinin analoqu olan tezaurus sistemləri (sistemin lüğətini təşkil edən deskriptorların semantik şəbəkəsi);

  • işgüzar dil (peşəkar istifadə üçün təbii olan dildə məlumat­ların verilməsi).

İstifadə üçün dialoq ssenarisi sərt olan sistemlər daha rahat hesab olunur və aşağıdakı şəkildə verilirlər:

  • müəyyən edilmiş siyahıdan istifadəçiyə emal funksi­yalarının alternativinin seçilməsini təklif edən menyu-dialoq;

  • siyahıdan mümkün qiymətləri seçilən sorğu-cavab əməliy­yatları, və ya Hə/Yox tipli cavablar;

  • açar sözlər, frazalar və ya ekran formalarının doldurulması yolu ilə verilən formata görə sorğu.

Dialoq prosesi ssenari ilə idarə olunur və onun üçün aşa­ğıdakılar müəyyən edilir:

  • dialoqun əvvəlini bildirən nöqtə (an, şərt);

  • dialoq təşəbbüskarı (insan və ya proqram məhsulu);

  • dialoqun parametrləri və tərkibi (məlumatlar, menyunun tərkibi və strukturu, ekran formaları və s.);

  • dialoqun başa çatmasma proqram məhsulunun reaksiyası.

Dialoqun ssenarisi aşağıdakı vasitələrlə təsvir oluna bilər:

  • məlumatların verilməsi və alınmış cavablarm emal blokları­nı xarakterizə edən blok-sxem;

  • təpələri məlumatları və yerinə yetirilən əməliyyatları, qövs­ləri isə məlumatlar arasında əlaqəni bildirən istiqamətləndirilmiş qraf,

  • ssenarilərin qurulması üçün ixtisaslaşmış obyekt-yönlü dil­lər.

Dialoq proseslərinin və son istifadəçi interfeysinin yaradılması üçün proqramların işlənməsinin obyekt-yönlü alət vasitələri daha mü­nasibdir. Onların tərkibinə menyu quraşdırıcıları, ekran formalarının konstruktcrlan və s. daxildir. Menyu quraşdırıcıları vasitəsi ilə son istifadəçiyə yönəlmiş baş menyu və bir-birinə daxil olmuş altmenyular şəklində verilmiş rejim və əmrlər toplusu yaradılır.


Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin