İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər



Yüklə 79,28 Kb.
səhifə21/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

4.2. “Kliyent-server” texnologiyaları

4.2.1. “Kliyent-server” texnologiyasının xarakteristikası

“Kliyent-server texnologiyası-şəbəkədə komputerlərin qarşılıqlı əlaqələndirilməsi modelidir. Bir qayda olaraq, belə konfirqurasiyada komputerlər eyni hüquqa malik deyillər. Onlardan hər biri özünəməxsus təyinatına malik olub, müəyyən rol oynayırlar.

Şəbəkənin bəzi komputerləri prosessorlar, fayl sistemi, poçt xidməti, çap xidməti, verilənlər bazaları kimi informasiya-hesablama resurslarına malikdirlər.

Bu və ya digər resursu idarə edən kompüter bu resursun serveri, bu resursdan faydalanmaq istəyən komputer isə kliyent adlanır.

Konkret server malik olduğu resursun növü ilə təyin olunur. Əgər belə resurs kimi verilənlər bazası çıxış edirsə, onda söhbət verilənlər bazaları serverindən gedir. Bu serverin təyinatı- bazadakı verilənlərin emalı ilə bağlı olan kliyentlərin sorğularının xidmət olunmasıdır. Əgər resurs kimi fayl sistemi çıxış edirsə, orda söhbət fayl-serverdən gedir. Verilənlər bazaları serverləri çox sayda müxtəlif tipli tətbiqlərin dəstəklənməsi üçün nəzərdə tutulmuşdur.

Verilənlər bazası serveri ilə interfeysin həyata keçiilməsi üçün obyekt-yönlü vasitələr, elektron cədvəllər, mətn prosessorları, qrafiki paketlər, stolüstü nəşriyyat sistemləri və digər informasiya texnologiyaları istifadə oluna bilər.

Şəbəkədə eyni komputer həm kliyent, həm də server rolunu yerinə yetirə bilər. Məsələn, tərkibindən fərdi komputerlər, böyük EHM və mini-komputer olan informasiya sistemində, mini komputer kliyentlərin soröularını emal edən verilənlər bazası serveri kimi, böyük EHM-ə sorğuları istiqamətləndirən kliyent kimi çıxış edir.

İnformasiyanın emalı verilənlər bazaları və bankları texnologiyaların istifadəsinə əsaslanır. Maşındaxili səviyyədə verilənlərin emalı canlı alqoritm ilə təyin olunan əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi prosesidir. Bu verilənlərin emalı komputerlər vasitəsilə həyata keçirilir. Verilənlər istifadəçilərin tətbiqi proqramları ilə emal olunurlar.

İnformasiya texnologiyalarının təkamülü prosesində istifadəçilər üçün komputerlərin, proqram təminatının və kompüterlərdə yerinə yetirilən prosesləriin sadələşdirilməsi və ucuzlaşdırılması səyləri diqqəti cəlb edir.

Lokal şəbəkədə mürəkkəb abunəçi sistemlərinin sayının məhdudlaşdırılması server və kliyent rolunda şıxış edən komputerlərin yaranmasına gətirir.

“Kliyent-server” texnologiyalarının həyata keçirilməsi informasiya-hesablama proseslərinin səmərəliliyinə və qiymətinə görə, həmçinin proqram və texniki təminaıtın səviyyələrinə, informasiyaya müraciətin operativliyinə görə fərqlənə bilər.

Klassik anlamda VBİS verilənlər bazasının yaradılmasını və aktual vəziyyətdə saxlanmasını dəstəkləyən proqramlarr dəstidir. Funksional olaraq VBİS üç hissədən ibarətdir: nüvə(VB), dil və proqramlaşdırmanın alət vasitələri.

Proqramlaşdırmanın alət vasitələri kliyentin interfeysinə və ya xarici interfeysə aiddirlər. Onların ttərkibinə sorğu dilində verilənlərin emalı prosesi daxil edilə bilər. Dil dedikdə VBİS ilə dəstəklənən prosedur və qeyri-prosedur əmrlər toplusu başa düşülür. Ən geniş yayılan SQL və QBE dilləridir.

Kliyent-server texnologiyasının əsas ideyası serverlərin güclü maşınlarda, dili istifadə edən kliyentlərin tətbiqlərini isə gücü daha az olan maşınlarda yerləşdirilməsidir.

Bazaya giriş/çıxış verilənlərin fiziki bölünməsinə deyil, məntiqi bölünməsinə əsaslanır, yəni server kliyentlərə bazanın tam surətinə deyil, məntiqi olaraq tələb olunan hissələrini ötürür, bununla da şəbəkənin trafikini azaldır.

Şəbəkənin trafiki- şəbəkədə məlumatlar axınıdır. Kliyent-server texnologiyasında kliyent proqramları və onun sorğuları VBİS-dən ayrı saxlanılır.

Kliyent server sistemlərinin əsas üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar

-şəbəkənin yüklənməsinin aşağı olması(işçi stansiya verilənlər bazasının serverinə müəyyən verilənlərin axtarışına görə sorğu ötürür, server özü axtarışı yerinə yetirir)

-yüksək etibarlılıq(kliyent-server texnologiyasına əsaslanan VBİS-lər tranzaksiyaların tamlığını və nasazlıq zamanı avtomatik bərpanı təmin edirlər)

-böyük ölçülü sahələrin dəstəklənməsi(Ölçüləri yüzlərlə kilobayt və meqabayt olan verilən tipləri dəstəklənir)

Kliyent-server sistemlərinə müəyyən çatışmazlıqlar da xasdır

-məsafəyə görə paylanma və iş yerlərində komputerlərin qeyri-həmcins olmalarına görə inzibatiləşdirmənin çətin olması

-konkret informasiya sistemi üçün səciyyəvi olan kliyentlərin və serverin ünsiyyəti üçün qapalı protokolun olması.

Qeyd olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədi ilə mərkəzləşdirilmiş sistemlərin və ənənəvi kliyent-server sistemlərinin ən yaxşı xüsusiyyətlərini birləşdirən İntranet sistemlərinin afrxitekturasından istifadə olunur.




Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin