-əməliyyatlar menyusu- ekranda şaquli şəkildə əməliyyatlar qrupunu əks etdirən obyektlər siyahısı olub istifadəçilərə seim imkanı verir;
-resurslar sxemi-məsələnin həlli üçün tələb olunan verilən bloklarının və emaledici vasitələrin konfiqurasiyasını əks etdirir;
-proqramın sxemi- proqramda əməliyyatların ardıcıllığını əks etdirir ;
-proqramların qarşılıqlı əlaqəsi sxemi- proqramların aktivləşdirilməsi və uyğun verilənlərlə qarşılıqlı əlaqəsi yolunu göstərir;
-sistemin işinin sxemi- əməliyyatlar və verilənlər axınının idarə edilməsini, sistemdə verilənlərin emalının texnoloji prosesini əks etdirir.
4. Hazırlanma. Bu mərhələdə layihə üzrə işlərin qarşılıqlı əlaqələndirilməsi, operativ nəzarəti, altsistemlərin hazırlanması, onların birləşdirilməsi və testdən keçirilməsi yerinə yetirilir. Burada görülən əsas işlər aşağıdakılardır:
-proqram təminatının haırlanması ilə bağlı işlərin yerinə yetirilməsi;
-sistemin tətbiqi üçün hazırlıq işlərinin yerinə yetirilməsi;
-layihənin əsas göstəricilərinə nəzarət edilməsi və tənzimlənməsi.
5.Sistemin istismara verilməsi. Bu mərhələdə sınaqlar, real şəraitdə təcrübə istismarı keçirilir,layihənin yerinə yetirilməsinin nəticələri və mümkün olan yeni müqavillər haqqında danışıqlar aparılır. Yerinə yetirilən işlər kimi aşağıdakıları qeyd etmək olar.
-kompleks şəklində sınaqlar;
-yaradılan sistemin istismarı üçün işçi heyətin hazırlanması;
-işçi sənədlərin hazırlanması, sistemin sifarişçiyə təhvili və onun istismara verilməsi;
-sistemin müşayiəti, dəstəklənməsi, sevis xidmətləri;
-layihənin nəticələrinin qiymətləndirilməsi və yekun sənədlərin hazırlanması.
İkinci və qismən üçüncü mərhələləri sistemli layihələndirmənin mərhələləri, son iki mərhələni isə realizə etmə mərhələləri adlandırırlar.
Layihənin başlanğıc mərhələləri əldə edilən nəticəyə həlledici təsir göstərirlər, belə ki, bu mərhələdə informasiya sisteminin keyfiyyətini təyin edən əsas qərarlar qəbul edilir. Bu zaman layihənin son nəticəsin adətən 30% konsepsiya və təklif mərhələsi, 20% layihələndirmə mərhələsi, 20% hazırlanma mərhələsi, 30% obyektin təhvil verilməsi və layihənin başa çatması öz təsirini göstərir.
Bunadan başqa sistem layihələndirmə mərhələsində buraxılan səhvlərin aşkarlanmasına digər mərhələlərdə olduğundan iki dəfə artıq vaxt sərf edilir. Buna görə də ilkin mərhələlərdə layihənin işlənməsinin xüsusi diqqətlə yerinə yetirmək lazımdır. İlkin mərhələlərdə daha çox rast gələn səhvlər aşağıdakılardır:
-sifarişçinin maraqlarının təyin edilməsindəki səhvlər;
-az əhəmiyyətli olan kənar maraqlarda diqqətin cəmlənməsi;
-məsələnin ilkin qoyuluşunun düzgün izah edilməməsi;
-tələb olunan resursların və müddətin təyin edilməsindəki səhvlər.
Dostları ilə paylaş: |