İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər



Yüklə 93,5 Kb.
səhifə13/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   ...   5   6   7   8   9   10   11   12   13
Paronimlər.

Komponentləri eyni bir nitq hissəsinə aid olan, fonetik tərkib, tələffüz və yazılışca bir-birinə yaxın, eyni vurğulu, eyni köklü, müxtəlif mənalı sözlərə paronim deyilir.

Və yaxud: Dildə səslənmə cəhətdən bir-birinə yaxın, müxtəlif məna ifadə edən və nitqdə səhvən biri digərinin yerinə işlənən sözlərə paronim deyilir. Paronim mənşəcə yunan sözü olub, paro (yanında, ətrafında) və onoma(ad) söələrinin birləşməsindən əmələ gəlmişdir.

Kəsr- kəsir; əsir- əsr.

Müasir Azərbaycan dilində paronimlərin iki növü var: 1. Leksik 2. Poetik paronimlər.

Leksik paronimlər mətndən asılı olmayaraq paronimə aid xüsusiyyətləri özündə əks etdirir. Hərf-hərif, bala-bəla, nəfs-nəfis və s. Poetik paronimlər poeziya dili üçün xarakterikdir. Paronimlər bir çox xüsusiyyətlərə malikdir. Paronimlırin xüsusiyyətləri semantik, fonetik və morfoloji cəhətdən daha qabarıqdır.

Paronimlərin semantik xüsusiyyətləri. Paronimi təşkil edən sözlərin hər birinin ifadə etdiyi məna bir-birindən fərqlənir.

ədəbi-yaradıcılıq növü

əbədi-daimi həmişəlik

əsr-yüz il, əsir- müharibə zamanı düşmən əlinə keçən

Paronimlərin fonetik xüsusiyyətləri. Fonetik cəhətlərə görə paronimlər bir-birindən fərqlənir.

Sözün əvvəlində: şəkil-səkil, ahəng-əhəng, çöhrə-cəhrə

Sözün ortasında: həsr-həsir, hərəkət-hərəkat, həyat-həyət, kəsr-kəsir

Sözün sonunda: sənəd-sənət, iraq-irad

Paronimlərin morfoloji xüsusiyyətləri. Paronim hadisəsində nitq hissələrindən isim və sifət daha geniş iştirak edir.

Bir qrup paronimlər ancaq isimlərdən ibarətdir: hakim-həkim, həyat-həyət, əsr-əsir.

Bəzi paronimlər isimlə sifətdən ibarətdir: hərf-hərif, mətn-mətin və s.

Dildə paronimlik hadisəsi ağırlıq yaradan hadisədir, bu hadisə həm də dildə ağırlıq yaradır.





Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin