İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər


Dilin daxili imkanları hesabına əmələ gələn omonimlər



Yüklə 93,5 Kb.
səhifə10/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   ...   5   6   7   8   9   10   11   12   13
1.Dilin daxili imkanları hesabına əmələ gələn omonimlər

2. Başqa dillərdən alınma sözlər hesabına yaranan omonimlər.

1.Dilin daxili imkanları hesabına omonimlərin yaranması aşagıdakı kimi baş verir.

1) Çoxmənalı sözlərdə mənalardan biri inkişaf edərək, müstəqil məfhum ifadə etməyə başlayan yeni sözə çevrilməsi ilə: Məsələn, ay (30 gün), ay (peyk),- bel (orqanizma, əşya)- yel (külək, xəstəlik)-kök (tərəvəz, rişə, gümrah).

2) Düzəltmə sözün müxtəlif məfhum ifadə edən sözlər kimi omonimləşməsi: Dolu- sifət - isim, aynalı – sifət (aynası olan)- aynalı-isim(tüfəngin bir növü).

3)Müxtəlif nitq hissələrinə mənsub köklərə onlara məxsus şəkilçilərin artıtılması yolu ilə. Məs: ağla(maq) felinə qeyri-qəti gələcək zaman şəkilçisi –r artırıldıqda ağlar(gözü yaşlı) sifət, sifətinə lar cəm şəkilçisi artırıldıqda ağlar(əksinqilabçılar) isim

Quru sözünə leksik –m şəkilçisi artirildiqda qurum (isim) tüstüdən əmələ gəlmiş maddə, qur(maq) feilinə əmr şəklinin birinci şəxsin təkinin –um şəkilçisi artırıldıqda yenədə qurum(qurulma prosesi) isim yaranır.

4.Müxtəlif mənşəli sözlərdə səs tərkibinin eyniləşməsi yolu ilə: Qabaq(ön tərəf), qabaq-isim (tərəvəz), ləpə - dalğa, çərəz (isim), ağı – zəhər, bayatı.

5) Kökdə olan səslərdən birinin düşməsi, yaxud köklərdən birinə səsin artırılması yolu ilə: Məsələn, alaq sözündəki -q-səsinin düşməsi nəticəsində taxılın arasında bitən qanqal mənasını verən söz dilimizdə rəngin çalarlığını bildirən ala sözü ilə omonimləşir.

Balaq- şalvarın ayağı, ətək

Balaq- camışın balası

Bala sözünə -q- səsini artırmaqla düzəlib.

5) Hər hansı bir kökdə bu və ya digər səsin dəyişməsi ilə: Məs, qurt- həşarat, qurd- canavar. Qurt sözünün sonundakı t səsi d səsinə çevrilərək omonim söz əmələ gətirmişdir.

Xarici omonimlər öz mənşəyinə görə 3 qismə ayrılırlar: 1) Ərəb dilindən gələnlər 2) Fars dilindən gələnlər 3) Rus dilindən gələnlər.

Ərəb dilindən gələn sözlərin Azərbaycan dili sözləri ilə qarşılaşdırılması vasitəsilə düzələn omonimlər: ağıl (azərb. mal-qara saxlanan yer) -ərəbcə düşünmə, anlama; aşıq(azərb. topuq sümüyü) -aşıq (ərəbcə sazla oxuyub şeir söyləyən); dava (f- dərman), dava (ərəbcə vuruşma), dəf (ərəbcə, xanəndələrin işlətdiyi çalğı aləti) dəf (ərəbcə, kənara itələmə, rəddetmə)

Fars dilindən gələn sözlər vasitəsilə düzələnlər: Bazar -həftənin istirahət günü (fars)-bazar (f, alver olunau yer); dad (farsca- fəryad), dad (azərbaycanca, hiss olunma əlaməti). Dar (f, ölümə məhkum olanları asmaq üçün hazırlanmış dirək) –dar (a, geniş olmayan)

Rus dili vasitəsilə düzələnlər:

Bal – azərbaycanca şirin maddə, rusca şənlik.

Tir – azərbaycanca kəsilmiş ağac, rusca nişangah yeri.

Divan –farsca, məkkəmə, divan- farsca, bir şairin müəyyən qaydada düzülmüş külliyyatı-divan rusca, yumşaq taxt




Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin