İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər



Yüklə 93,5 Kb.
səhifə8/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   ...   5   6   7   8   9   10   11   12   13
2. Formaca eynilik. Omonim cərgənin üzvləri öz səs komplekslərinə görə bir-birinin tam eyni olur. Məs; gül, düz.

3.Tələffüzcə eynilik. Omonim cərgənin üzvləri tələffüzcə bir-birindən fərqlənmir.

4. Qrafik cəhətdən eynilik. Omonim cərgənin üzvləri qrafik, yəni yazılış cəhətdən eyni olur.

5. Eyni və müxtəlif nitq hissələrinə aidlik. Omonimlərin bir qismi eyni nitq hissəsinə, bir qismi isə müxtəlif nitq hissələrina aid olur.

Məs; sifət sözü həm nitq hissəsi kimi, həm də “üz” mənasında işlənir, nitq hissəsi kimi isimdir. Lakin üz sözü isə həm bədənin bir üzvü kimi, həm də üzmək mənasında işlənir. Üz mənasında isim, üzmək məhasında isə feildir.

6. Eyni və müxtəlif sintaktik funksiyalılıq. Bir nitq hissəsinə aid olan omonimlərin sintaktik vəzifələri də eyni olur. Məs; bağ sözü meyvəlik və ip mənasında isimdir, demək eyni funksiyalı olur. Müxtəlif nitq hissələrina aid olan omonimlər isə müxtəlif funksiyalı olur. Məs; düz sözünə baxaq. Düzdə qoyun otlayır. Düz söz acı olar. Qabları süfrəyə düz.

Birinci nümunədə düz sözü isim, ikinci nümunədə sifət, üçüncü nümunədə isə feildir. Demək, bu omonimlər müxtəlif sintaktik vəzifə daşıyir.




Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin