3.Vasitəli və vasitəsiz yolla alınan sözlər. Başqa dilin sözləri bilavasitə mənbə dildən alınmışsa, bunlar vasitəsiz alınma sözlər adlanır.
Sözlər bilavasitə mənbə dildən yox, başqa bir dilin vasitəsilə alınmışsa, bunlar vasitəli alınma sözlər hesab edilir.
Başqa bir dilin leksik sisteminə daxil olan alınma sözlər aşağıdakı tələbləri ödəməlidir:
1.Alınma söz keçdiyi dilin müəyyən qrammatik kateqoriyasına aid olmalıdır.
2.Alınma söz keçdiyi dildə danışan və yazanlar üçün aydın olmalıdır.
3.Alınma müstəqil məna kəsb etməlidir, keçdiyi dildə dublet təşkil etməməlidir.
Başqa dillərdən dilimizə keçən sözlər ifadə etdiyi əşya və ya əşyasız dilə daxil olur. (internet, telefon və s.)Digər bir qismi isə xüsusi ad şəklində keçir.(Om,Amper)
Dilimizdəki alınma sözləri mənaca dəyişmə müxtəlifliyinə görə üç qrupa bölmək olar:
1.Çoxdan dilimizə daxil olan, alınma olduğu dərk olunmayan sözlər;
2.Dilimizdə tez-tez işlədilən və vətəndaşlıq hüququ qazanmış, xalq dilinə keçmiş sözlər;
3.Xalis alınma, lakin xalq dilində işlənməyən sözlər.
Müxtəlif dillərdən sözlər üç üsulla alınır: leksik, morfoloji və sintaktik.
Leksik yolla dilimizə keçən sözlər hazır şəkildə gəlir. Leksik alınmaların üç növü var:1) alınma söz öz fonetik qabığını dəyişmədən dilə keçir; kolxoz, bolşevik, Moskva 2)alınma söz öz fonetik tərkibini dəyişərək dilə keçir. Məs: proqramma və -proqram, teleqramma-teleqram s. 3.hərfi tərçümə olunaraq söz dilə keçir. (udarnik-zərbəçi və s.)
Morfoloji yolla dilə gələn sözlər şəkilçilərlə birlikdə dilə daxil olur. (zərgər, ədəbiyyat və.s)
Sintaktik yolla daxil olan söz və ifadələr əsasən tərcümə yolu ilə dilə gəlir. Azərbaycan dilindəki alınma sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:
a)ərəb mənşəli sözlər;
b)fars mənşəli sözlər;
c)ərəb-fars mənşəli sözlər;
ç)rus-Avropa mənşəli sözlər.
|