MOLLA VƏLİ VİDADİ (1709-1809)
Vidadi 1709-ci ildə Şəmkirdə anadan olmuş, sonralar Qazax mahalının Şıxlı kəndində və Gürcüstanın saraylarında yaşamışdır. Qədim Azərbaycan şeirinin ənənələrini dərindən bilən şair aşıq şeirinə də bağlı olmuşdur.Hansı səbəbdənsə şairi Gürcüstan sarayında həbs ediblər. Bundan sonra o xanlara, saray adamlarına dərin nifrət edir, 1781-ci ildən Qazağa qayıdıb orda yaşayır. Vidadinin şeirlər divanı bizə catmasa da, onun mənalı şeirlər yazdığı məlum olur. Onun Vaqiflə „Seyişməsi“ də bunu aydın göstərir. F. Köçərli yazır ki, M. V. Vidadinin yaxşı elmi. Savadı və rəvan təbi var imiş“. M. P. Vaqif, Hüseyn xan Müştaq, Sarı Çobanoğlu və b. onun dostları olmuşlar. Vidadinin Məhəmməd ağa, Osman adlı oğlanları olmuşdur.
Şair 1809-cu ildə Şıxlı kəndində vəfat etmişdir.
Şairin yaradıcılığı Azərbaycan şifahi və yazılı ədəbiyyatı əsasında təşəkkül tapmışdır. O qoşma gəraylı, bayatı ilə yanaşı qəzəl, müxəmməs formalarında şeirlər yaratmışdır. Şairin şeirlərində məhəbbət motivləri əsas yer tutur. Bunula belə onun yaradıcılığında dərin kədər özünü aydın göstərir. Şairin kədəri ictimai kədər idi, dünyəvi, bəşəri səciyyə daşıyırdı. Bunu o aşağıdakı şeirində belə səciyyələndirir:
Aölamaq ki, vardır məhəbbətdəndir,
Şikəstə xatirlik mərhəmətdəndir,
Əsli bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində betər ağlarsan.
Vidadinin qoşma və gəraylılarında ictimai düşüncələr çox qüvvətlidir. Qəzəl və müxəmməslərdə şairin yaradıcılığında əsas yer tutur. XVIII əsrin real tarixi hadfisələri əsasında yazılan əsərlər içərisində Vidadinin „Müsibətnamə“ poeması da özünəməxsus yer tutur.
Dostları ilə paylaş: |